Ağalaruşağı
Ağalaruşağı | |
---|---|
39°53′56″ şm. e. 46°18′17″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Ağalaruşağı — Azərbaycan Respublikasının Laçın rayonu Oğuldərə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun faktiki mövcud olan Ağalaruşağı kəndi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Oğuldərə kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Toponimikası
Kənd Ağalar kişinin nəslinin yaşadığı ərazi olduğu üçün Ağalaruşağı adlanır.
Tarixi
Coğrafiyası və iqlimi
Kənd dağlıq ərazidə, rayon mərkəzindən 75 km. şimal-qərbdə yerləşir.
Əhalisi
Kənd əhalisi azərbaycanlılardan ibarətdir. Əhalisi 113 nəfərdir.
İqtisadiyyatı
Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
İstinadlar
- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
Həmçinin bax
![]() |
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |