Vektorial kəmiyyət
Vektorial kəmiyyət — Fizikada ədədi qiyməti və istiqaməti ilə xarakterizə olunan fiziki kəmiyyətdir. Vektorial kəmiyyətlərin vektorial hasili vektorial, skalyar hasili skalyar kəmiyyətdir.
Vektorun modulu – onun ədədi qiymətidir. Vektorial kəmiyyətlərə sürət, təcil, qüvvə, impuls, yerdəyişmə, uzunluq, intensivlik və s. daxildir.
Vektorial kəmiyyətlər üzərində ox çəkilmiş hərflərlə işarə edilir.
A.Mehrabov və b. Fizika kursu, Bakı: Maarif, 1982.