İraq Şam İzolyatsionizm Dövləti

İŞİD və ya tam adı ilə İraq Şam İslam Dövləti, həmçinin 2014-cü ildən etibarən İslam Dövləti (İD), — Əsasən İraqSuriya ərazisində fəaliyyət göstərən silahlı terrorçu qruplaşma, 3 yanvar 2014-cü il tarixində dövlət kimi müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmişdir. 2019-cu ildə isə süqutu elan edilmişdir. İŞİD indiyə qədər heç bir dövlət tərəfindən dövlət kimi tanınmamışdır.[3]

İŞİD
ISIS, ISIL, IS, دَاعِش, EI, EII, EIIL, IS, EIIL, EIIS, IŜIL, IŜIS, ИГ, ИГИ́Л, ІД, ІДІЛ, ІД, IДIЛ, İŞİD, IŞİD, İD, EI, ИД, ИДИЛ, ISIL, ISIS, IS, ΙΚ, ISIL, ISIS, IS, EIIL, EIIS, EI, SI, PI, IPIL, ĞŞİD, ISHID, ID, דאע״ש, ԻԼԻՊ, ԴԱԻՇ, ИМ, ИШИМ, ÏM, ÏŞÏM
الدولة الإسلامية
Loqonun şəkli
Yaranma tarixi 1999, 2006
Rəsmi dili
Qurucusu
Sədr Əbu Ibrahim Əl-həşimi Əl-Qureyşi, Əbu Bəkr əl-Bağdadi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Terrorçu qrup kimi təyin edilməsi

[redaktə | mənbəni redaktə et]

Aşağıdakı ölkələr və beynəlxalq təşkilatlar İraq Şam İslam Dövləti terror qruplaşması hesab edir

İran İran
ABŞ ABŞ
Rusiya Rusiya
Türkiyə Türkiyə
Livan Livan
Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı
İndoneziya İndoneziya
İtaliya İtaliya
Almaniya Almaniya
Polşa Polşa
Danimarka Danimarka
Yunanıstan Yunanıstan
Estoniya Estoniya
Bolqarıstan Bolqarıstan
Fransa Fransa
Böyük Britaniya Birləşmiş Krallıq
Niderland Niderland
Xorvatiya Xorvatiya
Çexiya Çexiya
Sloveniya Sloveniya
Albaniya Albaniya
Kanada Kanada
Avstraliya Avstraliya
Birləşmiş Ərəb Əmirlikləri BƏƏ
Bəhreyn Bəhreyn
Qətər Qətər
Filippin Filippin
Malayziya Malayziya
Bosniya və Herseqovina Bosniya və Herseqovina
İordaniya İordaniya
Gürcüstan Gürcüstan
Azərbaycan Azərbaycan

İraq müharibəsinin başlamasından qısa bir müddət sonra "Camaat əl-Tövhid vəl-Cihad" adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək "Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn" (daha çox "İraq Əl-Qaidəsi" adı ilə tanınır) adını götürdü.

İraq İslam Dövləti

[redaktə | mənbəni redaktə et]

2006-cı ilin yanvar ayında "Ceyş ət-Taifa Əl-Mənsur", "Ceyş Əhli-Sünnə vəl-Camaa", "Ceyş əl-fatihin", "Cund əs-Səhabə" kimi kiçik qruplarla birləşən qruplaşma "Mücahidun Şura Konseyi" adını aldı.

İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, KərkükSəlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan "İraq İslam Dövləti" adlı dövlət elan etdi. Bu tarixdən etibarən "Mücahidun Şura Konseyi" adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar "İraq İslam Dövləti" adıyla keçirilməyə başladı.

İraq İslam Dövlətində döyüşçü sayı
[redaktə | mənbəni redaktə et]

2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. 2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi.

