UZUNBIĞLI

sif. Bığları uzun olan, uzun bığ qoymuş. Uzunbığ kişi.
– Məmməd bəyin ilk zərbəsindən uzunbığlı, sallaq birçəkli bir sərkərdənin başı qələm kimi atıldı. Çəmənzəminli.

UZUNBIĞ
UZUNBOĞAZ
OBASTAN VİKİ
Uzunbığlı qumlaqçı
Uzunbığlı qumlaqçı (lat. Romanogobio ciscaucasicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin qumlaqçı cinsinə aid heyvan növü. Azsaylı, yerli (aborigen) növdür. == Xarakterik morfoloji əlamətləri == Bədəni nisbətən hündürdür. Boğazında 8-10 ədəd dağınıq yerləşən tünd ləkələr olur. Bığları uzundur və bədən uzunluğunun orta hesabla 10%-ni, başın uzunluğunun 50%-ni təşkil edir. Xarici görünüşünə görə Kür qumlaqçısına oxşayır, lakin ondan başının qısa olması ilə fərqlənir. Azərbaycan sularında yaşayan fərdlərinin uzunluğu 13.7 sm-ə qədər olur. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığı olub, dibi qumlu, daşlı, axar sularda yaşayır. Ömrün uzunluğu orta hesabla 2-3 il olur.
Uzunbığlılar
Uzunbığlılar (lat. Nematocera) – ikiqanadlılar dəstəsinə aid həşərat yarımdəstəsi. == Ümumi məlumat == Yarımdəstənin nümayəndələri bığcıqlarının çoxbuğumlu olması ilə səciyələnirlər. Əksəriyyətinin sürfəsində baş vardır, Pupları açıq və ya azad tipdədir. Növlərinin çoxu suda və rütubətli yerlərdə olur.

Digər lüğətlərdə

виршепи́сец земли́стость Коро́бочка многопло́дие наколо́ться обка́т перебода́ться плево́к прографи́ть а́нгельский заползти́ иглоука́лывание несмолка́емость обмеблиро́вываться отши́ть парши́вец репьё alkaloid seminarist stage direction tragopan unbe босс приткнуть столица