TİTRƏYİŞLİ
TOX
OBASTAN VİKİ
Mülkiyyət toxunulmazlığı
Mülkiyyət toxunulmazlığı prinsipinə əsasən, heç kəs qanunda və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. == Azərbaycan qanunvericiliyində mülkiyyət toxunulmazlığı == Mülkiyyət hüququnun toxunulmaz olduğu həm Azərbaycanda əsas qanun olan Azərbaycan Respublikasının Konstitusiyasında və eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarilə şəxsin mülkiyyət hüququnun tanınması və qorunması kimi müəyyən etmişdir. Eyni zamanda "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət insanın əşyaya münasibətini ifadə edir. Belə ki, mülkiyyətçi öz əşyası ilə bağlı digər, kənar şəxslərlə də münasibətdə olur.
Ox (toxucu dəzgah)
Ox — divar hanasının (toxucu dəzgahının) alt və üst tərəflərini tamamlayan möhkəm oduncaqdan olan hissə. Oxların diametri 20 sm-dən 35 sm-ə kimi ola bilər.
Pambıq toxumçuluğu (film, 1980)
== Məzmun == Filmdə məhsuldar, uzun lifli pambıq toxumu yetişdirməkdə aqrotexnikanın yeni üsullarının tətbiqindən və səmərəsindən bəhs olunur. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Proqramla idarə olunan toxucu dəzgahı
Proqramla idarə olunan toxucu dəzgahı — 1801-ci ildə fransız ixtiraçı Jozef Mari Jakkard (Joseph Marie Jacquard) proqramla idarə olunan toxucu dəzgahını yaratmışdır. Dəzgahın işi çox sayda perfokartlar toplusunun köməyilə proqramlaşdırılmışdı. Bu cür kartlarla işləyən toxucu dəzgahının yaradılması hesablama texnikasının inkişafında böyük kəşflərdən biri hesab olunur və Jakkard maşınının prinsiplərindən bir çox aparatlarda istifadə olunmuşdur. Jakkard bu ixtirasına görə Napoleon Bonapart tərəfindən 3000 frank məbləğində təqaüdlə mükafatlandırılmışdır. == Toxucu dəzgahına aid müxtəlif şəkillər == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Qığırdaq toxuması
Toxuma sözü yunanca histos, latınca isə tela adlanır. Toxuma mənşə və quruluş oxşarlığına malik olan müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrələrarası maddələr qurupuna deyilir. Əsas toxumalar epiteli, sinir, birləşdirici və əzələ toxumaları olaraq 4 qrupa ayrılır. Bu həm insanda həm də heyvanlarada qəbul olunan 4 toxuma növüdür. Birləşdirici toxuma orqanizidə geniş yayılmış toxuma növüdür. Bu toxumanı daxili mühit toxumsıda adlandlırırlar. birləşdirici toxuma 4 əsas qrupa bölünür: Əsl birləşdirici toxuma Sümük toxması Qan və limfa Qığırdaq toxuması Qığrdaq toxuması heyvani bir toxuma olub bədəndə birləşdirici toxumanın mexaniki vəzifə görən növlərinə aid edilir. Bu toxuma sümük toxumasıdan fərqli olaraq daha yumuşaqdır. Qığırdaq toxuması fərqləndirən əsas xüsusiyyətlərdən biri də onda hüceyrələr arası maddənin daha yaxşı inkişaf etməsi və sıxılmasıdır. Qığırdaq toxumasını fərqləndirən digər xüsusiyyətlərdən biri də onda qan damarları, limfa və sinir siseminin olmamasıdır.
Senecio toxotis
Senecio toxotis (lat. Senecio toxotis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sovet Toxumçuları (1952)
== Məzmun == Elmi-kütləvi filmdır. Kinolent kənd təsərrüfatının inkişafında seleksionerlərin yeni toxum növləri yetişdirmələrinin əhəmiyyətindən söhbət açır.
