UYUŞMAQ

f.
1. Keyləşmək, keyimək, hissizləşmək, duyma qabiliyyətini itirmək. Soyuqdan əlləri uyuşdu.
– Göyərçin uyuşan ( f.sif. ) əllərini bərk sıxaraq: – Baxaq… görək, – dedi. S.Rəhimov.
Alnını soyuq tər basdı.
Bədəni uyuşub açıldı. Ə.Vəliyev.

2. Uyğunlaşmaq, uyğun gəlmək; alışmaq.
// Müvafiq olmaq, uymaq, tutmaq, uyğun gəlmək.
Sanki [Firidun] bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin əbədi ahəngini yaratmışdı. M.İbrahimov.
Lakin bu kostyum [Mehdizadənin] ayaqlarındakı yumşaq məslərlə heç də uyuşmurdu. Y.Əzimzadə.

// Yetişmək, qovuşmaq, ulaşmaq.
[Solmaz:] İndi mən yalnız göyləri, işıqları, ulu Hörmüzün ülviyyətini və ona uyuşmağı düşünürəm. C.Cabbarlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UYUŞMAQ uymaq — yaraşmaq
  • UYUŞMAQ uzlaşmaq — əlaqələnmək — bağlanmaq — birləşmək
UYUŞMA
UYUŞMAZ

Digər lüğətlərdə

акмеоло́гия досле́живать крючкотво́рский мла́дший опога́ниться пиф-па́ф племя́ш подклёв славянофо́бствование эксплуата́тор вылу́пливаться до сло́ва интерни́рование малове́рка моно... отшагну́ть посадить на мель чи́сленность C-note crowdie escrow revival унести фотохромия фурнитура