VƏHM

is. [ ər. ] Əsli-əsası olmayan fikir; xəyal.
// Yersiz qorxu, vahimə, şübhə.
Gözü qəmzən gəlib can qəsdinə, amma budur vəhmim; Düşə nahəq yerə qanlar iki sərdar arasında. Q.Zakir.
Allah, Allah, nədir bu tufanlar? Az qalır vəhmdən çıxa canlar. M.Ə.Sabir.

□ Vəhm etmək – qorxmaq, ehtiyat etmək.
Vəhm etdi ki, olsa yarə vasil; Nöqsan ola canü cahə hasil. Füzuli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VƏHM vəhm bax qorxu
  • VƏHM xəyal
  • VƏHM qorxu — vahimə — şübhə

Etimologiya

  • VƏHM Ərəbcə vahimə sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
VƏHHABİLİK
VƏHMƏ
OBASTAN VİKİ
Zənd-i Vəhmən yəsn
Zənd-i Vəhmən yəsn — pəhləvi dilində orta əsr zərdüşti apokaliptik mətni. Bu, Ahura Mazdanın Zərdüştə behdinlərin ("yaxşı din"dən olanların, yəni zərdüştilərin) və gələcəkdə onların dininin başına gələcəklər haqqında məlumat verən peyğəmbərlik əsəridir. Saxlanılmış ən qədim əlyazma (K20, Kopenhagendə) təxminən 1400-cü ilə aiddir, lakin mətnin özü daha qədimdir. Bu, bir neçə nəsil ərzində yazılmış və redaktə edilmişdir. Əsər "Bəhmən Yəşt" və "Zənd-i vəhmən yəşt" kimi də tanınır. Bu başlıqlar sxolastik səhvlərdir. Onlar birinci halda XVIII əsrdə Anketil-Düperron, ikincisi isə XIX əsrdə Edvard Vilyam Vestlə bağlıdır.

Digər lüğətlərdə