VƏHŞİ

VƏHŞİ – MƏDƏNİ O nə vəhşi adamdır (S.Vəliyev); Qoşatxan mədəni və tərbiyəli adam idi, lakin heç kəsə borclu qalmağı sevməzdi (M.İbrahimov).

VƏHŞƏTLİ
VƏHŞİLİK
OBASTAN VİKİ
Vəhşi Pişik
Qara Pişiklər (ing. Black Cats) və ya Vəhşi Pişik (ing. Wildcat) — Krallıq donanmasına məxsus helikopter nümayiş komandasıdır. Şou üçün 2 ədəd Westland Lynx helikopteri istifadə olunurdu. Daha sonra bu helikopterlər AgustaWestland Wildcat ilə əvəz olundu. == Tarixi == Komanda 2001-ci ildə yaradılmışdır. İlk dövrlərdə komanda "Vaşaq cütlüyü" (ing. Lynx Pair) adı altında çıxış edirdi. 2004-cü ildən komandada ad dəyişikliyi baş verdi. Komanda 1992-ci ildə ləğv olunmuş, Kral Hərbi Hava Qüvvələrinə məxsus olmuş "Köpəkbalığları" (ing.
Vəhşi Qərb
Vəhşi Qərb (ing. Wild West) və ya Köhnə Qərb (Old West) — Şimali Amerikada Amerika ekspansiyasının irəli dalğası ilə əlaqədər coğrafiyanı, tarixi, folkloru və mədəniyyəti əhatə edən konsepsiya. Bu, XVII əsrin əvvəllərində Avropanın müstəmləkə məskənləri ilə başlamış və son bir neçə bitişik Qərb ərazilərinin dövlət kimi qəbul edilməsi ilə sona çatmışdır. Bu kütləvi miqrasiya və məskunlaşma dövrü Luiziana satınalmasından sonra prezident Tomas Cefferson tərəfindən xüsusilə təşviq edilmişdir. Vəhşi Qərbin əfsanələri, tarixi hadisələri və folkloru ABŞ mədəniyyətinə o qədər daxil olmuşdur ki, bu konsepsiya və xüsusilə Vestern media janrı ABŞ-nin milli kimliyinin müəyyənedici xüsusiyyətlərindən birinə çevrilmişdir.
Vəhşi at
Vəhşi at (lat. Equus ferus) — at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan növü. Vəhşi at müasir atların əcdadı hesab olunur. Vəhşi atların bir neçə yarımnövü mövcud olmuşdur. Onlardan yalnız 3-ü dövrümüzədək yaşamağı bacarmışdır. Ev atı (Equus ferus caballus). XVII-XVIII əsrlərdə xalq seleksiyası yolu ilə yaradılmış Qaradağ atları da bu yarımnövə aiddir. Tarpan və ya Avrasiya vəhşi atı (Equus ferus ferus). Avropa və Asiyada yaşamışlar. Tarpanın demək olar ki XIX əsrin sonlarında nəsli kəsilmişdir və sonuncu fərd 1918-19-cu illərdə Ukrayna zooparklarının birində ölmüşdür.
Vəhşi diviziya
Qafqaz Yerli Atlı Diviziyası (rus. Кавказская туземная конная дивизия) və ya Vəhşi diviziya (rus. Дикая дивизия — Birinci dünya müharibəsi (1914–1918) dövründə Qafqazın müsəlman əhalisindən təşkil edilmiş süvari diviziya. Çar Rusiyasında müsəlman əhali, o cümlədən Qafqaz müsəlmanları kütləvi şəkildə hərbi xidmətə cəlb olunmurdular, lakin müharibənin gedişində cəbhənin möhkəmləndirilməsi üçün Qafqaz müsəlmanlarının süvari qoşunda döyüşmək bacarıqlarını nəzərə alaraq, onlardan ibarət yeni atlı diviziyanın yaradılması qərara alındı. 3-cü süvari korpusun (Qərb cəbhəsi) tərkibində olan "Dikaya diviziya" (diviziyanın adı həm şəxsi heyətin şücaəti, həm də onların nizami döyüş hazırlığı keçməməsi ilə əlaqədar idi) 6 kiçik tərkibli alaydan — Dağıstan, Kabarda, Tatar (azərbaycanlı), Çeçen, İnquş və Çərkəz alaylarından ibarət idi. Diviziyanın tabeliyinə, həmçinin, Osetin piyada briqadası və 8-ci Don topçu divizionu verilmişdi. "Dikaya diviziya"nın komandiri general D. P. Baqration idi. Diviziyanın zabit heyətini, əsasən, rus qvardiya zabitləri, həmçinin, yerli zadəgan nümayəndələri təşkil edirdi. "Dikaya diviziya"nın ümumi sayı 1350 süvaridən ibarət idi. Xüsusi hərbi hazırlıq görmədiyinə və könüllülük əsasında yaradıldığına görə, diviziyanın şəxsi heyətinə müəyyən güzəştlər verilmişdi.