Sovet toxumçuları (film, 1952)
== Məzmun == Elmi-kütləvi filmdır. Kinolent kənd təsərrüfatının inkişafında seleksionerlərin yeni toxum növləri yetişdirmələrinin əhəmiyyətindən söhbət açır.
Stroma (toxuma)
Stroma (toxuma) — Stroma (yunan dilindən στρῶμα "qat, yataq, örtük") struktur və ya birləşdirici rol oynayan toxuma və ya orqan hissəsidir . Səthləri təsnif etməyin bir neçə yolu var: bir təsnifat sxemi toxumaların funksiyalarına əsaslanır, digəri isə onların hüceyrə komponentlərini təhlil edir. Stromal toxuma bədənin dəstəklənməsinə və hərəkətinə kömək edən "funksional" sinifə aiddir. Stromal toxumanı təşkil edən hüceyrələr digər hüceyrələrin daxil olduğu bir matris kimi xidmət edir. Stroma müxtəlif növ stromal hüceyrələrdən ibarətdir. Stroma nümunələrinə aşağıdakılar daxildir: irs stroması buynuz qişa stroması yumurtalıq stroması tiroid vəzinin stroması timus stroması sümük iliyinin stroması limfa düyünlərinin stromal hüceyrəsi multipotent stromal hüceyrələr (mezenximal kök hüceyrələr) == Struktur == Stromada birləşdirici toxumalara rast gəlinir. Bu toxuma uyğun birləşdirici toxuma qrupuna aiddir. Birləşdirici toxumanın düzgün funksiyası qan damarları və stromal sinirlər də daxil olmaqla parenximal toxumanı qorumaq və yerli stresi azaltmaq üçün orqanlar qurmaq və mexaniki stressi yaymaqdır. Stromal toxuma əsasən birləşdirici toxuma hüceyrələrindən ibarət hüceyrədənkənar matrisdən ibarətdir. Hüceyrədənkənar matris əsasən əsas maddədən — əsasən proteoqlikanların aqreqatlarından ibarət məsaməli nəmləndirilmiş geldən və birləşdirici toxuma liflərindən ibarətdir.
Toxa
Toxa torpağı formalaşdırmaq, alaq otlarını ləğv etmək, torpağı təmizləmək və toxum köklərini yığmaq üçün istifadə edilən qədim və çox yönlü kənd təsərrüfatı və bağçılıq alətidir. Torpağın formalaşdırılmasına bitkilərin dibinin ətrafına qrunt yığmaq, dar şırımlar açmaq və toxum əkmək üçün dayaz xəndəklər qazmaq daxildir. Bir toxa ilə alaq otları torpağın səthini qarışdırmaq və ya yarpaqları köklərdən kəsmək, torpağın köhnə köklərdən və məhsul qalıqlarından təmizlənməsini əhatə edir. Torpağı qazmaq və münbitləşdirmək üçün toxumlar kartof kimi kök bitkiləri yığmaq üçün istifadə olunur. == Növləri == Müxtəlif görünüş və məqsədlər üçün bir çox növ toxa var. Bəziləri bir neçə funksiya təklif edir, digərləri isə yalnız tək və xüsusi məqsədə malikdir. İki ümumi toxa növü var: torpağın formalaşdırılması üçün toxalar və alaq otlarını təmizləyərək torpağın "nəfəs almasını" təmin etmək üçün olan toxalar. == Tarixi == Toxalar qədim texnologiya olub, kotandan əvvəl və bəlkə də yalnız qazma çubuğundan əvvəl mövcud olmuşdu. Şumer mifologiyasında toxanın ixtirasını tanrılar şurasının başçısı Enlil hesab edirdilər. Əl toxası sülalələrəqədərki Misir sənətində təsvir edilmişdir və toxalar Hammurapi çəcəlləsi (e.ə.
