TƏLATÜMLÜ

sif.zərf
1. Coşqun, dalğalı, tufanlı.
Bu gün Adriatik dənizi son dərəcə təlatümlü idi. S.Vəliyev.

2. məc. Həyəcanlı, təlaşlı, iztirablı; kəşməkeşli.
Məsumə daxilən nə qədər təlatümlü idisə, zahirən o qədər sakit və təmkinli görünürdü. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏLATÜMLÜ təlatümlü bax coşqun 1
TƏLATÜM
TƏLƏ

Digər lüğətlərdə