Vəhşi göl
Vəhşi göl (sloven. Divje jezero) — Sloveniyanın qərbindəki İdri-Xribove (Dinar dağları) dağ massivində İdriya icmasında yerləşən kiçik bir karst gölü. Göl İdriya şəhərindən cənubda, dəniz səviyyəsindən 340 m yüksəklikdə yerləşir. 1967-ci ildə təbii bir abidə elan edilmişdir (sloven. narodny spomenik). Qorunma zonasının sahəsi 4.44 hektardır. 1972-ci ildə göl Sloveniyanın təbiətdə ilk muzeyi olur. Göl nəhəng bir karst bulağıdır. Su yeraltı bir mağaradan meylli bir tuneldən axır. Mağarada 1957-ci ildən bəri dalğıc speleloqlar 426 m dəhlizi araşdırmışlar.
Vəhşi heyvanlar
Vəhşi heyvanlar (lat. Theria) — məməlilər sinfinə aid yarımsinif. Müasir diri bala doğan məməliləri özündə cəmləşdirir. Belə ki, yarımsinfə aid olan nümayəndələr yumurta qoymadan bala doğmaqla çoxalırlar. Plasentalılar və kisəlilər bu yarımsinfi təşkil edirlər. Xarici qulağa və topuğa malikdirlər.
Vəhşi ov
Vəhşi ov — german-skandinav mifologiyasında sürü halında olan bir qrup xəyali atlı ovçu. Bu ovçular elflər, pərilər və ya ruhlar ola bilərlər. Ovun rəhbəri adətən Odin ilə bağlı adlı bir fiqur olur, ancaq bəzi hallarda Böyük Teodrix, Danimarka kralı IV Valdemar Atterdaq, Uels mifik tanrısı Qvin ap Nudd kimi tarixi və ya əfsanəvi şəxsiyyətlər, eləcə də İrod Antipa, Kabil, Cəbrayıl və Şeytan kimi Bibliyada olan varlıqlar da ola bilər. Vəhşi ov müharibə və vəba kimi faciələrin əlaməti hesab edilirdi. Ova şahid olan insanlar oğurlanaraq cəhənnəmə və ya pəri diyarına aparılırdı. Bəzi yerlərdə insanların ruhlarının kavalkada qoşulmaq üçün yatdıqları yerdə götürüləcəyinə inanılırdı. == Dəlil və terminologiya == Alman folkloru əsasında aparılan müqayisəli yanaşmaya əsaslanaraq, hadisəyə adətən "Wilde Jagd" (azərb. Vəhşi ov/təqib‎) və ya "Wildes Heer" (azərb. Vəhşi ordu‎) deyilir. Hadisənin "Vəhşi ordu" və ya "Qəzəbli ordu" adlandırıldığı Almaniyada onun liderinə müxtəlif kimliklər verilmişdi.
Vəhşi qaz
Vəhşi qaz (lat. Branta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Ümumi xüsusiyyəyləri == Vəhşi qazlar ölçüsünə görə qazlardan kiçikdirlər. Onların boyunları və dimdikləri nisbətən qısa olur. Vəhçi qazların uzunluğu 60sm-ə, kütləsi isə 8 kq-a qədər olur. Vəhşi qazların hazırda 6 növü var. == Yayılması == Havay qazından başqa digər növləri Avrasiya və Şimali Amerikada yüvalayır..
Vəhşi yak
Vəhşi yak (lat. bos mutus) — əsl öküz cinsinə aid heyvan növü. == Yayılması == Rusiyada ərazisində Tıva respublikasının kənd təsərrüfatında (2012-ci ildə təxminən 10 min baş), Buryatiya və Altay Respublikası zooparklarında saxlanılır. Tibetdən başqa digər ölkələrdə də Şimali Hindistan, Çin, Qazaxıstan, Tacikistan, Butan, Əfqanıstan, Pakistan, İran, Qırğızıstan, Özbəkistan, Nepal və Monqolustanın qonşu dağlıq bölgələrində yayılmışdır. Sovet İttifaqında Şimali Qafqaz, xüsusilə Kabardino-Balkar, Qaraçay-Çerkesiya, Dağıstan, Çeçen-İnquşetiya və Şimali Osetiya kimi ərazilərdə yak uyğunlaşdırılmışdır. Ermənistanda isə yakın uyğunlaşdırılması nəticə vermədi. == Xarici görünüşü == Yak uzun bir bədən, nisbətən qısa ayaqları, geniş, dairəvi tuluqları və ağır, aşağı əyilmiş başı olan böyük bir heyvandır. Ağırlığı 2 m-ə qədər, 1000 kq-a qədər çəki. Yaşlı bir erkəyin bədəninin uzunluğu 4,25 m-dir və ondan 0,75 m quyruğa düşür. Yakın dişisinin uzunluğu 2,8 m, hündürlüyü 1,6 m, çəkisi isə 325-360 kq-dır.
