TALESİZ

sif. Bəxtsiz, bədbəxt, uğursuz.
[Zeynal:] Mən talesiz bir adamam. S.Hüseyn.
Səfdər özünü yalnız ona görə bədbəxt və talesiz (z.) hesab edirdi ki, arvadı Rüxsara xanımın naxoşluğu uzanırdı və arzu etdiyi kimi tez tamam olmayırdı. T.Ş.Simurq.

// İs. mənasında.
[Şeyda:] Bəxtiyarların ölməsində, talesizlərin yaşamasında nə məna var? H.Cavid.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TALESİZ talesiz bax bədbəxt
  • TALESİZ bədbəxt — zavallı — biçarə
TALE
TALESİZLİK

Digər lüğətlərdə