Qarakeçdi

Qarakeçdi (əvvəlki adı: Leninkənd) — Azərbaycan Respublikasının Laçın rayonunun Qarakeçdi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Laçın rayonunun Leninkənd kənd inzibati-ərazi vahidi tərkibindəki Leninkənd kəndi Qarakeçdi kəndi, Leninkənd kənd inzibati-ərazi vahidi Qarakeçdi kənd inzibati-ərazi vahidi adlandırılmışdır.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Qarakeçdi
39°45′09″ şm. e. 46°16′20″ ş. u.HGYO
Ölkə
Xəritəni göstər/gizlə
Qarakeçdi xəritədə
Qarakeçdi
Qarakeçdi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kəndin keçmiş adı Qarakeşiş olmuşdur. XVII əsrdə Cənubi Azərbaycandan gəlmiş ailələrin Qara Keşiş damı adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Rəvayətə görə, oradakı Qarakeşiş damı adlanmış qara daş "Əsli və Kərəm" dastanındakı Əslinin atası Qara Məlikdir. Hazırda kənddəki bulaqlardan biri də Əsli-Kərəm bulağı adlanır. 1936-cı ildə kəndə V.Leninin adı verilmişdir. Kəndin adı keçən əsrin sonlarında Qıraqlı kimi rəsmiləşdirilmişdir.[2]

Bu ərazi işğal dövründə ermənilər tərəfindən Lernahovit icması adlandırılmışdır.[3]

Kəndin məktəb binasını Amerikada yaşayan ermənilərin köməyi ilə təmir ediblər.[3] 2014-cü il sentyabr ayının 25-də həmin məktəbin açılışı keçirilmişdir.[3] Həmin məktəb üç kəndin – Qarakeçdi, ŞeylanlıAğbulaq kəndlərinin ortaq məktəbi sayılır.[3]

Əhali kürdlərdən ibarətdir[4][5][6][7]. Əksər hissəsi Qarabağ müharibəsindən sonra Ağcabədi rayonunda məskunlaşmışdır.

2006-cı ilin statstikasına görə kəndin əhali sayı 1750 nəfər olmuşdur.

Erməni mənbələrinin 2014-cü ilə aid olan məlumatına görə kənddə 47 ailə yaşayır.[3]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

İşğaldan əvvəl kənd əhalisinin əsas təsərrüfatı heyvandarlıq idi.

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  2. Qarakeçdi // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. 1 2 3 4 5 İşğal olunmuş Laçın rayonunun Qarakeçdi kəndində yeni məktəb istifadəyə verilib. Arxivləşdirilib 2021-05-17 at the Wayback Machine lacin.info  (az.)
  4. Alesker, Alekperov. Archaeology and Ethnography of Azerbaijan. Baku. 1960.
  5. Sovetskaya Etnografiya. Moscow: Izd-vo Akademii nauk. 1932.
  6. Alekberov, Alesker. Esseys on the study of Kurdish culture. Baku. 1936.
  7. Aristova, Tatiana Fedorovna. Kurdy Zakavkazia. Moscow: Izd-vo "Nauka," Glav. red. vostochnoĭ lit-ry, Index 1-6-2/111-66. 1966.