TƏLƏFAT
TƏLƏHHÜB
OBASTAN VİKİ
GIF-in tələffüzü
GIF-in tələffüzü — "Graphics Interchange Format" qrafik mübadilə formatının akronimi olan "GIF" sözünün necə tələffüz edilməsi. Bu məsələ 1990-cı illərdən bəri mübahisə mövzusudur. İngilis dilində populyar olaraq təkhecalı söz kimi tələffüz olunan akronimin ingilis dilində ən çox işlənən tələffüzü /dʒɪf/ (yumşaq "g"; Azərbaycan dilində "cib" sözündəki "c" kimi) və /ɡɪf/ (sərt "g"; Azərbaycan dilində "qara" sözündəki "q" kimi) kimidir, burada fərqlənən cəhət "G" hərfi ilə təmsil olunan fonemdir. Bir çox ictimai xadim və qurumlar mövzu ilə əlaqədar müzakirələrdə tərəf tutmuş, formatın yaradıcısı Stiven Vilhayt özü 2013-cü il "Webby Awards" mərasimində çıxış edərək yumşaq "g" ilə edilən tələffüzün düzgün olduğunu bildirmişdir. Hər bir tələffüz formasının istifadə edilmə tezliyi regionlara görə fərqli olsa da, aparılan sorğulara əsasən ümumi mənzərədə sərt "g" ilə edilən tələffüzün daha çox istifadə olunduğu müəyyən edilmişdir. Bundan əlavə, bəzi natiqlər akronimdəki hər hərfi tələffüz edərək /dʒiː aɪ ɛf/ formasından istifadə edirlər. İngilis dilinin lüğətlərində ümumi olaraq hər iki əsas alternativi etibarlı qəbul edilir və linqvistik təhlillər ingilis dilində olan oxşar sözlərin tələffüz tezliklərinə əsaslanaraq hər ikisi üçün aydın üstünlük göstərmirlər. Akronimin tələffüz formaları ingilis dilindən başqa dillərdə də dəyişə bilir. == Zəmin == "Graphics Interchange Format" (GIF) 1987-ci ildə ABŞ onlayn xidmət provayderi "CompuServe"də çalışan Stiven Vilhayt tərəfindən inkişaf etdirilmiş qrafik formatdır. "GIF"lər qısa, təkrarlanan animasiyaları göstərmək üçün populyar olaraq istifadə olunur.

Digər lüğətlərdə