15 oktyabr 2014-cü ildə terror təşkilatı İŞİD Bağdad yaxınlığındakı Kubaisanı ələ keçirmiş, əl-Anbar və Fəllucanı mühasirəyə almışdır.[4]

10 mart 2015-ci il tarixində İraq Silahlı Qüvvələri əvvəlcə əl-Aləm[5], ardınca da Tikrit şəhərini tamamilə İŞİD-dən geri almışdır.[6]

12 noyabr 2015-ci il tarixində Peşmərgə qüvvələri Sincarı İŞİD-dən geri almaq üçün "Sincarı xilas et" adlı əməliyyat keçirmiş və 13 noyabrda şəhər İŞİD-dən geri alınmışdır.[7][8]

28 dekabr 2015-ci il tarixində İraq ordusu Ramadi şəhərini İŞİD-dən tamamilə geri almışdır.[9][10]

Suriya vətəndaş müharibəsinin başlamasından bir müddət sonra, 2012-ci önlərindən etibarən Suriyada Əl-Nusra Cəbhəsi ("Əl-Qaidə"nin Suriya qanadı) adıyla fəaliyyət göstərən qruplaşma üzvləri şimali Suriyada nüfuzlu silahlı qruplaşmaya çevrildi.

2013-cü ilin aprel ayında İŞİD əmiri Əbu Bəkr əl-Bağdadi yayımladığı səs yazısında Əl-Nusra Cəbhəsinin İŞİD tərəfindən yaradıldığı, maliyyələşdirildiyi və dəstəkləndiyi açıqlamasını verdi. Və bu tarixdən etibarən hər iki qruplaşmanın "İraq və Şam İslam Dövləti" adı altında fəaliyyət göstərəcəyini bildirdi.

Bundan sonra Əl-Nusra Cəbhəsi lideri Əbu Muhamməd əl-Cövlani belə bir birlməşmənin olmadığını və bu mövzu haqqında özləriylə heç bir danışığın aparılmadığını açıqlamasını verdi.

2013-cü ilin İyun ayında isə yazılı açıqlamayla hər iki liderə müraciət edən Əl-Qaidə lideri Ayman əl-Zəvahiri birləşmənin əleyhinə olduğunu və iki qrup arasındakı vəziyyəti aydınlaşdırmaq üçün elçi təyin etdiyini bildirdi. Eyni ayda səs yazısı yayımlayan İraq və Şam İslam Dövləti lideri Əbu Bəkr əl-Bağdadi bu əmrə tabe olmadığını və birləşmənin reallaşacağını açıqlamasını verdi.

21 iyul 2013-cü il tarixində İŞİD-in güclənməsi üçün önəmli hadisələrdən biri olan Bağdad Mərkəzi Həbsxanasına (keçmiş adıyla "Əbu Qureyb həbsxanası") hücum baş tutdu. Hücumu İŞİD öz üzərinə götürdü və bu əməliyyatın 1 il öncədən "Divarları dağıtmaq" kod adı altında Əbu Bəkr əl-Bağdadi tərəfindən hazırlandığı açıqlaması verildi. Rəsmi hesabatlara görə hücum nəticəsində içlərində İŞİD-in nüfuzlu şəxsləri də olan 500-dən çox məhbus qaçıb.

Noyabr 2013-cü il tarixində Suriya İnsan Haqları Təşkilatı "İŞİD Şimali Suriyada 100% ən güclü qruplaşmadır. Bu haqda başqa şey deyənlər yalan danışırlar." açıqlamasını verdi.

Yanvar 2014-cü ildə Anbardakı qarşıdurmalarda təşkilat Fəllucə və Ramadinin bir qisimini nəzarəti altına aldı. 3 yanvar 2014-cü ildə İŞİD Fəllucədə islam dövlətini elan etdi.

Hələbdə isə İslami Cəbhə və Azad Suriya Ordusu İŞİD-ə qarşı birlikdə bir hücum başlatdı.

25 yanvar 2014-cü ildə İŞİD Livanda Hizbullaha qarşı döyüşmək üzrə yeni bir milis qanad qurulduğunu açıqladı.

29 yanvar 2014-cü ildə Türkiyə Ordusunun Suriya sərhədinə yaxın bir yerdəki İŞİD karvanını vurduğu açıqlandı.

