UZAQLIQ

is.
1. Məsafəcə uzunluq, məsafəcə yaxın olmama; uzaq olma, iraqlıq. Yolun uzaqlığı. Səfərin uzaqlığı. Ulduzların uzaqlığı. Məsafənin uzaqlığı.
// İki müəyyən nöqtə arasındakı məsafə. Mərmi uçuşunun uzaqlığı. Atış uzaqlığı.
// Uzaqda olan, uzaqlarda görünən şey, ya şeylər.
Planetlər, uçulub dağılan o dəhşətli uzaqlıqlar daima mənə qədim bir əfsanə kimi gözəl və irişilməz görünürdü. Ə.Məmmədxanlı.

2. Zamanca, dövr etibarilə yaxın olmama, uzaq olma, aradan çox zaman keçmə. Hadisələrin uzaqlığı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UZAQLIQ məsafə — mənzil
UZAQLAŞMAQ
UZAQLIQÖLÇƏN

Digər lüğətlərdə