Ağbulaq (Laçın)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ağbulaq
39°46′35″ şm. e. 46°15′30″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.969 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 998 nəf.
Xəritəni göstər/gizlə
Ağbulaq xəritədə
Ağbulaq
Ağbulaq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

AğbulaqAzərbaycan Respublikasının Laçın rayonu Ağbulaq kənd inzibati ərazi dairəsində kənd.[1]

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Tarixi

Rayon mərkəzindən təxminən 62 km. şimal qərbdə yerləşir. Hocazsu çayının sağ qolunun sahilindədir. Kəndin ərazisi keçmışdə Zəngəzur qəzasında yaşamış ağkörpü adlı tayfanın qışlaq yerlərindən olmuşdur[2]. Ağbulaq şəlaləsi füsunkar gözəlliyi ilə kəndi daha da gözəlləşdirir.

Bu ərazi işğal dövründə ermənilər tərəfindən "Spitakajur" icması adlandırılmışdır.[3]

2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Mədəniyyət

Şəhid Əmir Əsgərov adına orta məktəb var. Orta məktəb, klub, kitabxana, xəstəxana, poçt, 3 mağaza və s. sosial obyektləri var idi.

Əhalisi

2006-cı ilin statstikasına görə kəndin əhali sayı 795 nəfər olub

2014-cü ilə aid olan məlumatına görə kəndin[3] əhalisi 998 nəfərdir.

Tanınmışları

  • Alxanov Məhəmməd Xudayar oğlu kəndə ilk Ali təhsil alan. Dayısı Nurməmməd bəy Şaxsuvarovun məsləhətiylə Şuşada təhsil almış.(1910-1996)
  • Aşıq Cabbar — aşıq, Laçın rayonunun "İşıqlı" aşıqlar ansamblının bədii rəhbəri, I Ümumittifaq yaradıcılıq festivalının laureatı (1977).
  • Şərif Ağayar — şair, yazıçı, roman və hekayələri dünyanın 10-a yaxın dilində çap edilib və yayımlanıb. Fransada "Arzulardan sonrakı şəhər" adlı romanı çap edilib, bir çox nüfuzlu mükafatlar alıb, o cümlədən "Tərəqqi" medalı, "Qızıl Kəlmə" mükafatı, 2017-ci ilin "Ədəbiyyat adamı" və s. Hazırda "Qanun" Nəşrlər Evində redaktordur.
  • Alxanov Atlıxan Xanlar oğlu - Aşıq , Müəllim,Sazbənd.
  • Aşıq Afil - tanınmış aşıq, ADMİU məzunu, Ağdam Musiqi Kollecinin müəllimi
  • Əhmədəli Həsənov - Həkim, Sumqayıt Şəhərinin Baş Uroloqu, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının Urologiya şöbəsinin müdiri, Əməkdar Həkim, Tərəqqi Medalı https://president.az/az/articles/view/21269

Şəhidləri

  • Imran Səlim oğlu Imranov (1939-?)
  • Nabat Əliş qızı Imranov (1947-?)
  • Əmir Allahqulu oğlu Əsgərov (1924-?)
  • Zərifə Sarı qızı Məmmədova (1938-?)
  • Cəfərqulu Bəxtiyar oğlu Bəxtiyarov (1947-?)

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti yarımköçəri heyvandarlıq olmuşdur.

Təhsil

Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixli Sərəncamı[4] ilə Laçın rayonu Ağbulaq kənd 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması üçün 330 000 manat vəsait ayrılmışdır[5].

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Ağbulaq (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 44. ISBN 978-9952-34-155-3.
  3. 1 2 İşğal olunmuş Laçın rayonunun Qarakeçdi kəndində yeni məktəb istifadəyə verilib. Arxivləşdirilib 2021-05-17 at the Wayback Machine lacin.info  (az.)
  4. "Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Arxivləşdirilib 2021-04-13 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixli Sərəncamı. president.az  (az.)
  5. "Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" Arxivləşdirilib 2021-04-13 at the Wayback Machine. president.az  (az.)

Xarici keçidlər