18 fevral 2014-cü ildə İraq Süleymanbekdə polis mərkəzinə təşkil edilən İŞİD hücumunda 3 nəfər ölmüş 11 adam yaralanmışdır.[11]

1 mart 2014-cü ildə İŞİD hakim olduğu Türkiyə sərhədindəki Azaz qəsəbəsini Azad Suriya Ordusu ilə baş verən aramsız qarşıdurmalar nəticəsində tərk etdi.

17 mart 2014-cü ildə Hələbə Sarin qəsəbəsində YPG ilə baş tutan qarşıdurmalar nəticəsində bölgəni nəzarət altına aldı. Süleyman Şah türbəsi bu bölgədə yerləşir. Bölgə Türkiyə torpağı sayılır və İŞİD, bir video çəkərək, Türkiyə Ordusuna bölgədən çəkilməsi üçün 3 gün müddət verdi.

20 mart 2014-cü ildə Niğdənin Uluqışla mahalında, təhlükəsizlik güclərinə atəş açılması nəticəsində ilk təyin etmələrə əsasən 2 əsgər və 1 polisin öldüyü bildirildi. Hücumu edənlərin İŞİD üzvü olduğu bildirildi. Təcavüzkarlar tutuldu.

27 aprel 2014-cü ildə İraq ordusuna aid vertolyotlar Suriya sərhədləri içindəki 8 avtomobilli bir İŞİD karvanına hücum etdi. Bu İraq ordusunun Körfəz müharibəsindən sonrakı ilk xarici əməliyyatı oldu.

10 iyun 2014-cü ildə İŞİD İraqın ikinci ən böyük şəhəri Mosulda və Mosulun paytaxtı olduğu Ninəvə mühafazasında nəzarəti tamamilə ələ keçirtdi.[12]

11 iyun 2014-cü ildə İŞİD Türkiyənin Mosul Baş konsulluğunu ələ keçirdi. Baş konsul ilə birlikdə 49 adamın ələ keçirildiyi bildirildi.[13]

Mosulda İŞİD'in baş konsulluq və elektrik stansiyası basqınlarında cəmi 80 Türk vətəndaşı girov alındı. Türkiyə BMTNATO nəzdində xilasetmə cəhdlərinə başlayarkən Təhlükəsizlik Zirvəsi Çankaya Köşkündə toplandı.[14]

11 iyun 2014-cü ildə Mosul valisi, İŞİD'in Mosuldakı İraq Mərkəzi Bankının Mosul şöbəsinin ələ keçirildiyini söylədi. İŞİD tvitter hesabından İraq Mərkəzi Bankı şöbəsindəki pul və qızıla əl qoyduğunu təsdiqləyir. Ələ keçirilən məbləğin 429 milyon dollar civarında olduğu söylənilir.[15] Bu İŞİD-in artıq beynəlxalq ictimaiyyət tərəfindən qeyri-qanuni qəbul edilən təşkilatların hamısından daha çox pula hökm etdiyi mənasına gəlir.[16]

15 iyun 2014-cü ildə Tikrit şəhərini ələ keçirən İŞİD, ələ keçirilən 2700 polis məmurundan 1500-ünü öldürdü.[17]

29 iyun 2014-cü ildə yeni Xilafət elan edən İŞİD, bu tarixdən etibarən İslam Dövləti adlanacağını xəlifənin isə Əbu Bəkr əl-Bağdadi olduğunu bildirdi.

İŞİD-in hərbi qərargahının bombalanması. 2014-cü ilin sentyabrı
YPG-nin qadın hərbçisi İŞİD-ə qarşı döyüşür. 2014-cü ilin dekabrı

16 sentyabr 2014-cü il tarixindən etibarən İŞİD Suriyanın YPG nəzarətində olan Eyn əl-Ərəb (Kobani) şəhərini mühasirəyə almış və oraya hücumlar təşkil etmişdir.

