UDQUNMAQ

f.
1. Reflektiv (qeyri-ixtiyari) olaraq boğazında, burnunda əmələ gələn seliyi udmaq, boğazı sanki bir şeyi udur kimi hərəkət etmək.
2. Sözünü deyə bilməmək, deməyə söz tapmamaq, sözü boğazında qalmaq, tutulmaq.
[Zərifə] tez udqundu, yaşarmış gözlərini əlindəki kiçik yaylığın ucu ilə sildi. T.Ş.Simurq.
Kamal udqundu, duruxdu, tutuldu, düşündü. C.Cabbarlı.
Bəhram udqundu, bir neçə saniyə cavab vermədi. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UDQUNMAQ duruxmaq — tutulmaq — hıqqanmaq

Etimologiya

  • UDQUNMAQ Udmaq feilindən əmələ gəlmiş qayıdış növdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
UDQUNMA
UDLAQ

Digər lüğətlərdə