Qozlu (Laçın)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qozlu
39°45′00″ şm. e. 46°30′49″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qozlu xəritədə
Qozlu
Qozlu

QozluAzərbaycan Respublikasının Laçın rayonu Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Qozlu kəndi Təzəkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qozlu kənd Soveti yaradılmışdır.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Toponimikası

Yaşayış məntəqəsi XVII əsrdə Qarabağdan köçürülmüş ailələrin Qozlu adlı yerdə məskunlaşması nəticəsində yaranmişdir. Oykonim "qoz ağacları ilə zəngin" mənasındadır.[2]

Tarixi

Coğrafiyası və iqlimi

Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi

2006-cı ilin statistikasına görə kəndin əhali sayı 170 nəfər olmuşdur.

İstinadlar

  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
  2. Qozlu (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Həmçinin bax