Qarıkaha — Azərbaycan Respublikasının Laçın rayonunun Laçın şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Qarıkaha kənd Sovetinin Qarıkaha kəndi Laçın şəhəri ilə birləşdiyinə görə rayonun yaşayış məntəqələri siyahısından çıxarılmışdır.[1] Amma 2019-cu ilə aid Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin "İnzibati ərazi bölgüsü təsnifatı" adlı məlumat kitabında Qarıkaha kəndi Laçın şəhər inzibati ərazi dairəsində kənd kimi qeyd edilmişdir. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Qarıkaha | |
---|---|
39°39′07″ şm. e. 46°30′36″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Abdallar kəndindən (1923-cü ilədək Laçın şəhərinin adı) köçmüş ailələrin Qarıkahası adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yer isə oradakı Qarı kahası adlı mağaranın adı ilə adlanmışdır. Toponim "qoca qadına məxsus mağara" və yaxud "köhnə oyuq, köhnə quyu" mənalarındadır.[2]
Kənd Həkəri çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir.
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |