Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Qayğı — Azərbaycanın Laçın rayonu Qayğı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Qayğı | |
---|---|
39°39′29″ şm. e. 46°32′16″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
18 may 1992-ci ildə işğal edilib.
Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Laçın rayonunun tərkibindəki yaşayış məntəqəsi Qayğı qəsəbəsi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Qayğı qəsəbəsi mərkəz olmaqla Qayğı qəsəbə inzibati-ərazi vahidi yaradılmışdır.[1]
2022-ci ilin avqust-sentyabr aylarında istifadəyə verilən Laçın dəhlizinə alternativ çəkilmiş yeni yolun üzərində yerləşir.[2] 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu bu yola nəzarət edir.
1988–1989-cu illərdə Ermənistandan didərgin salınmış Azərbaycan ailələri üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən "Qayğı" cəmiyyətinin vəsaiti hesabına salındığından belə adlanmışdır.[3]
Qəsəbə Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşir.
Əsas təsərrüfatı heyvandarlıq idi.
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |