□ Vadar etmək – məcbur etmək.
Bu xətti-hərəkəti tutub getməyə möhtərəm yazıçılarımızı o vaxt vadar edən bilmirdim, nə idi.
Bir də görürdün [dəli Səməd] döyüldüyü yerdə gözləri yaşlı qəhqəhə çəkib gülürdü, məzəli-məzəli qissələr nağıl eləyib, eşidənləri də gülməyə vadar edirdi.
Vadar olmaq – məcbur olmaq. Əlini silaha atmağa vadar oldu.