Turşsu — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Laçın rayonunun Fətəlipəyə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Turşsu kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Turşsu | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı |
Burada xeyli tarixi abidələr və qəbirsanlıqlar var idi ki, indi ermənilər tərəfindən dağıdılıb.
Kəndin ətrafı dağlarla əhatə olunmuş və Laçın rayonunun digər kəndləri kimi böyük meşə ehtiyatına malikdir. Mineral suları ilə məşhurdur.
İşğala qədər əhalisi əsasən azərbaycanlılardan ibarət olmuşdur.
Əsas təsərrüfat sahəsi heyvandarlıq olmuşdur. Bol ot ehtiyatına malik otlaqları vardır.
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |