sif. [
fars. ] Uçuq, yıxıq, dağılmış; viranə qalmış; bərbad. Viran şəhər. Viran ev. Viran ölkə.
– Açdı mənə dərdli ağac; Viran bağın məlalını. M.Rahim.
□ Viran qalsın (olsun)! – dağılsın! məhv olsun! (qarğış).
Zülm əliylə məni yada verirlər; Viran qalsın belə zamana, – dedi. Aşıq Ələsgər.
Viran qoymaq – dağıtmaq, uçurtmaq, bərbad hala qoymaq, xarabazara döndərmək.
Zamanzaman bir div kimi köksümüzə çökdü onlar; Yurdumuzu, yuvamızı viran qoyub sökdü onlar. M.Müşfiq.
Viran etmək –
1) dağıtmaq, uçurtmaq, yıxmaq, alt-üst etmək, bərbad bir hala salmaq, pozmaq, korlamaq.
Şamaxıda pristav Cəbrayılov sahibsiz və fəqir bir müsəlman övrətinin evini viran etdi. C.Məmmədquluzadə;
2) məc. mənada.
Dilbəra, dərdidilimdən belə ünvan etdim; Ki, qəmi-hicrdə dil mülkünü viran etdim. Natəvan.
Məcnun oldum, düşdüm çölə; Könlümü viran elədin. Aşıq Əsəd.
Viran olmaq (qalmaq) – dağılmaq, uçulmaq, bərbad olmaq, xarabalığa dönmək.
Tamam aləm viran olsa, qəmim yox; Tək canan mənimlə ittifaq olsun. Q.Zakir.
// məc. klas. Kədərli, məhzun, təsəllisiz.
Vaqifəm, olmuşam zülfə giriftar; Könlüm viran, halım xarab, günüm zar. M.P.Vaqif.