Vəhşi çöl
Vəhşi çöl (rus. Дикое поле) — Qara və Azov dənizi ətrafı tarixi çöl əraziləri. Qərbdən Dnestr çayı ilə, şərqdən isə Don və Xoper çayları ilə həmsərhəddir. Ərazi əhalinin az məskunlaşdığı bölgə hesab olunur. == Coğrafiyası == Reç Pospolitaya məxsus, Levasser de Boplanın (Guillaume Le Vasseur de Beauplan) tərtib etdiyi xəritədə ilk dəfə olaraq (1648) "Vəhşi çöl" (Dzike Polie) sözü istifadə edilmişdir. Ərazini məhsuldar olmayan torpaqlarına görə belə adlandırmışdılar. Bəzən sinonim kimi (lat.. Loca deserta) sözündən də istifadə olunurdu. Vəhşi çöl ümumi qəbul edilmiş dəqiq sərhədlərə malik deyildi. Müasir dövrdə bu bölgəyə Ukraynanın Luqansk, Donetsk, Zaporojiya, Dnepropetrovski, Kirovoqrad, Nikolayev, Odessa, Poltava, Sumı, Xarkov və Xerson vilayətləri, Dnestryanı və Rusiyanın Belqorod, Lipetsk, Tambov, Penza, Voronej, Saratov, Volqoqrad, Rostov vlayətləri daxildir.
Vəhşi öküz
Vəhşi qərb
Vəhşi Qərb (ing. Wild West) və ya Köhnə Qərb (Old West) — Şimali Amerikada Amerika ekspansiyasının irəli dalğası ilə əlaqədər coğrafiyanı, tarixi, folkloru və mədəniyyəti əhatə edən konsepsiya. Bu, XVII əsrin əvvəllərində Avropanın müstəmləkə məskənləri ilə başlamış və son bir neçə bitişik Qərb ərazilərinin dövlət kimi qəbul edilməsi ilə sona çatmışdır. Bu kütləvi miqrasiya və məskunlaşma dövrü Luiziana satınalmasından sonra prezident Tomas Cefferson tərəfindən xüsusilə təşviq edilmişdir. Vəhşi Qərbin əfsanələri, tarixi hadisələri və folkloru ABŞ mədəniyyətinə o qədər daxil olmuşdur ki, bu konsepsiya və xüsusilə Vestern media janrı ABŞ-nin milli kimliyinin müəyyənedici xüsusiyyətlərindən birinə çevrilmişdir.
Jofrua vəhşi pişiyi
Odinin Vəhşi ovu
Odinin Vəhşi ovu (norv. Åsgårdsreien, bukv. Asqard gəzintisi) — Peter Nikolay Arbo tərəfindən 1872-ci ildə çəkilmiş rəsm əsəri. Bu rəsm əsəri skandinav folklorunda olan Vəhşi ovu təsvir edir və Yohan Sebastiyan Velhavn tərəfindən yazılmış bir şeir əsasında çəkilmişdir. Rəsm əsəri Norveçin paytaxtı olan Oslo şəhərində yerləşir Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyinin kolleksiyasında saxlanır. == Zəmin == Rəsm əsəri skandinav folklorundakı Vəhşi ov mövzusuna əsaslanır. Skandinav ənənəsinə görə, Vəhşi ov tanrı Odin ilə bağlıdır. Bu hadisə Qış fəslində səmada keçirilən dəhşətli bir mərasimdan ibarətdir və gizlənməyə yer tapa bilməyən bədbəxt insanların oğurlanması ilə nəticələnir. Norveç ənənəsinə görə, tanrı Odindən başqaları da ovun rəhbəri ola bilər. Bunlara Lüssi və Quro Rısserov kimi şəxsiyyətlər aiddir.
Vəhşi (film, 2017)
Vəhşi (ing. — Beast) — 2017-ci il məhsulu olan ingilis psixoloji-gərilim filmi. == Mövzusu == Varlı və nüfuzlu bir ailənin qızı olan 27 yaşlı Mol tur rəhbəridir. Molun ad günündə bacısı hamilə olduğunu deyərək diqqəti öz üzərinə çəkir. Ailəsi tərəfindən əhəmiyyət verilmədiyini düşünən Mol ad günündən ayrılır və gecə klubuna gedir. Orda bir adamla tanış olur, gecə boyu rəqs edirlər. Sabaha yaxın klubdan ayrılanda oğlan Molla yaxınlaşmaq istəyəndə Mol onu istəmir. Oğlan Molu sıxışdıranda qaçaq ovçu havaya bir əl atəş açaraq Molu qurtarır. Mol həyatında qaçaq ovçuya — Paskala sevgi və həyəcan üçün darıxdığını və ailəsinin onunla 2-ci sort adammış kimi rəftar etdiklərindən danışır. İkisi arasındakı sevginin çiçəkləndiyi vaxtda Mol Paskala məktəb vaxtı sinif yoldaşını qayçı ilə vurduğundan danışır.
