Vüqar Əliyev
Vüqar Əmir oğlu Əliyev (1955, Gürcüstan SSR) — fizika-riyaziyyat elmləri doktoru.
== Həyatı ==
Elmi əsərlərinin sayı – 208
Xaricdə dərc olunan əsərlərinin sayı – 98
Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı – 60
Beynəlxalq elmmetrik bazalarda şəxsi səhifələri
Beynəlxalq layihələrdə koordinatorluğu
İxtiralarına görə müəlliflik şəhadətnamələrinin və patentlərinin sayı – 16
Elmi kəşfi - 1
Dil bilikləri – Azərbaycan, rus, gürcü və ingilis dilləri
== Əsas elmi nəticələri ==
İlk dəfə olaraq, tallium əsaslı, üç və çoxkomponentli, xalkogenid birləşmələrinin monokristallarının fiziki xassələri ilə onların real quruluşu və defektləri arasında korrelyativ əlaqələri aşkara çıxarmışdır. Tallium əsaslı, üçqat, iynəvari xalkogenid kristallarda on illər öncə nəzəri olaraq mümkünlüyü söylənilmiş faza keçidlərini ilk dəfə olaraq aşkara çıxarmış və təfsilatı ilə tədqiq etmişdir . Eksperimental fizika sahəsində əldə etdiyi hər bir elmi nəticə əsasında faktiki olaraq müxtəlif yarımkeçirici çeviricilər və cihazlar ixtira etmiş, müvafiq qaydada patentləşdirmişdir.
Doktorluq dissertasiyasının müdafiəsindən sonra isə bir sıra beynəlxalq layihələr irəli sürmüş, elmi qrantlar almış və layihələr üzrə beynəlxalq elmi qruplar tərkibində apardığı tədqiqatlar əsasında, 2007-ci ildə, bərk cisimlər fizikasında yeni effekt kəşf etmişdir (Kəşf Diplomu № 340 və P.L.Kapitsa adına Qızıl Medal). Azərbaycan Milli Ensiklopediyasının 8-ci cildində həmin kəşf haqqında məlumat verilmişdir . Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin Fizika İnstitutunun rəsmi internet səhifəsində, ingilis, rus və Azərbaycan dillərində, xüsusi “KƏŞFLƏR” bölməsi yaradılmışdır .
== Elmi kəşfi ==
=== Elmi kəşfin adı: ===
Darzolaqlı yarımkeçiricilərdə eyni zamanda Fermi səviyyəsinin stabilləşməsi və elastiklik xassələrinin çevrilməsi arasında qanunauyğun əlaqə.
=== Kəşfin müəllifləri: ===
Paşayev A.M., Davaraşvili O.İ., Əliyev V.Ə., Zlomanov V.P., Davaraşvili M.İ.
=== Kəşfin düsturu: ===
Eyni zamanda Fermi səviyyəsinin stabilləşməsi və dielektrik hala transformasiya vasitəsilə IV-VI darzolaqlı yarımkeçiricilərinin elastiki xassələrinin çevrilməsi arasında əvvələr məlum olmayan qanunauyĝun əlaqə təyin edilmişdir, hansı ki, yüksək parametrli kristallik qəfəsə malik (effektiv “mənfi” təzyiq) altında aşqar tərkibli yüksəkgərginlikli yarımkeçirici layın formalaşması zamanı dielektrik hala keçid elastiklik limitini artıran və Fermi səviyyəsini stabilləşdirən aşqarın layda olması ilə səbəblənən qadaĝan olunmuş zonasının böyüməsi və Fermi səviyyəsinin onun ortasına doĝru sürüşməsi nəticəsində yükdaşıyıcıların energetik spektrinin yenidənqurulması zamanı baş verir.
== Əsas elmi əsərləri ==
Vugar Aliyev, Zakir Ramazanly, Sabina Magerramova, Emil Gafarov The Pecullarities of Erosion and Soil Processes in Lower Kura River and the Risk of Floods.