Unannovu

UnannovuAzərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd.[1]

Unannovu
39°36′13″ şm. e. 46°36′37″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Unannovu xəritədə
Unannovu
Unannovu

Unannovu kəndi dağətəyi ərazidədir. Kəndi bağirbəyli nəslinə mənsub ailələr Unannovu adlı bulağın yaxınlığında saldiğına görə belə adlanmışdır. 1933-cü ildə oykonim Unanevi variantında qeydə alınmışdır. Oykonimi bəzi tədqiqatçilar Unan (şəxs adı) və novu komponentlərinə ayıraraq "Unanın novlu bulağı" kimi izah edirlər. Digər tədqiqatçılara görə, hidronim hunan (hunlar) və novu komponentlərindən düzəlib, "hunların novu" mənasındadır.[2]

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsinin sonucunda imzalanan atəşkəs bəyanatının nəticəsində işğaldan azad olunub. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir.[3][4]19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əsas təsərrüfatı heyvandarlıq idi.

2006-cı ilin statstikasına görə kəndin əhali sayı 100 nəfər olmuşdur.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Unannovu // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. Busaat.az. "Sülhməramlılar yeni yolu "Laçın dəhlizi" kimi RƏSMİLƏŞDİRDİ – ŞOK MƏQSƏDİN DETALLARI" (az.). Busaat.az. 10.09.2022. 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2023.
  4. ""Laçın dəhlizi"nə çəkilən alternativ yolla bağlı rəsmi AÇIQLAMA - Tikinti başa çatır". modern.az. 2022-06-21. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.