Ağcayazı (Laçın)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ağcayazı
39°47′02″ şm. e. 46°27′34″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Ağcayazı xəritədə
Ağcayazı
Ağcayazı

AğcayazıAzərbaycan Respublikasının Laçın rayonu Arduşlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Vaqazin kənd Sovetindən Ağcayazı kəndi Ardıclı kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Toponimikası

Oykonim ağca (ağımtıl; quru; şumlanmamış bozumtul torpaq) və yazı (çöl, düz, düzənlik, səhra) sözlərindən düzəlib, "ağımtıl, bozumtul düzən, çöl" deməkdir. Ağdaş rayonu ərazisində Aşağı və Yuxarı Ağcayazı adlı iki kənd var[2].

Tarixi

Coğrafiyası və iqlimi

Kənd rayon mərkəzindən təxminən 43 km. şimal qərbdə yerləşir.

Əhalisi

Əhalisi 124 nəfərdir. Kənd əhalisi azərbaycanlılardan ibarətdir.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub. Kənddə mağaza fəaliyyət göstərib.

Mədəniyyəti

Kənddə klub və kitabxana kimi sosial obyektlər fəaliyyət göstərib.

Təhsil

Kənddə ibtidai məktəb fəaliyyət göstərib.

İstinadlar

  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
  2. Ağcayazı (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 21. ISBN 978-9952-34-155-3.

Həmçinin bax