Mehrimah Sultan (29 iyun 1812, Konstantinopol – 31 avqust 1838, Konstantinopol) — 30. Osmanlı sultanı II Mahmudun altıncı qızı.
Mehrimah Sultan | |
---|---|
مهرماہ سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | II Mahmud |
Anası | Hoşyar Sultan |
Həyat yoldaşı | Səid Mehmed Paşa |
Uşağı | Sultanzadə Abdullah bəy |
Ailəsi | Osmanlı xanədanı |
Mehrimah Sultan 10 iyun 1812-ci ildə dünyaya gəldi. Atası Osmanlı sultanı II Mahmud, anası isə Hoşyar Sultandır. Dünyaya gəlişi eyni ildə anadan olan bacısı Şah Sultan və Şahzadə Bəyazid ilə birlikdə imperiyanın hər tərəfinə elan edilmişdir. 6 aprel 1836-cı ildə mühüm dövlət adamlarından Səid Mehmed Paşa (ö. 1869) ilə nikahlanmışdır. Şeyxülislam Məkkəyizadə Mustafa Əfəndinin kəsdiyi nikah əsnasında sultanın vəkili olaraq dövrün Darüssəadə ağası Abdullah ağa və hərəm ağalarından Osman ağa iştirak etmişdir. Cütlüyün toy mərasimi isə 28 aprel 1836-cı ildə Dolmabağça sarayında baş tutmuş və 9 gün davam etmişdir. Toy mərasiminin ardından qardaşları Şahzadə Əbdülməcid və Şahzadə Əbdüləziz Səadabad qəsrində sünnət edilmişdir.
Ancaq çox keçmədən 31 avqust 1838-ci ildə doğum əsnasında vəfat etmişdir. Cənazəsi Nəqşidil Sultan türbəsinə dəfn edilmişdir. Dünyaya gələn oğlan uşağı da çox yaşamamışdır.