Kürdalı

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) (Araz Yaquboglu Kürd Əli səhifəsinin adını Kürdalı olaraq dəyişdi.) tərəfindən edilmiş 04:30, 4 sentyabr 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Kürdalı
Ölkə

Kürdalı, Kürd Əli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd.[1]

Tarixi

Abaran çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir.

Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi

Kənddə 1873 - cü ildə 132 nəfər, 1886-cı ildə 102 nəfər, 1897-ci ildə 143 nəfər, 1908-ci ildə 135 nəfər, 1914 - cü ildə 260 nəfər, 1916-cı ildə 249 nəfər[3], 1918-ci ildə 135 nəfər[4] yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 56 nəfər, 1926-cı ildə 45 nəfər, 1931-ci ildə 55 nəfər yalnız azərbaycanlı yaşamışdır[5].

SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin bütün sakinləri zorla 1948-1953 - cü illərdə tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi ölü kənddir.

İstinadlar

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. (348, s.154
  3. (415, s.22-23, 108-109
  4. (309, s.219
  5. (415, s.22-23, 108-109