Vəhşi ibn Hərb
Vəhşi ibn Hərb (ərəb. :وحشي بن حربه‎; VII əsrin əvvəli—VII əsrin 60-cı illəri) – İslamı qəbul etməmişdən əvvəl müşriklərin sıralarında 625-ci ildə Uhud döyüşünə qatılmış, İslam peyğəmbərinin əmisi Hz. Həmzəni öldürmüşdür. == Nəsli == Vəhşi Efiopiya mənşəli, həbəş idi. İslamı qəbul etməmişdən əvvəl Qureyş liderlərindən Cübeyr ibn Mütimin köləsi idi. Xüsusilə mükəmməl nizə atmağı ilə tanınırdı. == Hz. Həmzənin ölümü == Bir rəvayətdə deyilir ki, Məhəmməd peyğəmbərin əmisi və süd qardaşı olan Hz. Həmzə Bədr döyüşündə Cübeyrin əmisi Tuəyməni öldürmüşdü. Uhud döyüşündə Cübeyr əmisinin qisasını almaq üçün Vəhşiyə onu köləlikdən azad edəcəyi vədini verərək Həmzəni öldürməyi tapşırmışdı.
Vəhşi təbiətdə (film, 2007)
Vəhşi təbiətdə (ing. İnto the wild) — Con Kraqaur tərəfindən 1996-cı ildə yazılmış, qurğusal olmayan və Xristofor Mekkandles adlı gəncin macəralarını anladan eyniadlı filmdir. Film 2007-ci ildə çəkilmişdir. Filmin əsasında çəkildiyi kitabın orijinal ingiliscə adı "Vəhşi təbiətə doğru" mənasına gəlir. Əsər adını kitabın başlarındaki "I walk into the wild now (azərbaycanca: İndi vəhşi təbiətə doğru gedirəm) cümləsindən alır. Film ən yaxşı qurğulama və ən yaxşı köməkçi kişi aktyor sahələrində Oskara namizəd göstərilmişdir. == Mövzusu == Universitetdən yeni məzun olmuş Xristofor, atası və anası ilə keçmişdə yaşadığı problemlərin təsiri ilə sahib olduğu hər şeydən imtina edir, sonrasında Alyaskada vəhşi təbiətdə yaşamağa çalışır. Alyaskadan əvvəl olan iki illik səfəri boyunca bir çox rəngli obrazlala tanış olur və onlarla dost olur. Filmin davamında Xristoforun Alyaskada verdiyi yaşam mübarizəsi olduqca real bir şəkildə təsvir edilmişdir. == Rollarda == Şon Pennin rejissorluğunu etdiyi filmdə Emil Hörs, Vins Van və Ketrin Kinr yer alır.
Vəhşi Təbiətə Üz tutan Fərdiyyəçilər
Vəhşi təbiətə Üz tutan Fərdiyyəçilər ya da Vəhşiliyə Yönələn Fərdiyyəçilər (isp. Individualistas Tendiendo a lo Salvaje, ITS) 2011-ci ildə Meksikada ortaya çıxan, özünü eko-ekstremist olaraq adlandıran bir eko-terror təşkilatıdır. Meksika hökumət orqanları tərəfindən bəzi şiddətli aktlar bu təşkilatla əlaqələndirilsə də, qrup tərəfindən törədilən hücumların çoxu istintaq araşdırmalarının ardından inkar edilmiş və başqa qruplara və ya terrorizm hesab olunmayan cinayətlərə aid edilmişdir. == İdeologiya == 3 fevral 2016-cı il tarixində ITS Eko-ekstremist Lənət (ispanca: Maldición Eco-extremista) adlı bloqda bir bəyanat dərc etdi. Yazıda o, özünü "eko-ekstremist" adlandıraraq, elmi və texnoloji tərəqqini ekosistemlərin təxribatına və özünü təbiətdən uzaqlaşdıran bir sivilizasiyanın inkişafına görə məsuliyyət daşımaqda ittiham edirdi. Alçalma prosesi kimi gördükləri texnoloji tərəqqini geri qaytarmaq üçün onlar cavabdeh olaraq təyin etdikləri şəxslərə qarşı peşmançılıq çəkmədən şiddətli hərəkətlər edəcəklərini açıqladılar. Qrup Meksikanın müxtəlif universitet mərkəzlərində nanotexnologiya və digər əlaqəli elmlərin tədrisinə özünü həsr etmiş universitet müəllimlərinə məktub bombaları göndərərək 2011-ci ildə terror fəaliyyətinə başladığını bəyan edirdi. Bu ilk hərəkətlərin metodologiyası qrupun əsas ilham mənbəyi olan Ted Kazinski'ninkinə bənzəyirdi. Bununla belə, digər neo-luddist və ya anarxo-primitivist qruplar tənqidi fikirdədirlər və görünür, Kazinskinin özü ilə əlaqə saxlamağa başlayıblar, o, 2012-ci ilin əvvəlində inqilabi hərəkətlərə dair sadəlövh təklifinə və tarix boyu ictimai hərəkatların lal təhlilinə görə İTS-ə qarşı sərt məktub yazmışdı. 2014-cü ildə ITS yeni mərhələ elan etdi və onlarla eko-anarxist qrupla Vəhşi Reaksiya (ispanca.
