TƏLATÜM

is. [ ər. ]
1. Tufan, bərk ləpələnmə, dalğalanma, coşma.
Dənizdə … elə bir təlatüm var idi ki, heç deməyə gəlməz. Ə.Sadıq.

□ Təlatümə gəlmək – bərk dalğalanmaq, ləpələnmək, coşmaq.
Bir azdan sonra, bərk yel əsib tufan qopdu, dərya təlatümə gəldi. (Nağıl).

Təlatümə gətirmək – bərk dalğalatmaq, ləpələndirmək, coşdurmaq.
Gilavar dənizi təlatümə gətirdi. M.Hüseyn.

// Obrazlı təşbehlərdə.
Sənin varlığından bir an içində; Milyon təlatümlər, tufanlar keçir. N.Xəzri.
Hisslər, döyüntülər təlatümündə; Üzür Cəmilənin fikri, xəyalı. B.Vahabzadə.

2. məc. Çaxnaşma, vəlvələ, həyəcan, keşməkeş.
□ Təlatümə gəlmək – həyəcanlanmaq, coşmaq.
Təlatümə gətirmək – həyəcana gətirmək, hərəkətə gətirmək, çaxnaşdırmaq, təlaşa salma.
Bu dastan… Yavərin sinəsində arxayın yatan duyğuları təlatümə gətirdi. M.İbrahimov.

TƏLAŞLI
TƏLATÜMLÜ
OBASTAN VİKİ
Təlatüm (film, 2006)
== Məzmun == Filmdə hadisələr 1993-cü ildə baş verir. Telefilm orijinal formada başlayır. Törətdikləri cinayət əməllərinə görə məhkəmənin hökmü ilə cəza çəkənlər dövlət başçısının verdiyi ilk əfv fərmanından sevinirlər. İkinci dəfə həbsxana taleyi yaşayan Kamil Şabanov (Əjdər Həmidov) deyir: "Heç inana bilmirəm ki, bu gün azadlığa çıxıram... Doğrudan da, bağışlamaq qəlbin böyüklüyüdür". Məhbus-aktyorun tərəf-müqabili isə onun sevincini kədərə çevirmək istəyir: "Çıxıb neyləyəcəksən, onsuz da tezliklə yanımıza qayıdacaqsan. Bura artıq sənin doğma evindir". Lakin Kamil həvəsdən düşmür. O, həbsxananın dəmir qapısından çıxanda sanki işıqlı dünyanı təzəcə görür. İllər boyu intizar çəkən ana (Şəfiqə Qasımova) balasını köksünə sıxır, onun üzünə, saçlarına sığal çəkir.

Digər lüğətlərdə