27 dekabr 2015-ci il tarixində Suriya Demokraik Qüvvələri Tişrin su anbarı və Tişrin qəsəbəsini İŞİD-dən geri almışdır.[18]

Suriya ordusu 24 yanvar 2016-cı ildə Rusiya Hərbi Kosmiq Qüvvələrinin də dəstəyilə 2 günlük döyüşlərdən sonra, 2012-ci ildən Nusra Cəbhəsinin nəzarətində olan Lazkiyə (Latakiya) vilayətinin Rabiə qəsəbəsini geri almışdır.[19]

Suriya Demokratik Qüvvələri 19 fevral 2016-cı ildə İŞİD əleyhinə yaradılmış Beynəlxalq Koalisiyanın Hərbi Hava Qüvvələrinin də dəstəyi ilə Suriya-İraq sərhədi və İŞİD-in de-fakto paytaxtı hesab olunan Raqqa yaxınlığındakı Şəddadi şəhərini İŞİD-dən geri almışdır.[20]

24 mart 2016-cı ildə Suriya ordusu Rusiya Hərbi Hava Kosmiq Qüvvələrinin də hava dəstəyi ilə 2015-ci ilin mayından İŞİD-in nəzarətində olan Palmira şəhərinə daxil olmuşdur.[21] 27 mart 2016-cı ildə Palmira şəhəri İŞİD-dən tamamilə geri alınmışdır.[22]

Önəmli üzvləri

[redaktə | mənbəni redaktə et]
  • Əbu Musab əl-Zərkavi
    (2006-cı ildə öldürülüb)
  • Əbu Əyyub əl-Məsri
    (2010-cu ildə öldürülüb)
  • Əbu Ömər əl-Qureyşi əl-Bağdadi
    (2010-cu ildə öldürülüb)
  • Əbu Bəkr əl-Bağdadi
    (2019-cu ildə intihar edib)

Digər üzvləri

[redaktə | mənbəni redaktə et]
  • Əbu Ənas əl-Şami
    (2004-cı ildə öldürülüb)
  • Əbu Əzzam
    (2005-ci ildə öldürülüb)
  • Əbu Ömər əl-Kürdi
    (2005-ci ildə həbs edilib)
  • Abdul Hadi əl-İraqi
    (2006-cı ildə həbs edilib)
  • Əbu Yaqub əl-Masri
    (2007-ci ildə öldürülüb)
  • Əbu Ömər əl-Şişani (2016-cı ildə öldürülüb)
  • Hətəm əl-Bədri
    (2007-ci ildə öldürülüb)
  • Həmid Cuma Faris Couri əl-Səidi
    (2006-cı ildə həbs edilib)
  • Xalid əl-Məşədani
    (2007-ci ildə həbs edilib)
  • Mahid əl-Zubaydi
    (2008-ci ildə öldürülüb)
  • Muhaməd Mamou
    (2008-ci ildə öldürülüb)
  • Şeyx Abdülrəhman
    (2006-cı ildə öldürülüb)
  • Hutayfa əl-Bətavi
    (2011-ci ildə öldürülüb)
  • Əbu Nurədin Rüstəmov
    (2016-ci ildə öldürülüb)

Terror aktları

[redaktə | mənbəni redaktə et]
  • 14 oktyabr 2014 — Suriyanın Kobani şəhərində iki minalanmış avtomobil partladıblar[23].
  • 19 noyabr 2014 — İraqın Ərbil şəhərində terror aktı törədib. 4 nəfər ölüb, xeyli sayda insan yaralanıb. Terror aktını kamikadzenin törətdiyi bildirilir[24].
  • 20 iyul 2015 — Türkiyənin Şanlıurfa vilayətində baş verən terror aktında 34 nəfər ölüb, 104-ü isə yaralanıb.
  • 10 avqust 2015 — Liviyada içərisində bomba quraşdırılmış avtomobilin partlaması nəticəsində on nəfər öldü[25].
  • 10 oktyar 2015 — Türkiyənin paytaxtı Ankara şəhərində baş verən partlayışda 109 nəfər ölərkən 500-dən çox insan yaralanıb.
  • 13 noyabr 2015 — Fransanın Paris şəhərində silsilə terror aktlarında 132 nəfər ölüb, 300-dən çoxu isə yaralanıb.