Toxanthes
Millotia (lat. Millotia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Millotia dimorpha P.S.Short Millotia eichleri P.S.Short Millotia falcata P.S.Short Millotia greevesii F.Muell. Millotia greevesii subsp. helmsii (F.Muell. & Tate) P.S.Short Millotia incurva (D.A.Cooke) P.S.Short Millotia jacksonii P.S.Short Millotia macrocarpa Schodde Millotia major (Turcz.) P.S.Short Millotia muelleri (Sond.) P.S.Short Millotia myosotidifolia (Benth.) Steetz Millotia newbeyi P.S.Short Millotia perpusilla (Turcz.) P.S.Short Millotia pilosa P.S.Short Millotia steetziana P.S.Short Millotia tenuifolia Cass.
Toxanşalı
Toxanşalı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Toğanşahlı, erməni mənbələrində Toxanşahlı formalarında qeyd edilmişdir. Toponim türk dilində «böyük arx», «dəhnə, bənd» mənasında işlənən toqan sözü ilə şahılı (> şahlı) etnonimi əsasında əimələ gəlmişdir. Etnotponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Masis qoyulmuşdur.
Toxar dilləri
Toxar dilləri — Mərkəzi Asiyanın qədim Toxaristan bölgəsində (indiki qərbi Çin və indiki Qırğızıstan və Tacikistanın bəzi bölgələri) danışılan qədim Hind-Avropa dillər qrupu. Toxar dilləri təxminən IV–X əsrlərdə istifadə edilmişdir və bu dil qrupu haqqında məlumat əsasən arxeoloji qazıntılardan tapılan əlyazmalar vasitəsilə əldə edilmişdir. Bu dil qrupu Hind-Avropa dilləri arasında unikal yer tutur və iki əsas dili vardır: 1. Toxar A – arxaik və daha qədim formaya malik olan bu dialekt əsasən Buddist dini mətnlərdə istifadə olunurdu. Daha çox Toxar arxaik və ya Türfan dialekti kimi tanınır, qədim Türfan şəhəri ərazisində yayılmışdır. 2. Toxar B – daha geniş yayılmış və istifadə edilmiş dialektdir. Kuça dialekti adlanır və əsasən gündəlik yazışmalar və digər mətnlərdə istifadə olunurdu. == Xüsusiyyətləri == Toxar dili Hind-Avropa dillərinin digər qollarından xeyli fərqlənir. Xüsusilə qrammatik quruluş və lüğət baxımından fərqli xüsusiyyətlərə malikdir və bu fərqlilik onun erkən dövrlərdə digər Hind-Avropa dillərindən ayrıldığını göstərir.
Toxareu yarımadası
Toxareu yarımadası — Oxot dənizinin qərbində, Xabarovsk diyarı ərazisində yerləşən yarımada. yarımada Ulbanski körfəzi (qərb) ilə Nikolaya körfəzlərini ayırır (şərqdə). Yarımadada Tukurqu (ən şimal nöqtəsi), Qaurovis, Obrıstıy və Nablyudonnıy burunları yerləşir. Yarımadanın reylefi dağlıqdır. Ən hündür nöqtəsi 851 metr təkil edir. Qərbi daha sıldırımlı və ucadır. Şərqi isə alcaq və hamardır. Yarımadanın cənubunda Usalqin adlı yaşayış məntəqəsi olmuşdur. Burada hazırda yaşayış yoxdur.
Toxarey yarımadası
Toxareu yarımadası — Oxot dənizinin qərbində, Xabarovsk diyarı ərazisində yerləşən yarımada. yarımada Ulbanski körfəzi (qərb) ilə Nikolaya körfəzlərini ayırır (şərqdə). Yarımadada Tukurqu (ən şimal nöqtəsi), Qaurovis, Obrıstıy və Nablyudonnıy burunları yerləşir. Yarımadanın reylefi dağlıqdır. Ən hündür nöqtəsi 851 metr təkil edir. Qərbi daha sıldırımlı və ucadır. Şərqi isə alcaq və hamardır. Yarımadanın cənubunda Usalqin adlı yaşayış məntəqəsi olmuşdur. Burada hazırda yaşayış yoxdur.
Toxaristan
Toxaristan – Özbəkistanın Surxandərya vilayəti, Tacikistanın və Əfqanıstanın şimal hissəsini birləşdirən tarixi bölgə.
