TÜRYAN

qaynayan, aşıb-daşan, qabaran (Eyni adlı çay adındandır).
TÜRQUT
UBEYD
OBASTAN VİKİ
Türyanqışlağı (Çaroymaq)
Türyanqışlağı (fars. تريان قشلاقي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 469 nəfər yaşayır (76 ailə).
Türyançay
Türyançay - Kürün sol qolu. Baş Qafqaz silsiləsinin cənub yamacından axaraq, süni kanal vasitəsilə Kürə tökülür. Qəbələ, Ucar, Ağdaş və Zərdab rayonları ərazisindən axır. Uzunluğu 180 km, hövzəsinin sahəsi 1840 km²-dir. Başlanğıcını Bazardüzü dağın cənub-qərb yamacından (3680 m) alır. Başlıca qolları -soldan Tikanlı (uzunluğu 56 km), Bum (uzunluğu 51 km), sağdan isə Nəzər (uzunluğu 34 km), Qala.(uzunluğu 42 km) çaylarıdır. Axımı qar (18%), yağış (21%) və yeraltı (61%) sulardan əmələ gəlir. Yaz-yay aylarında qar suları, payız fəslində isə yağış suları çayda böyük daşqınlar əmələ gətirir. Daşqın dövründə (aprel-iyul aylarında) illik axımının 50-60%-i keçir. Çayda ən az su sərfi yanvar ayında müşahidə edilir.Çayın orta illik sərfi 15,8 kub m/san-dir.
Türyançay (Ağdaş)
Türyançay — Azərbaycan Respublikasının Ağdaş rayonunun Dəhnəxəlil kənd inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd Sovetinin Turyançay fəhlə qəsəbəsi Dəhnəxəlil kənd Sovetinin tərkibinə verilmişdir. Qəsəbə yaxınlığındakı Türyançayın adı ilə adlandırılmışdır. Qəsəbə Şirvan düzündə yerləşir.
Türyançay (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Türyançay (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində qəsəbə. Digər Türyançay — Kürün sol qolu, Baş Qafqaz silsiləsinin cənub yamacından axaraq, süni kanal vasitəsilə Kürə tökülür. Türyançay Dövlət Təbiət Qoruğu — 6 may 1958-ci ildə Ağdaş və Yevlax rayonları ərazisində dəniz səviyyəsindən 400–650 m yüksəklikdə yaradılmış qoruq.
Türyançay Dövlət Təbiət Qoruğu
Türyançay Dövlət Təbiət Qoruğu — 1958-ci il mayın 6-da Ağdaş və Yevlax rayonlarının ərazisində dəniz səthindən 400 – 650 m. hündürdə təşkil olunmuşdur. Ümumi sahəsi 22488-ha – dır və burada təbii landşaft (mənzərə) bərpa olunur və qorunur. Böyük Qafqazın cənub ətəyində Bozadağın ərazisində yerləşir. Qərbdən şərqə-35 km, şimaldan cənuba 5 km davam edir. Qoruğun ərazisində 60-dan çox ağac növü mövcuddur. Qoruqda bitən ardıc və dərman bitkisi kimi "Qırmızı kitaba" düşmüşdür. Müasir faunaların 200-ə yaxın növünə rast gəlinir. Bu mənada püstə ağacı meşələrinə, ardıc kolluğuna, heyvanlar aləminə, torpaqların aşılaşmasına (eroziya) və Bozdağın (Turyançay və Əliciançay çaylarının arasında) təbii mənzərəsinə diqqəti nəzərə almaq lazımdır. Boz dağın tərkib hissəsini kiçik təpələr təşkil edir.

Digər lüğətlərdə