UNİYA

is. [ lat. ]
1. Birlik, birləşmə, ittifaq.
2. Katolik kilsəsinin Roma papasının başçılığı ilə pravoslav kilsəsinin bir hissəsilə birləşməsi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UNİYA uniya bax birlik 1
UNİVERSİTET
UNLAMA
OBASTAN VİKİ
Uniya
Uniya (lat. unio – birlik, təşkilat) — dövlətlər arasında ittifaqın, birliyin növü. == Haqqında == Uniyanın personal və real növləri mövcuddur. Personal uniyada iki və daha çox monarxiya quruluşlu dövlətlərin bir dövlətin tərkibində birləşir, lakin hər biri özünün hakimiyyət və idarəetmə orqanlarını saxlayır. Məsələn, Millətlər Birliyinin üzvü olan 54 ölkədən 15-i şəxsi uniya münasibəti vəziyyətindədir, yəni Böyük Britaniya və və Şimali İrlandiya krallıqlarına birləşmişlər və özlərinin monarxları yoxdur. (Avstraliya, Yeni Zelandiya, Kanada, Barbadas, Yamayka və b.) İngilis kraliçası eyni zamanda bu ölkələrin hər birinin kraliçasıdır. Lakin həmin ölkələrdə onun funksiyasını əsasən hər bir ölkənin hökuməti tərəfindən namizədliyi təqdim olunmuş və kraliça tərəfindən təsdiqlənmiş general-qubernator yerinə yetirir. Real uniya öz dövlət başçısı, öz pul sistemi, birləşmiş ordusu və digər xarici siyasəti həyata keçirən vacib dövlət orqanları olan monarxiya quruluşlu dövlətlərin daha sıx birliyidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Alberto Alesina and Enrico Spolaore. 2003.
Lublin uniyası
Lublin ittifaqı (pol. Unia lubelska; lit. Liublino unija; ukr. Лю́блінська у́нія; belar. Лю́блінская у́нія) — Böyük Litva knyazlığı və Polşa Krallığı arasında baş vermiş milli birləşmə və seçmə monarxiyaya əsaslanan Litva-Polşa ittifaqı. == İttifaqın qurulması və Yaqolliya sülaləsi == Jagiełło 1386-cı ildə xristianlığı qəbul edərək II Vadislav adını aldı və 11 yaşlı Polşa kraliçası Jadviga ilə evləndi. Beləliklə, Jagiellon sülaləsinin üzvləri həm Litvanın, həm də Polşanın hökmdarı oldular. Ancaq iki ölkənin hökmdarları eyni olsa da, dərhal birləşmədilər. Ancaq 1569-cu ildə Yagiellon sülaləsinin son kralı II Zygmunt Avqustun uşaqsız ölməsindən sonra iki dövlətin maqnatları (zadəganları) Lublin müqaviləsini imzalamaq üçün 1 iyul 1569-cu ildə Polşanın Lublin şəhərində bir araya gəldi və iki dövləti bir araya gətirdilər. Beləliklə, Polşa-Litva Birliyi yaradıldı.
Brest Uniyası (1596)
Brest Uniyası (1596) — Reç Pospolitadakı, o cümlədən Ukrayna və Belarusdakı katolik və pravoslav kilsələrinin birləşdirilməsi. Brestdə keçirilən kilsə məclisində qəbul olunmuşdu. B.u.-na səbəb Polşa krallarının dövlət daxilində dini vəhdətin yaradılmasında marağı, həmçinin ali pravoslav ruhanilərinin öz imtiyazlarının möhkəmlətmək cəhd idi. B.u. kəndlilər, kazaklar və digər təbəqələr arasında etiraz doğurmuş, dövlət tərəfindən dəstəklənən uniatlarla pravoslavlar arasında münasibətləri xeyli gərginləşdirmişdi. B.u. rəsmən 1946 ildə Lvovda keçirilən kilsə məclisində ləğv edilmişdi. == Tarixi == O dövrün Katolik Kilsəsinin rəhbərləri üçün belə bir fikir xarakterik idi ki, "ruslar" (Şərqi slavyanlar) öz əqidələri ilə deyil, Konstantinopol Patriarxlığının nüfuzuna tabe olaraq "parçalanmaya" girmişlər və bunlara əməl etmişlər. Yalnız vərdişdən qaynaqlanan "yanılmalar" asanlıqla Roma Katolik Kilsəsi ilə birləşməyə səbəb ola bilər. Bu cür birliyin "Rus" kilsəsinə və "rus" cəmiyyətinə gətirə biləcəyi faydaların ətraflı sadalanması ilə təkliflər iyezuit Peter Skarqanın 1577-ci ildə nəşr olunan "Tanrı kilsəsinin birlik altında birliyi haqqında" essesində verilmişdir.

Digər lüğətlərdə