Dinc insanların və əsirlərin öldürülməsi

[redaktə | mənbəni redaktə et]

2014-cü ilin yayından 2015-ci ilin sentyabr ayına qədər 95 qadın müxtəlif səbəblər üzündən İŞİD terrorçular tərəfindən öldürülüb[26]. İŞİD terror təşkilatı Suriyanın Kobani şəhərində gəzərək dinc əhaliyə divan tutur, evlərə girir, qadınları və qızları zorlayır, kişilərə isə müxtəlif əzablar verərək öldürür[27]. İraqın Mosul şəhərində isə İŞİD terror qruplaşması tərəfindən ən azı 120 nəfər edam edilib, 350-dən çox şəxs əsir götürülüb[28].

  • 19 avqust 2014 — France Presse agentliyinin reportyoru, amerikalı James Foleyi edam edilib (onun başı kəsilib)[29].
  • 3 sentyabr 2014 — Amerikanın "Time" və "Foreign Policy" jurnallarının müxbiri, 31 yaşlı Stiven Sotloffun başı kəsilib[30].
  • 14 sentyabr 2014 — İŞİD terrorçuları 2013-cü ildə Suriyada girov götürülmüşdür buraya humanitar missiya ilə gəlmiş Böyük Britaniyanın vətəndaşı Devid Heynsin başının kəsilməsi səhnəsini əks etdirən videoçarxı internet vasitəsi ilə yayıblar[31].
  • 16 noyabr 2014–12 nəfər Suriya hərbçisinin və bir nəfər amerikalının başı kəsilib[32].
  • 24 yanvar 2015–42 yaşlı yaponiyalı jurnalist Haruna Yukavanın başı kəsilib[33].
  • 31 yanvar 2015 — ikinci girov götürülən yaponiyalı jurnalist Kendzi Qoto edam edilib[34].
  • 6 fevral 2015 — İŞİD terror qruplaşması əsir götürdüyü iordaniyalı təyyarəçi Muat əl Kəsasbehi diri-diri yandırıb[35].
  • 6 fevral 2015 — İraqın şimal məntəqəsini işğal edən İŞİD terrorçuları Cümə Məri Səlman əl Həbusi və oğlu Mustəfa Cümə Məri əl Həbusini xəyanətkar adlandıraraq onların başlarını kəsiblər[36].
  • 12 fevral 2015 — Liviyada əsir götürülmüş 21 Misir xristianının başı kəsilib[37].
  • 4 iyul 2015 — yeniyetmə İŞİD terror terrorçuları antik Palmira şəhərinin amfiteatrında Suriya ordusunun 25 əsgərini edam edib[38].
  • 12 avqust 2015 — iyulun 22-də Misirdə girov götürülən Xorvatiya vətəndaşı 30 yaşlı Tomislav Saliopekin başı kəsilib[39].
  • 18 avqust 2015 — İŞİD tərəfindən əsir götürülən Suriyanın tarixi məkanı Palmiranı tərk etməyən arxeoloq Xalid əl-Əsədin İŞİD terrorçuları tərəfindən həmin şəhərinin ortasında dirəyə bağlanaraq başı kəsilib[40].
  • 23 sentyabr 2015 — İŞİD-in nəzarətində olan Der-Əz-Zor şəhərində yaşayan 22 yaşlı qızın başı kəsilib. Buna səbəb həmin qızın Vatsapda "xilafət" haqqında "nalayiq" sözlər yazması olub. İŞİD döyüşçüləri tərəfindən ailəsindən zorla alınan qızın başı naməlum yerdə kəsilib[26].
  • 26 sentyabr 2015 — Türkiyə sərhəddinə yaxın olan Əl-Rai məntəqəsində casusluqda ittiham etdilən 2 türkün başı azyaşlı uşaqların gözləri önündə kəsilib[41].
  • 13–14 noyabr 2015 — Fransanın paytaxtı Parisdə silahlı hücum və silsilə partlayışlar nəticəsində 153 nəfər öldü, 200-dən çox insan yaralandı.

Mədəni irsin məhv edilməsi

[redaktə | mənbəni redaktə et]
  • 2015-ci ilin fevralında İŞİD terrorçuları Mosul şəhərində yerləşən qədim kitabxanı bombalayıblar, bu zaman 9 min nadir əsər kül olub. Kitabxana rəhbəri Ganim Əl-Taan kitabxananın düşülmüş şəkildə dağıdıldığını qeyd edib və İŞİD terrorçularını tarixi əlyazmaları məhv etmək niyyətində olduqlarını bildirib. Həmin kitabxana 1921-ci ildə tikilmişdi. Orada 18-ci əsrdən qalma əsərlər toplusu saxlanılırdı[42].
  • 26 fevral 2015 — İŞİD terror təşkilatı Mosul şəhərinin muzeyini talan edib. Muzeydəki qiymətli əşyalar oğurlanıb, heykəllər isə dağıdılıb[43].
  • 5 mart 2015 — Mosulun 20 kilometr cənubi-şərqində yerləşən Nimrud şəhəri buldozerlərlə dağıdılıb[44].
  • 7 mart 2015 — İŞİD terrorçu təşkilatı İraqın şimalında yerləşən Hatra şəhərinin qalıqlarını dağıdıb. Terrorçular dağıtdıqları 2000 yaşı olan binanın görüntülərini İnternetə yerləşdiriblər. Onlar abidəni ağır çəkiclər, avtomatlarla dağıdıblar[45].
  • 8 mart 2015 — İŞİD terrorçuları İraqın şimalında yerləşən Horsabad şəhərinin yaxınlığındakı qədim Dur-Şarrukin şəhərinin artifaktlarını dağıdıb və qarət ediblər[46].
  • 18 mart 2015 — İŞİD terrorçuları Assur İmperatorluğunun paytaxtı olmuş Nineviya şəhərində bir kilsəni dağıdıblar. Yayılan fotolardan görünür ki, mülki geyimli şəxslər xristianlara məxsus kilsədə heykəlləri yıxır, dini simvolları dağıdır, xaç işarəsinin yerinə İŞİD bayrağını asırlar[47].
  • 2015-cil ilin avqustunda İŞİD terror qruplaşmasının üzvləri Suriya ərazisində yerləşən qədim Palmira şəhərinin abidələri olan Baalşamin və Bel məbədlərini partlatmışdılar[48].
  1. https://abcnews.go.com/International/isis-leader-founder-abu-bakr-al-baghdadis-remains/story?id=66591175.
  2. https://arabic.cnn.com/middle-east/article/2020/10/27/pompeo-baghdadi-death-anniversary.
  3. Withnall, Adam (29 June 2014) Iraq crisis: Isis changes name and declares its territories a new Islamic state with 'restoration of caliphate' in Middle East Arxivləşdirilib 2014-06-30 at the Wayback Machine The Independent
  4. "Arxivlənmiş surət". 2014-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-18.
  5. "İraq ordusu daha bir şəhəri İŞİD-dən azad edib" (az.)). islamazeri.az. 2015-03-10. 2015-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-10.
  6. "İraqdan şad xəbər: Tikrit terrorçulardan azad edildi, hədəf MOSUL (Foto-Video)" (az.)). islamazeri.az. 2015-03-10. 2015-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-10.
  7. "Peşmergeler Sincar ilçesini IŞİD'den geri aldı". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.
  8. Barzani: "Şengal operasyonuna Peşmerge dışında hiçbir güç katılmadı" Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine  (türk.)
  9. "İraqın Ramadi şəhəri İŞİD terrorçularından azad edildi (Foto-Video)" (az.)). islamazeri.az. 2015-12-28. 2015-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-28.
  10. "DAEŞ'ten kurtarılan Ramadi'de Irak bayrakları dalgalanıyor" (türk.)). euronews.com. 2015-12-28. 2015-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-28.
  11. Əl-Cəzirə türkcə: IŞİD Selahaddin kentine saldırdı Arxivləşdirilib 2022-07-28 at the Wayback Machine
  12. Hurriyet (10 iyun 2014): IŞİD Musul'da kontrolü ele geçirdi Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine
  13. Hurriyet (11 iyun 2014): IŞİD Türk Konsolosluğu'na saldırıp çalışanları kaçırdı Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine
  14. Musul’da 80 Türk rehine Arxivləşdirilib 2015-04-07 at the Wayback Machine (11 iyun 2014)
