TOXTAMAQ

f.
1. Dayanmaq, dözmək, səbir etmək, duruxmaq; sakit olmaq, özünü saxlamaq, özünü ələ almaq. Sən bir toxta. Toxta görüm.
– Gülsəhər bir az toxtadı. Ə.Vəliyev.
İsa burada toxtayıb, bir az təşvişlə arvadı Güllüyə baxdı ki, bunun da səbəbi vardı. Ə.Əbülhəsən.

// Dayanmaq, kəsilmək, sakitləşmək (ağrı haqqında). Dişin ağrısı bir az toxtadı.
2. Bir yerə gəlib çatmaq, yetişmək, çatıb dayanmaq. Biz gəlib kənddə toxtadıq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TOXTAMAQ toxtamaq bax 1. dözmək; 2. sakitləşmək 1 TOXUCU Toxucu qızların mahir əlləri; Misli görünməyən gülşən yaradıb (M
  • TOXTAMAQ sakitləşmək — təskinləşmək — rahatlanmaq — arxayınlaşmaq — yumşalmaq — yüngülləşmək

Antonimlər (əks mənalı sözlər)

  • TOXTAMAQ TOXTAMAQ – KARIXMAQ Amma ürəyim yenə də toxtamır (Ə.Haqverdiyev); Səriyyə əvvəl karıxdı, sonra özünü ələ aldı (Ə
TOXTAMA
TOXTATMA

Digər lüğətlərdə