Toxaristan yabquluğu
Toxaristan yabquluğu — Aşina sülaləsinin bir qolunun Toxaristan ətrafında qurduğu dövlət. == Hökmdarları == === Tarduş şad === Toxaristan bəzi mənbələrə görə 618, bəzi mənbələrə görə isə 625-ci ildə Tonq Yabqu xaqanın dövründə ələ keçirilmiş, hakimiyyət oğlu Tarduş Şada verilmişdir. Məşhur buddist rahib Syüançzan 630-cu ildə Tarduş şadın hələ hakimiyyətdə olduğunu yazırdı. Çin mənbələrində 635 və 645-ci illərdə Çinə səfir göndərildiyi yazılmışdır. === İşbara Yabqu === 650-ci illərdə İşbara Yabqu (阿史那乌湿波) Toxaristan hakimi idi. === Pantu Nili yabqu === 705-ci ildə hakimiyyətdə olmuş yabqu kimi Pantu Nilinin (般都泥利) adı çəkilir. 718-ci ildə qardaşı Puluo Tigini (阿史恃勒僕羅) Çinə səfir kimi göndərmişdir. === Qutluq İl Tardu === 729-cu ildə Çin tərəfindən Toxaristan yabqusu və Eftalit hökmdarı (悒怛王) kimi tanınmışdır. Bəzi mənbələrdə adı Qutluq Ton Tardu kimi keçir. === Şilimanq Çialuo === Türkcə adı bilinməməklə bərabər 749-cu ildə və 758-ci ildə Çinə səfir yolladığı məlumdur.
Toxarlar
Toxarlar (yun. Τοχάριοι)-Mərkəzi Asiyanın qədim xalqlarından biri. Erkən orta çağda oğuzlara qarşı çıxmış, lakin məğlub olmuşlar. Bir müddət uyğurlarla da döyüş meydanlarında qarşılaşmışlar. Hind-Avropa dillərinə mənsub idilər. Taciklərin babası hesab olunur. == Tarixi == == Mənbə == The Western Regions according to the Hou Hanshu, trans.
Toxarıstan
Toxaristan – Özbəkistanın Surxandərya vilayəti, Tacikistanın və Əfqanıstanın şimal hissəsini birləşdirən tarixi bölgə.
Toxicodendron glabrum
Rhus glabra (lat. Rhus glabra) — sumaqkimilər fəsiləsinin sumaq cinsinə aid bitki növü. == Sinonimləri == Rhus canadensis Mill., 1768 Rhus caroliniana Mill., 1768 Rhus cismontana Greene, 1906 Rhus cismontana D.M.Andrews, 1922 Rhus elegans Aiton, 1789 Rhus hypselodendrum Moench, 1794 Rhus laevicaulis Torr. ex A.Gray, 1849 Rhus viridiflora Engl., 1883 Schmaltzia glabra (L.) Small, 1903 Toxicodendron glabrum (L.) Kuntze, 1891 == Ədəbiyyat == Abrams, L.; Ferris, R.S. An Illustrated Flora of the Pacific States. — 1951. — Vol. III. — P. 50. — 874 p. — ISBN 0-8047-0005-2.
