Vəhabi müharibəsi
Osmanlı-Səudiyyə müharibəsi (və yaxud Misir-Səudiyyə müharibəsi) - 1811-1818-ci illərdə Birinci Səudiyyə əmiri Səud ibn Əbdüləzizlə Osmanlı İmperiyasının Misir əyalətinin hakimi Kavalalı Mehmed Əli Paşa arasında baş vermişdir. Müharibə Səud ibn Əbdüləziz əl-Səudun dövründə başlamış və onun vəliəhdi Abdullah ibn Səud əl-Səudun dövründə onun ölümü ilə başa çatmışdır.
Vəhhabilik Birinci Səudiyyə dövlətinin yaranmasında əsaslı rol oynadı və bu Osmanlı imperiyasının maraqlarına zidd idi. Hərəkata qarşı Osmanlı sultanı Misir hakimi Kavalalı Mehmed Əli Paşanı vəzifələndirdi.
Məhəmməd ibn Əbdülvahab və əmir Məhəmməd bin Səud əl-Səudun islam islahatları onların Dəriyyə şəhərində hakimiyyətlərini möhkəmləndirməyə şərait yaratdı. 1805-ci ildə Vəhhabilər Məkkə və Mədinə üzərində nəzarəti ələ keçirdilər, Kərbəla şəhərinə və İmam Hüseyn məqbərəsinə hücum etdilər. Bu zaman vəhhabilər Osmanlı karvanlarına hücum etdilər. Səudiyyə əmirinin Hicaz ziyarətgahlarının qoruyucusu olması iddiasını Osmanlı sultanı tərəfindən pislənmişdi. Daha sonra Osmanlılar vəhhabilərlə mübarizə üçün Mehmed Əli Paşanı vəzifələndirmişdilər.
1807-ci ilin dekabr ayında Misir hakimi Mehmed Əli Paşa Osmanlı sultanı IV Mustafadan Səudiyyə əmirliyinə qarşı müharibəyə başlamaq tapşırığı aldı.