  15. Mosul Bank Robbery Isn't The Only Thing Funding ISIS Arxivləşdirilib 2018-02-17 at the Wayback Machine IBT. 13 iyun 2014.
  16. "Iraq crisis: The rise of ISIS, the 'world's richest terror group' in 60 seconds". The Telegraph. 16 iyun 2014. 2014-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-16.
  17. IŞİD, 1700 Polisi Kurşuna Dizdi Arxivləşdirilib 2021-05-14 at the Wayback Machine Haberler.com (15 iyun 2014)
  18. YPG Tişrin Barajı’nı alarak Fırat’ın batısına geçti Arxivləşdirilib 2021-12-04 at the Wayback Machine  (türk.)
  19. Stratejik Rabia kasabasının kontrolü Suriye Ordusu’nda Arxivləşdirilib 2021-05-18 at the Wayback Machine  (türk.)
  20. "Suriye: Şeddadi şehri IŞİD'in elinden alındı". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-28.
  21. "Suriye ordusu Palmira'da: 1 Rus öldü". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-25.
  22. "Tarihi kent Palmira terör örgütü Daeş'ten geri alındı". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-27.
  23. ""İŞİD" Kobanidə iki terror aktı törədib". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  24. "İŞİD Ərbildə terror aktı törətdi". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  25. "İŞİD Liviyada terror aktı törətdi". 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  26. 1 2 "İŞİD 22 yaşlı qızın başını kəsdi". 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  27. "İŞİD-çilər qızı qardaşının gözü önündə zorladılar". 2014-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  28. İŞİD 120 insanı edam etdi[ölü keçid]
  29. "İŞİD amerikalı jurnalistin başını kəsdi". 2014-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  30. "İŞİD daha bir amerikalı jurnalistin başını kəsdi". 2014-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  31. "İŞİD Böyük Britaniya vətəndaşını edam etdi". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-09.
  32. "İŞİD daha 13 nəfərin başını kəsdi — Vəhşətin videosu". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  33. ""İŞİD" yaponiyalı əsirlərdən birini edam edib". 2015-01-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  34. ""İŞİD" girovluqda saxladığı yaponiyalı jurnalisti edam edib". 2015-02-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  35. "İŞİD əsir götürdüyü iordaniyalı pilotu diri-diri yandırıb". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  36. İŞİD quldurları İraqda ata və balanın başını kəsdi[ölü keçid]
  37. "İŞİD daha 21 xristianın başını kəsdi". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  38. "İŞİD Əsədin əsgərlərini belə öldürdü". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  39. "İŞİD 2 türk vətəndaşının başını kəsdi". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  40. "İŞİD dünyanın ən məşhur arxeoloqunun başını kəsdi". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  41. "İŞİD 2 türk vətəndaşının başını kəsdi". 2015-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  42. "Kitabxanada 9 min əsər kül oldu". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  43. "İŞİD muzeyi belə dağıtdı". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  44. "İŞİD 3 min illik şəhəri buldozerlərlə dağıdır". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  45. "İŞİD daha bir tarixi abidəni məhv etdi". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  46. "BMT-nin baş katibi İŞİD-ə çağırış etdi…". 2016-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  47. İŞİD bu dəfə tarixi kilsəni dağıtdı[ölü keçid]
  48. "İŞİD Palmiranın daha bir məbədini dağıdıb". 2016-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]