Toxicodendron typhinum
Tüklü sumaq (lat. Rhus typhina) — sumaqkimilər fəsiləsinin sumaq cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın şərq hissəsində quru və daşlı torpaqlarda bitən ağac bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 10-12 m-ə çatır.Gözəl,dekorativ çətirli,qalın,tüklü,açıq-qonur zoğları vardır.Çoxillik zoğların qabığı qonur rəngdədir,çatlayandır.Yarpaqlar tək lələkvaridir,uzunluğu 50 sm-ə qədərdir,11-31 yarpaqcıqdan ibarətdir.Yarpaqcıqların üst səthi tünd-yaşıl,alt səthi ağ-göyümtül rəngdə olub,ucu bizdir.Payızda yarpaqların rəngi açıq-qırmızıdan tünd-qırmızıya qədər dəyişir.Bitki ikievlidir.Çiçəkləri xırdadır,uzunluğu 20 sm-ə qədər olan piramidal süpürgələrə yığılmışdır.Erkəkcikli çiçəkləri sarımtıl-yaşıl,dişicikli çiçəkləri qırmızıdır.Meyvəsi şarşəkilli çəyirdəkmeyvədir,yetişəndə tüklərlə örtülür.2 dekorativ forması vardır:neştərvari (f.laciniata)-dərin dişli,neştərvari yarpaqlıdır; bölünmüş forması (f.dessecta)-lələkvari bölünmüş yarpaqlıdır. == Ekologiyası == Torpaq yaxşı drajenalı,orta miqdarda nəmişli olmalıdır. == Azərbaycanda yayılması == Mərdəkan dendrarisində 1978-ci ildə introduksiya edilmişdir.Abşeronda bağ və parklarda rast gəlinir. == İstifadəsi == Dekorativ görünüşə malikdir.Oduncağının belə gözəl rəngdə olmasına baxmayaraq yerli əhali tərəfindən demək olar ki,istifadə olunmur.Yarpaqlarından tanin alınır ki,ondan şərabçılıqda və toxumçuluqda geniş istifadə olunur. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Toxicophis atrofuscus
Qonurbaş qalxansifət (lat. Agkistrodon contortrix) — gürzəkimilər fəsiləsinin agkistrodon cinsinə aid ilan növü. == Sinonimləri == Boa contortrix Linnaeus, 1766 Scytale contortrix Sonnini & Latreille, 1801 Scytale Cupreus Rafinesque, 1818 Scytale cupreus Say, 1819 Tisiphone cuprea Fitzinger, 1826 Cenchris marmorata Boie, 1827 Acontias atrofuscus Troost, 1836 Toxicophis atrofuscus Troost, 1836 Trigonocephalus cenchris Schlegel, 1837 Trigonocephalus Contortrix Holbrook, 1838 Trigonocephalus atro-fuscus Holbrook, 1842 Cenchris contortrix Gray, 1842 Cenchris atrofuscus Gray, 1849 Agkistrodon contortrix Baird & Girard, 1853 Trigonocephalus histrionicus Duméril & Bibron, 1853 Ancistrodon contortrix Baird, 1854 Agkistrodon contorting Abbott, 1869 Ancistrodon atrofuscus Cope, 1875 Agkistrodon atrofuscus Yarrow, 1882 Ancistrodon contortrix var.
Toxluca
Toxluca — əvvəllər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Göyçə mahalında Çəmbərək rayonunda kənd (Çəmbərək rayonundan Göyçə mahalına aid olan 5 kənddən biri). Hal-hazırda Geğarkunik mərzində kənd. == Tarixi == Ermənistan SSR AS RH-nin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Draxtik (Cənnət dərəsi) qoyulmuşdur. == Toponimikası == Toponim Azərbaycan dilində dağlıq yer mənasını ifadə edən "dağlıqca" sözünün fonetik forması əsasında əmələ gəlmişdir. Toponimin birinci komponenti tox türk dillərində "dağ" mənasında işlənən to, toğ sözlərinin fonetik formasıdır. Eyni zamanda qədim türk dilində toğ (tuğ) sözü "bənd", "sədd", "çəpər" mənalarında işlənir. Toponim ikinci komponenti -lu (əsli -luq) və -ca şəkilçilərindən ibarətdir. "Dağlıq ərazi" mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Toxlucaq (Çaroymaq)
Toxlucaq (fars. تخلي جاق‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Toxmaq (xalça)
. Həvə — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq (xalça) da adlandırırlar. Toxuculuğun ilk dövründə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan (qoz, palıd və digər ağaclardan) hazırlanan dişli həvələrdən istifadə edirdilər. Bu cür primitiv həvələrin (toxmaq (xalça)ların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Yarı ağac, yarı metal materialdan hazırlanan həvələr texnoloji tələblərə tam cavab vermədiyi üçün belə alətlər sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir. Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.

Digər lüğətlərdə