VURHAVUR


1. is. Dava, vuruşma, dalaşma, qarmaqarışıqlıq, səs-küy, qalmaqal.
Kazım gülərək dedi: – Ay Allahqulu, yaxşı ki, yaxamızı bu vurhavurdan qurtardıq. Çəmənzəminli.
Açıldı bayraqlar, çalında boru; Fələk görməmişdi bu vurhavuru. Ə.Cavad.

2. zərf Fəaliyyətlə, cəhdlə, durmadan, qızğın surətdə.
Çörəkxanadakılar vurhavur işləyir, su tökür, xəmir yoğurur, kürəyə od qoyurdular. Mir Cəlal.

3. is. dan. Təntənə, dəbdəbə, calal mənasında. Qızı vurhavurla (z.) köçürdülər.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VURHAVUR dava — səs-küy — qalmaqal
  • VURHAVUR vurhavur bax dava-dalaş

Antonimlər (əks mənalı sözlər)

  • VURHAVUR VURHAVUR – SAKİTLİK Ay Allahqulu, yaxşı ki, yaxamızı bu vurhavurdan qurtardıq (Çəmənzəminli); Hər yan sakitlik idi (M
VURHARAY
VURHAY

Digər lüğətlərdə