Vəhşi fauna və flora və təbii yaşayış yerlərinin mühafizəsi haqqında Bern Konvensiyası
Avropada vəhşi fauna və floranın və təbii yaşayış yerlərinin mühafizəsi haqqında Konvensiya (ing. Convention on the Conservation of European Wildlife and Natural Habitats), və ya Bern Konvensiyası (The Bern Convention) — Avropada vəhşi fauna və floranın və təbii yaşayış mühitinin mühafizəsi üzrə beynəlxalq müqavilə. Konvensiya həm yaşayış mühitinin, həm də mühafizə edilməli olan flora və fauna növlərinin mühafizəsi, qadağan edilməli olan ov üsulları və balıq ovu vasitələri ilə bağlı müddəaları ehtiva edir. == Qəbul olunma tarixi == Bern Konvensiyası Avropa Şurası tərəfindən hazırlanmışdır. Konsepsiyanın yaradılması haqqında qərar 1976-cı ildə Avropa Şurası Nazirlər Şurasının qərarı ilə qəbul edilib. Konvensiya 1979-cu il sentyabrın 19-da Berndə keçirilən Ətraf Mühit Nazirlərinin 3-cü Avropa Konfransında imzalanmaq üçün açılmışdır. 1982-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Qərargahı Strasburqda (Fransa) yerləşir. İndi konvensiyanı Avropa Şurasının üzvü olan 40 dövlət, həmçinin Avropa İttifaqı, Burkina Faso, Mərakeş, Tunis və Seneqal imzalayıb. Əlcəzair, San Marino, Kabo-Verde, Vatikan və Rusiya konvensiyanı imzalamamış və onun icraiyyə komitəsinin iclaslarında müşahidəçi statusuna malik ölkələrdir.
Vəhşi heyvanın rəqəmi
Vəhşi heyvanın rəqəmi, həmçinin heyvan rəqəmi, iblis rəqəmi və ya vəhşi heyvana məxsus say (q.yun. Ἀριθμὸς τοῦ θηρίου, Arithmós toû thēríou) — Vəhy Kitabının 13-cü fəsli, 18-ci ayəsində Vəhşi heyvan əlaqələndirilən rəqəm. Əhdi-cədidin əksər əlyazmalarında və Bibliyanın tərcümələrində vəhşi heyvanın rəqəmi altı yüz altmış altı və ya "χξϛ" (yunan rəqəmlərində "χ" 600, "ξ" 60 və "ϛ" 6-nı təmsil edir) təşkil edir. Vəhy Kitabının qorunub saxlanmış ən qədim əlyazması olan 115-ci papirus, eləcə də "Codex Ephraemi Rescriptus" kimi digər qədim mənbələrdə vəhşi heyvanın rəqəmi "χιϛ" və ya "χιϲ", yəni ərəb rəqəmləri ilə 616 (χιϛ) kimi verilmişdir. Yunanca mətnin "Novum Testamentum Graece" kimi tənqidi nəşrləri variant kimi "χιϛ"ni qeyd edir. == İnterpretasiya == Korneli Tasitin qeydləri və sonrakı dövrün xristian ənənəsinə görə, Neron 64-cü ildə şəhərin bir hissəsini məhv edən və Roma əhalisini iqtisadi cəhətdən çökdürən Böyük Roma yanğınına görə xristianları günahlandırmışdır. Entoni A. Barrett yazmışdır ki ki, "böyük arxeoloji səylər son vaxtlar yanğın üçün yeni dəlillər ortaya çıxarıb, lakin onu kimin başlatdığını göstərə bilmir". Tasitin "Annallar"ında qeyd edilmişdir: Tasitin bu qeydləri Neronun Böyük Roma yanğınına görə xristianları günahlandırmasını təsdiqləyən yeganə müstəqil dəlildir və ümumiyyətlə həqiqəti əks etdirdiyinə inanılır. Tasitin müasiri olmuş Svetoni müəllifi olduğu Neronun bioqrafiyasının XVI fəslində yazmışdır ki, "yeni və şeytani xurafata inananların sinfi olan xristianlara cəza verilmişdir". Buna baxmayaraq, o, cəzanın səbəbini göstərməmişdir.
