Ağalaruşağı

AğalaruşağıAzərbaycan Respublikasının Laçın rayonu Oğuldərə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun faktiki mövcud olan Ağalaruşağı kəndi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Oğuldərə kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Ağalaruşağı
39°53′56″ şm. e. 46°18′17″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 113 nəf.
Xəritəni göstər/gizlə
Ağalaruşağı xəritədə
Ağalaruşağı
Ağalaruşağı

Kənd Ağalar kişinin nəslinin yaşadığı ərazi olduğu üçün Ağalaruşağı adlanır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd dağlıq ərazidə, rayon mərkəzindən 75 km. şimal-qərbdə yerləşir.

Kənd əhalisi azərbaycanlılardan ibarətdir. Əhalisi 113 nəfərdir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.

  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.