Çıraqlı (Laçın)

ÇıraqlıAzərbaycan Respublikasının Laçın rayonu Kamallı kənd inzibati ərazi dairəsində kənd.[1]

Çıraqlı
39°43′50″ şm. e. 46°18′58″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.990 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Çıraqlı xəritədə
Çıraqlı
Çıraqlı

Kənd rayon mərkəzindən 56 km qərbdə yerləşir. Çıraqlı kəndi rayonun Alxaslı, Qarakeçdi, Minkənd, KamallıBozlu kəndlərinin əhatəsində yerləşmişdir. Kəndin ərazisində Alban mədəniyyətinin yadigarı olan, qədim məbəd mövcud olmuşdur. Məbədin uzunluğu 45 eni isə 10 metr olmaqla yerin üst qatına çıxan hissəsində qədim daş kitabə yerləşmişdir. Kitabənin yan fiqurları qoç heykəlləri ilə bəzədilmişdir.

Çiraqlı toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və Çiraklı adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun əazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudur.[2]

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

"Çıraqlı" etnotoponimdir. Q.Qeybullayevin fikrincə "Çıraqlı" toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və "Çiraklı" adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun ərazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudur.[3]

Azərbaycan toponimlərinin ensiklopedik lüğətində isə toponimin özündə qızılbaşların çıraqlı tayfasının adını əks etdirdiyi yazılır. Səfəvilərin hakimiyyəti dövründə çıraqlıların bir hissəsi Şirvana köçürülmüşdü. XIX əsrdə onların bir qolunun Cavad qəzasında yaşaması haqqında məlumat verilir. Dağıstanda Çirak (kənd, çay), İrəvan quberniyasında Çıraxlı (iki kənd və bir kənd xarabalığı), Cənubi Azərbaycanda Çıraxlı (kənd) toponimlərinin qeydə alınması bu etnotoponimin yayılma arealının genişliyindən xəbər verir.[4]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kəndin ərazisi Kiçik Qafqaz dağ massivinə mənsub olan Minkənd çayının şimal tərəfində, Qarabağ silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1620 metr yüksəklikdə, Laçın rayonunun şimal qərbində yerləşir.

Kəndin əhalisinin milli tərkibi əsasən kürdlərdən ibarət olmaqla ümumi sayı 619 nəfər 162 ailədən ibarətdir. (01 yanvar 2011-ci il tarixli məlumata əsasən)

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əsas təsərrüfatı heyvandarlıq idi.

Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik, bostançılıq və arıçılıqdan ibarət olmuşdur. Əhalinin istehsal etdiyi əsas məhsullar ət, yağ, pendir, yun, bal və müxtəlif taxıl məhsulları, xalça və müxtəlif tərəvəzlərdən ibarət idi.

Kənddə orta məktəb, kitabxana, feldşer-tibb məntəqəsi, rabitə evi, uşaq baxçası və mağaza əhaliyə xidmət göstərirdi. Kənd elektrik və rabitə xətləri ilə təhciz edilmişdir.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Qeybullayev Q. Qədim türklər və Ermənistan. B. : Azərnəşr, 1992, səh. 81
  3. Qeybullayev Q. Qədim türklər və Ermənistan. Bakı: Azərnəşr, 1992, səh.81
  4. Çıraqlı (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 427. ISBN 978-9952-34-155-3.