ULTİMÁTUM

[ lat. ultimatum] Dövlətlərarası münasibətlərdə: bir dövlətin başqa dövlətə verdiyi qəti tələb (ultimatumun mahiyyəti ondan ibarət olur ki, o heç bir mübahisə və etiraza yol vermir və irəli sürülən tələblər müəyyən müddət ərzində yerinə yetirilmədiyi təqdirdə dərhal qüvvə və s. tədbirlər tətbiqini nəzərdə tutur.
// məc. Ümumiyyətlə, hədə-qorxu ilə verilən tələb.
Hacı titrəyə-titrəyə gəldisə də, bəyə bir ultimatum gətirdi. Mir Cəlal.
Şahpərinin bu gün ultimatum şəklində dediyi bu sözlər qızın ürəyini, necə deyərlər, şan-şan eləmişdi. B.Bayramov.

□ Ultimatum vermək məc. – hədə-qorxu gəlmək.
ULDUZVARİ
ULTRA

Digər lüğətlərdə