Azərbaycanda vəhşi təbiət
Azərbaycanın vəhşi təbiəti onun flora və faunasından və onların təbii yaşayış mühitindən ibarətdir. Azərbaycan faunasının simvolu Qarabağ atı olaraq qəbul edilir. Bu at cinsi dağ-çöl mühitində yaşayır və yarış və minik atı kimi istifadə edilir. Bu at cinsinə yalnız Azərbaycanda rast gəlinir. Bu, ən qədim cinslərdən biridi, ilk dəfə V əsrdə Qarabağ bölgəsində əhilləşdirilərək yetişdirilib və bu regionun adını daşıyır. Azərbaycanda fərqli heyvan növlərinin təbii yaşayış mühiti müxtəlifdir. Bəzi növlər yalnız müəyyən ərazilərdə, göl kənarlarında, dağlıq yamaclarda məskunlaşır, digərləri isə ölkə daxilində səpələnmişdir. Məsələn, sərçəkimilər fəsiləsinə mənsub quşlara bütün Azərbaycanda rast gəlmək olar. Minik heyvanların (mal-qara, ev quşları və s.) təbii yaşayış yerindən asılı olaraq, protozoy parazitləri də ölkənin bütün ərazilərində qeydə alınır. Məməlilər arasında düzənliklərdə ceyranlar, Qafqaz keçisi əsasən dağlıq ərazilərində məskunlaşır və əksər quş növlərinə meşələrdə və ya su hövzələrində rast gəlmək olar.
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Cənubi Afrika vəhşi pişiyi
Cənubi Afrika vəhşi pişiyi (lat. Felis silvestris cafra) — pişik cinsinə aid heyvan yarımnövü.
Fərhad və Şirin (Vəhşi)
Fərhad və Şirin — fars şairi Vəhşi Bafqinin Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə müstəqil olaraq yazdığı poemadır. Şair poemanı tamamlaya bilmədən dünyasını dəyişmişdir. Vəhşinin vəfatından təxminən 250 il sonra, Vüsal Şirazi təxəllüsü ilə yazan Mirzə Şəfi Şirazi həmin əsəri tamamlamağı öhdəsinə götürmüşdür. Lakin, əcəl ona da imkan verməmiş, poema yenə yarımçıq qalmışdır. Vüsalın vəfatından bir neçə il sonra, Sabir Şirazi təxəllüslü bir şair əsəri tamamlamağı öz öhdəsinə götürmüşdür. O, Vəhşi və Vüsalın əsərinə 608 misra artırmaqla əsəri başa çatdırmışdır. Vəhşinin "Fərhad və Şirin" poeması yarımçıq olmasına baxmayaraq, Nizaminin "Xosrov və Şirin" poemasından sonra bu mövzuda yazılmış ən güclü əsər hesab edilir. == Məzmunu == Vəhşi özü də zəhmətkeş ailəyə mənsub olduğundan, əsərini şahənşah Xosrov Pərvizə yox, zəhmətkeş Fərhada həsr etmişdir. Vəhşi də Nizami Gəncəvi kimi həyatın və kainatın əsas məqsədini eşqdə görmüş, eşqdən başqa hər şeyi etibarsız hesab etmişdir. O, eşq nemətindən məhrum olan bir insanı, dirilik suyu içib, əbədi yaşamaq hüququ qazanmış olsa da, mənəvi ölmüş hesab edir: Şair, həqiqi eşq uğrunda yanıb kül olmağı belə, "vücudun həddi-kəmalə çatması" kimi qiymətləndirir.
ABŞ balıqların və vəhşi təbiətin mühafizəsi xidməti
ABŞ balıqların və vəhşi təbiətin mühafizəsi xidməti və ya ABŞ Meşə Xidməti (ing. United States Fish and Wildlife Service (USFWS)) — Amerika Birləşmiş Ştatları Daxili İşlər Departamentinin tərkibində fəaliyyət göstərən balıq, vəhşi təbiət və təbii yaşayış mühitlərini idarə edən bir agentlikdir. Agentliyin qərargahı Virciniya ştatının Folls-Çörç şəhərində yerləşir.
Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943)
Almanların Şimali Qafqazda vəhşilikləri qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1943-cü ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film alman-faşist işğalçılarının Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, 1943-cü ildə rus yazıçısı Aleksey Tolstoyun başçılığı ilə bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışır. Çəkilmiş kinokadrlar ifşaedici materiallar kimi Nürnberq məhkəmə prosesində göstərilmiş və "Ordenli Azərbaycan" kinojurnalına da daxil edilmişdir. == Məzmun == Film alman-faşist işğalçılarının Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, 1943-cü ildə rus yazıçısı Aleksey Tolstoyun başçılığı ilə bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışır. Filmdə faşistlərin Mineralnıye Vodı, Kislovodsk, Pyatiqorsk və Nalçik şəhərlərində törətdikləri vəhşiliklər təkzibolunmaz faktlarla ifşa edilir. == Film haqqında == Çəkilmiş kinokadrlar ifşaedici materiallar kimi Nürnberq məhkəmə prosesində göstərilmiş və "Ordenli Azərbaycan" kinojurnalına da daxil edilmişdir.
Vəhşiliyin universal tarixi
Vəhşiliyin universal tarixi (Historia universal de la infamia) ― Xorxe Luis Borxes tərəfindən ilk dəfə 1935-ci ildə nəşr edilmiş və 1954-cü ildə müəllif tərəfindən yenidən işlənmiş qısa hekayələr toplusudur. Hekayələrin əksəriyyəti 1933-1934-cü illər arasında "Crítica" qəzetində dərc olunub və "sehrli realizm" terminini ilk dəfə istifadə edən Angel Floresin sözlərinə görə, sehrli realizm hərəkatı bu kitabla başlayıb. == Haqqında == Hekayələr (Hombre de la esquina rosada istisna olmaqla) əsl cinayətkarların uydurma hesablarıdır. Mənbələr kitabın sonunda verilmişdir, lakin Borxes təkrar izahatda - ixtiyari və ya başqa bir şəkildə - xüsusən də tarixlərə və adlara çoxlu dəyişikliklər edir, ona görə də hesablara tarixi hesab etmək olmaz. Xüsusilə, The Disinterested Killer mənbə materialından ayrılır. İki ingilis tərcüməsi mövcuddur, birincisi 1972-ci ildən, ikincisi 1999-cu ildən (toplanmış nəşrin bir hissəsi, 2004-cü ildə ayrıca kitab kimi nəşr edilmişdir). 1972-ci il ingiliscə nəşri (A Universal History of Infamy, ISBN 0-525-47546-X) ​​Norman Thomas di Giovanni (ing.) tərəfindən tərcümə edilmişdir. 2004-cü il ingiliscə nəşri (A Universal History of Inniquity, ISBN 0-14-243789-1), Andrew Hurley (ing.) tərəfindən tərcümə edilmiş, Britaniya naşiri Penguin Books-un bölməsi olan Penguin Classics tərəfindən nəşr edilmişdir. == Xarici keçidlər == Alçaklığın Evrensel Tarihi [1] Alçaklığın Evrensel Tarihi [2] Alçaklığın Evrensel Tarihi [3] A Universal History of Infamy [4] == İstinadlar == "Xorxe Luis Borxes". "Xorxe Luis Borxes".
Şamaxıda erməni vəhşilikləri
Şamaxı soyqırımı — 1918-ci ilin mart-aprel aylarında ermənilərin Şamaxı qəzasında azərbaycanlılara qarşı törətdikləri soyqırım, etnik təmizləmə siyasəti. Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. == Soyqırımdan əvvəlki vəziyyət == 1918-ci il mart soyqırımının əsas səbəbləri barədə əvvəllər Bakıda yaşamış, sonralar Almaniyaya mühacirət etmiş, Kadet partiyasının üzvü B. Baykov öz xatirələrində belə yazırdı: Stepan Şaumyanın göstərişi ilə Stepan Lalayev yerli əhaliyə qarşı palanlaşdırılan soyqırıma hazırlıq məqsədilə 1917-ci ilin sonu, 1918-ci ilin əvvələrindən başlayaraq gizli surətdə Şamaxıda yaşayan ermənilərə silah paylamışdır. Bu dövrdə müxtəlif cəbhələrdən 7000 erməni əsgəri Bakıya gətirilərək Bakı Sovetinin hərbi qüvvələrinin tərkibinə daxil edilmişdi. İstintaq Komissiyası tərəfindən hazırlanan sənədə görə hələ yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın silah, mart ayının ortalarında isə 60 maşın silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi. == Soyqırım == Şamaxı soyqırımının baş verdiyi dəqiq tarix bilinmir. Bəzi kitab və məqalələrdə hadisələrin 1918-ci il martın 18-də, bəzilərində 1918-ci ilin aprel ayında, bəzilərində isə 3–16 apreldə baş verdiyi qeyd olunur. Araşdırmalar Şamaxı soyqırımının qısa fasilələrlə bir neçə mərhələdə, Bakı və Qubadakı qırğınlardan əvvəl baş verdiyini təsdiq edir: I mərhələ — martın əvvələri – 27 mart 1918-ci il II mərhələ — 30 mart – 9 aprel 1918-ci il III mərhələ — 18 aprel – 1 avqust 1918-ci il 18 mart 1918-ci il, səhər saat 6-da ermənilər Şamaxını mühasirəyə alaraq 10 top, yüzlərlə pulemyot və digər silahlarla şəhəri atəşə tutmuşlar. Bundan sonra şəhərin bir neçə məhəlləsində yanğınlar başlamış, şəhər əhalisi təslim olmağa məcbur olmuşdu. Şamaxıya daxil olan ermənilər şəhəri yenidən talan etmişlər.
