Lolabağırlı — Azərbaycan Respublikasının Laçın rayonu Qarabəyli kənd inzibati ərazi dairəsində kənd.[1]
Lolabağırlı | |
---|---|
39°53′44″ şm. e. 46°21′28″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Lalabağırlı kəndi Mamalıçayın (Quruçayın qolu) sahilində, dağətəyi ərazidədir. Yerli əhali arasında Lolabağırlı variantında işlənir. Yerli əhalinin məlumatına görə, kəndi Lala Bağır adlı şəxs saldığı üçün onun adı ilə adlandırılmışdır. Oykonim Lələ Bağır antroponimindən və mənsubiyyət bildirən -lı şəkilçisindən düzəlmişdir.[2]
Rəvayətə görə, kənddə Bağır adlı bir kişi yaşayırmış. Bu kişinin gözünün ağı-qarası bircə oğlu var imiş. Oğlan çox dikbaş imiş. Kənd ağasının sözünə baxmadığı üçün onu boğazından asırlar. Bağır oğlunu kəndinin başı üzərindəki yüksək təpədə basdırır.
Bağır hər gün təpənin başına, oğlunun qəbrini görməyə gedir, lölə (haray) çəkib ağlayır. Nəhayət o, qəbrin üstündə lölə çəkə-çəkə ölür. Camaat Bağırı oğlunun yanında dəfn edir. Həmin hadisədən sonra kəndin adı Löləbağırlı (Lolabağırlı) qalır.
Kənddə ibtidai məktəb, kitabxana, tibb məntəqəsi, mağaza və başqa sosial obyektlər var idi.
Kənd rayon mərkəzindən 75 km şimal-qərbdə yerləşir.
Kənd əhalisi milliyyətcə azərbaycanlılardan ibarətdir.
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 350 nəfər olmuşdur.
2009-cu il dekabr ayına olan məlumata əsasən kənd əhalisinin sayı 395 nəfərdir.
Kənd əhalisindən Qarabağ müharibəsi zamanı şəhid olanlar:
Əsas təsərrüfatı heyvandarlıq idi.
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |