TƏHSİLKƏRDƏ
TƏHŞİD
OBASTAN VİKİ
Həsan Təhsin
Həsən Tahsin (əsl adı:Osman Nevres; (d.1888, Selanik, Osmanlı İmperiyası - ö.15 may 1919, izmir) — yazıçı, jurnalist, İzmirə dənizdən çıxan işğalçı Yunan əsgərlərinə ilk güllə ataraq Türk müqavimətini başladan qəhrəman.
Həsən Təhsin
Həsən Tahsin (əsl adı:Osman Nevres; (d.1888, Selanik, Osmanlı İmperiyası - ö.15 may 1919, izmir) — yazıçı, jurnalist, İzmirə dənizdən çıxan işğalçı Yunan əsgərlərinə ilk güllə ataraq Türk müqavimətini başladan qəhrəman.
Təhsin Cəmil
Təhsin Cəmil — (türkcə: Tahsin Cemil, rumınca: Tasin Gemil) (d. 21 sentyabr 1943) – Əslən Krım tatarlarından olan Rumıniya tarixçisi, tərcüməçi, diplomat və siyasi xadim. O, 1998-2003-cü illərdə Rumıniyanın Azərbaycandakı səfiri olmuşdur. Həmçinin, Osmanlı dilini bilən Tahsin Cəmil Osmanlı imperiyası və Rumıniya tarixi barədə 100-dən çox məqalə yazmış, Osmanlı sənədlərini rumıncaya tərcümə etmişdir. Təhsin Cəmil 21 sentyabr 1943-cü ildə Rumıniyanın Dobruca bölgəsinin Məcidiyyə şəhərində milliyyətcə Krım tatarlarından olan ailədə anadan olmuşdur. O, doğma şəhərində ibtidai və orta təhsilini başa vurmuş və Yassı Universitetinin tarix və fəlsəfə fakültəsini bitirmişdir (1965). Universiteti bitirdikdən sonra yaradıcılıq fəaliyyətini davam etdirmiş, dissertasiya müdafiə edərək elmlər doktoru dərəcəsini almışdır. Təhsin Cəmil Nafiyə Cemil ilə evlidir və 1970-ci il təvəllüdlü bir qız atasıdır. Təhsin Cəmil ana dili olan tatar və təhsil aldığı rumın dilindən başqa türk, Azərbaycan, türkmən, özbək, qazax, qırğız, ingilis və fransız dillərini bilir. O, Yassıdakı A.D.Xenopol adına Tarix və Arxeologiya İnstitutunda, daha sonra Buxarestdəki Nikolay İorga adına Tarix İnstitutunda çalışmışdır.
Təhsin Dəmiray
Təhsin Dəmiray (türk. ːTahsin Demiray 1903, Konstantinopol – 25 iyun 1971, İstanbul) — Türk naşiri, yazıçısı və siyasi xadimi, Türkiyə Köylü Partisinin qurucusu. Təhsin Dəmiray 1903-cü ildə İstanbulda dünyaya gəlmişdir. 1919-cu ildə Kadıköy Sultanisini bitirdikdən sonra milli mücadiləyə qatılmışdır. 1923-cü ildə İstanbul Müəllim Məktəbini bitirmişdir. İstanbul Universitetinin Fənn fakültəsində təhsilini davam etdirmiş, eyni zamanda Bolu liseyində müəllimlik etmişdir. Fənn fakültəsini ikinci kursdan tərk etmişdir. Türkiyə Cümhuriyyətinin ilk və ən önəmli naşirlərindən biridir. Yeni dövlətin quruluşundan sonra 1925-ci ildə fəaliyyətə başlayan ilk nəşriyyatlardan biri olan Türkiyə Yayınevini qurmuş, Əlifba inqilabının ardından yeni əlifbanı yayınlama imtiyazını almışdır. Latın əlifbasıyla basılmış ilk "Əlifba"nı yayınlamışdır.
Təhsin Mütəllimov
Təhsin Mütəllim oğlu Mütəllimov (18 yanvar 1932, Naxçıvan) — ədəbiyyatşünas alim, pedaqoq, tənqidçi, professor (1987), filologiya elmləri doktoru (1975), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (1991), Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və ictimai elmlər bölməsinin müxbir üzvü (2014), BDU-nun Klassik Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru. Təhsin Mütəllimov 18 yanvar 1932-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Bakı şəhər 13 saylı məktəbdə başa vurduqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1951-1956-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində, 1959-1961-ci illərdə isə aspirantura pilləsində təhsil alıb. Təhsin Mütəllimov 1957–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin qiyabi şöbəsində Məsləhət məntəqəsinin müdiri vəzifəsində çalışmışdır. Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun əmisi oğludur. Azərbaycanın tanınmış cərrahı, tibb elmləri doktoru Niyazi Mütəllibovun qardaşı oğludur. Azərbaycanın tanınmış şairi, Azərbaycan SSR Əməkdar incəsənət xadimi Tofiq Mütəllibovun qardaşıdır. Ədəbiyyat nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis hesab olunan Təhsin Mütəllimov görkəmli ədəbiyyatşünas və tənqidçi kimi şöhrət qazanmışdır. Alim 60 ildən artıqdır ki, Bakı Dövlət Universitetində səmərəli pedaqoji fəaliyyət göstərir.
Təhsin Özgüc
Təhsin Özgüc (türk. Tahsin Özgüç; 12 mart 1916, Qırcaəli – 28 oktyabr 2005 və ya 17 dekabr 2005, Ankara) — Türk arxeoloq və akademiki. Təhsin Özgüc 1916-cı ildə Bolqarıstanın Qırcaəli şəhərində anadan olub. Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsinin arxeologiya kafedrasında həmin institutun ilk tələbələrindən biri olaraq təhsilə başlamış Təhsin Özgüc 1940-cı ildə oranı bitirib. Bu dövrdə bu kafedrada, Almaniyadan gəlmiş Hans Henning von der Osten və Corc Rohde və türk müəllimi Şəmsəddin Günaltay kimi akademiklər çalışırdı. Məzun olduqdan sonra doktorantura təhsilini davam etdirən Təhsin Özgüc 1942-ci ildə "Tarixdən əvvəlki Anadoluda dəfn ənənələri" adlı doktorluq dissertasiyası ilə doktorluq dərəcəsi müdafiə edib. Onun doktorluq dissertasiyası 1948-ci ildə türk və alman dillərində nəşr edilib. Eyni fakültədə müəllim kimi fəaliyyətini davam etdirən Təhsin Özgüc 1945-ci ildən akademik karyerasını qurmağa başlayıb. Bu dövrdə o, 1944-cü ildə eyni fakultədən məzun olmuş və burada fəaliyyətini müəllim kimi davam etdirən Nemet Dinçərlə ailə həyatı qurub. Bu evliliklə onlar nəinki həyatlarını birləşdirdilər, həmçinin iş həyatlarında da biri-birlərinə dəstək oldular.
Həsən Təhsin Banquoğlu
Həsən Təhsin Banquoğlu (1 yanvar 1904 və ya 1904, Drama – 3 mart 1989 və ya 1989, İstanbul) — Türk siyasətçi, türkoloq, professor. == Həyatı == 1929-cu ildə İstanbul Darülfünun Ədəbiyyat Fakültəsi Türk dili və ədəbiyyatı bölümünü bitirdi. Berlin və Breslau universitetlərində Osmanlı türkcəsi üzrə 1932–1936-cı illər arasında doktorluq çalışmasını apardı. Döndüyü ildə Ankara universiteti Dil Tarix Coğrafya Fakültəsi Türk dili dosentliyinə təyin edildi. 1943-cü ildə Bingöl milletvekilliğine seçildi. 1948–1950-ci illər arasında təhsil naziri oldu. 1955–1958-ci illər arasında Londa Üniversitetində müqayisəli Türk dilləri dərsi verdi. 1959–1961-ci illərdə Ankara universiteti İlahiyat və İstanbul Universiteti ədəbiyyat fakültələrində müəllim kimi işlədi. 1961-ci ildə CHP Ədirnə senatoru seçildi. Cumhuriyet Senatosu Edirne Üyeliği (15 oktyabr 1961 – 2 iyun 1968)-ci illər arasında davam etdi.
Həsən Təhsin Uzər
Həsən Təhsin Uzər (29 avqust 1877, Saloniki – 3 dekabr 1939 və ya 5 dekabr 1939, Ərzurum), Alban əsilli Türk bürokratı və siyasətçisi. == Həyatı və hərbi xidməti == Həsən Təhsin Uzər Alban Hacı İbrahim Ağa və Xədicə xanımın uşaqları olaraq 1878-ci ildə Selanikdə anadan olmuşdur. Albaniya Şkanderbeqinin son nəsil nəslindən olan ailəsi kökləri, albanların nəcib ailələrindən biri olan Kaştriotiyə əsaslanır. Mustafa Kamal Atatürkün uşaqlıq dostu idi. 1897-ci ildə əmlak mühəndisliyini bitirib. İlk dövlət qulluğuna Pruşkan Mahal Müdirliyi ilə başladı. Daha sonra müdirliklərdə çalışdı. 1902-ci ildə Razloq, daha sonra sıra ilə Gevgil, Florina və Kəsəndir valiliyindən ayrıldı. 1913-cü ildə Vanda ilk Qubernator vəzifəsini icra etdi. 1914-cü ildə Ərzurum valisi təyin edildi.

Digər lüğətlərdə