Şamaxıda vəhşiliklər
Şamaxı soyqırımı — 1918-ci ilin mart-aprel aylarında ermənilərin Şamaxı qəzasında azərbaycanlılara qarşı törətdikləri soyqırım, etnik təmizləmə siyasəti. Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. == Soyqırımdan əvvəlki vəziyyət == 1918-ci il mart soyqırımının əsas səbəbləri barədə əvvəllər Bakıda yaşamış, sonralar Almaniyaya mühacirət etmiş, Kadet partiyasının üzvü B. Baykov öz xatirələrində belə yazırdı: Stepan Şaumyanın göstərişi ilə Stepan Lalayev yerli əhaliyə qarşı palanlaşdırılan soyqırıma hazırlıq məqsədilə 1917-ci ilin sonu, 1918-ci ilin əvvələrindən başlayaraq gizli surətdə Şamaxıda yaşayan ermənilərə silah paylamışdır. Bu dövrdə müxtəlif cəbhələrdən 7000 erməni əsgəri Bakıya gətirilərək Bakı Sovetinin hərbi qüvvələrinin tərkibinə daxil edilmişdi. İstintaq Komissiyası tərəfindən hazırlanan sənədə görə hələ yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın silah, mart ayının ortalarında isə 60 maşın silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi. == Soyqırım == Şamaxı soyqırımının baş verdiyi dəqiq tarix bilinmir. Bəzi kitab və məqalələrdə hadisələrin 1918-ci il martın 18-də, bəzilərində 1918-ci ilin aprel ayında, bəzilərində isə 3–16 apreldə baş verdiyi qeyd olunur. Araşdırmalar Şamaxı soyqırımının qısa fasilələrlə bir neçə mərhələdə, Bakı və Qubadakı qırğınlardan əvvəl baş verdiyini təsdiq edir: I mərhələ — martın əvvələri – 27 mart 1918-ci il II mərhələ — 30 mart – 9 aprel 1918-ci il III mərhələ — 18 aprel – 1 avqust 1918-ci il 18 mart 1918-ci il, səhər saat 6-da ermənilər Şamaxını mühasirəyə alaraq 10 top, yüzlərlə pulemyot və digər silahlarla şəhəri atəşə tutmuşlar. Bundan sonra şəhərin bir neçə məhəlləsində yanğınlar başlamış, şəhər əhalisi təslim olmağa məcbur olmuşdu. Şamaxıya daxil olan ermənilər şəhəri yenidən talan etmişlər.
Buz dövrü: Buck vəhşisinin sərgüzəştləri
Buz dövrü: Buck vəhşisinin sərgüzəştləri (ing. The Ice Age Adventures of Buck Wild) - 2022-ci ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Crash və Eddie adlı iki cinsdən narahat olan övladlığa götürən yunlu mamont bacısı Elli onları çağırır, lakin onlar dinləməkdən imtina edərək, özlərini müstəqil itlər adlandırırlar. Təsadüfən qar uçqunu törədirlər və dəstənin bağ evini dağıtırlar. Ellinin əri Manny, Crash və Eddie ehtiyatsızlıqlarına və məsuliyyətsizliyinə görə qəzəblənir, onunla və sürünün qalan hissəsi təkbaşına sağ qala bilməyəcəklərini bəyan edir. Onların səhv olduğunu sübut etmək istəyən Crash və Eddie gizlənərək yeni düşərgəni tərk edirlər. Ertəsi gün Crash və Eddie-nin getdiyini görən Elli onları tapmaq üçün getmələrini tələb edir. Crash və Eddie dinozavrlarla dolu olan İtirilmiş Dünyanın girişində büdrəyir və onları yeməyə çalışan iki raptorla tez bir zamanda problemə düşürlər. Ayrılaraq, Buck Wild ilə qarşılaşırlar, o, onlara qaçmağa kömək edir və onlara deyir ki, Protoceratops, gənc ikən böyük bir beyni olduğu üçün zorakılığa məruz qalan Orson sürgündən qaçıb və bu şəhəri fəth etməyə gəlib. İtirilmiş Dünya.

Digər lüğətlərdə