2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər

Azərbaycanda parlament seçkiləri (2005)Azərbaycan Respublikasının Milli Məclisi III çağırışına seçkilər 2005-ci il 6 noyabrda keçirilmişdir.

← 2000  Azərbaycan  2010 →
Azərbaycanda parlament seçkiləri (2005)
6 noyabr 2005
Seçici fəallığı 42.20%
Rəhbər İlham Əliyev İsa Qəmbər Fəzail Ağamalı
Partiya Yeni Azərbaycan Partiyası Müsavat Partiyası Ana Vətən Partiyası
İttifaq Azadlıq Bloku
Tutulan yerlər 5852
Dəyişən yerlərin sayı 14 3 1
Əvvəlki yerlərin sayı
Rəhbər Sabir Rüstəmxanlı Asim Mollazadə Əli Kərimli
Partiya Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyası
İttifaq Demokratik Azərbaycan Bloku Azadlıq Bloku
Tutulan yerlər 211
Dəyişən yerlərin sayı 1 1 4
Əvvəlki yerlərin sayı
Rəhbər Əvəz Temirxan Xanhüseyn Kazımlı İqbal Ağazadə
Partiya Azərbaycan Liberal Partiyası Azərbaycan Sosial Rifah Partiyası Azərbaycan Ümid Partiyası
İttifaq
Tutulan yerlər 111
Dəyişən yerlərin sayı 1 1
Əvvəlki yerlərin sayı
     YAP      Müsavat      AVP      VHP      ADİSP      AXCP      ALP      ASRP      ÜMİD      BQP      BAXCP və      VBP-nin seçildiyi seçki dairələri

Nəticə Yeni Azərbaycan Partiyası 58 deputatla birinci partiya oldu. 10 seçki dairəsi üzrə təkrar seçkilər keçirildi.

Müşahidəçilik

[redaktə | mənbəni redaktə et]

Seçki blokları

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq, 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar özünün qərarları ilə 2005-ci ildə:

Seçki bloku
Siyasi partiyalar
Rəhbərləri
Namizəd sayı
Təsis tarixi
Adı
21 iyul 2005 Azadlıq Azərbaycan Demokrat Partiyası Rəsul Quliyev 40
Azərbaycan Xalq Cəbhəsi Partiyası Əli Kərimli 48
Müsavat Partiyası İsa Qəmbər 41
24 iyul 2005 Azərbaycançı Qüvvələr Birlik Partiyası Xudadat Xuduyev
Vəhdət Partiyası Tahir Kərimli 46
Azərbaycan Naminə Azərbaycan Xalq Demokratik Partiyası Rafiq Turabxanoğlu
Vahid Azərbaycan Partiyası Karrar Əbilov
27 iyul 2005 Azərbaycan Tərəqqi Alyansı Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası Azad Nəbiyev
Qorqud Partiyası Firudin Kərimov
15 avqust 2005 Birlik Azərbaycan Milli Dövlətçilik Partiyası Nemət Pənahlı
Azərbaycan Mübarizlər Partiyası Ağadur Müslümov
24 iyul 2005 Demokratik Azərbaycan Ədalət Partiyası İlyas İsmayılov 32
Vahid Azərbaycan Milli Birlik Partiyası Hacıbaba Əzimov
Vətəndaş Həmrəyliyi Partiyası Sabir Rüstəmxanlı 31
21 iyul 2005 İslahat Azərbaycan Respublikaçılar Partiyası Sübut Əsədov
Azərbaycan Azad Respublikaçılar Partiyası Kamil Seyidov
Azərbaycan Demokratik Maarifçilik Partiyası Elşən Musayev
Demokratik Azərbaycan Dünyası Partiyası Məmməd Əlizadə 57
Yeni Siyaset Azərbaycan Milli İstiqlal Partiyası Əli Əliyev
Azərbaycan Milli Hərəkat Partiyası Samir Cəfərov
Azərbaycan Sosial Demokrat Partiyası Ayaz Mütəllibov 9
Araz Əlizadə

22 aprel 2005-ci ildə "İctimai liderlər birliyi" Seçki Bloku, 14 may 2005-ci ildə Azərbaycan Qadın Hərəkatının liderləri tərəfindən Qadınların Seçki Bloku, 15 may 2005-ci ildə "Olaylar", "Ədalət", "Həftəiçi", "Üç nöqtə", "Şərq" və "525-ci" qəzetlərinin baş redaktorları tərəfindən "Müstəqil media — 2005" Seçki Bloku,[1] 16 may 2005-ci ildə "Parlament 2005" Hüquqşünasların Seçki Bloku, 27 may 2005-ci ildə "Gənc Azərbaycan — Yeni adlar" Seçki Bloku, 13 iyun 2005-ci ildə "Yeni parlament" Seçki Bloku təsis edilmişdir.[2]

Avqust ayında isə "İctimai Liderlər Birliyi" bloku 64 namizədinin olduğunu açıqladı. Onlar həm birliyin üzvləri olan şəxslər, həm blokun dəstəklədiyi və həm də qurumun saziş imzaladığı digər seçki bloklarının namizədləri idi. "Parlament-2005" Hüquqşünasların Seçki Blokunun, "Müstəqil Media-2005" Seçki Blokunun, həmçinin "Gənc Lidlerlər" Seçki blokunun namizədləri "İctimai Liderlər"in siyahısına daxil edildi. Əliməmməd Nuriyev, İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Əyyub Kərimov, Ataxan Əbilov, Namizəd Səfərov, Əlövsət Əliyev, Vidadi Mirkamal kimi hüquqşünaslar, həmçinin qəzet redaktorlarından Rəşad Məcid, Akif Aşırlı, Xoşqədəm Hidayətqızı, Aqil Abbas da "İctimai Liderlər Birliyi"nin dəstəklədiyi namizədlər idi.[1][3] "İctimai liderlər birliyi" Seçki Blokunun təsisçilərindən biri də Milli Qeyri-hökumət Təşkilatları Forumunun prezidenti Azay Quliyev olmuşdur.[4]

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq 2005-ci il sentyabrın 7-dən etibarən ölkədə seçkiqabağı təşviqat başlanmış və seçkilərə 24 saat qalmış, yəni noyabrın 5-i saat 8.00-a kimi davam etdirilmişdir.

MSK-nın iclasında ödənişsiz efir vaxtının adları çəkilən seçki subyektləri arasında bölgüsü məqsədilə püşkatma keçirildi və seçkiqabağı təşviqat dövründə onlara ayrılan ödənişsiz efir vaxtı bölgüsünün nəticələrini əks etdirən cədvəllər təsdiq olundu.

Seçkilərdə 2063 nəfərin namizədliyi qeydə alınıb, daha sonra yüzlərlə şəxs namizədliyini geri götürüb və 1541 nəfər seçkilərdə iştirak edib.[5]

Seçki günündə – 2005-ci il noyabrın 6-da ölkənin 125 seçki dairəsində səsvermə keçirildi.

Dairə seçki komissiyalarının qərarları ilə 37 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmışdı. Əvvəlkilərdən fərqli olaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatları yalnız majoritar seçki sistemi üzrə seçilirdi. İlk dəfə idi ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi üzrə yaradılmış 122 saylı Xankəndi seçki dairəsində də səsvermə təşkil olunmuşdu.

2005-ci il noyabrın 23-də Mərkəzi Seçki Komissiyası noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında MSK-nın protokolunu, eləcə də dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilən sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etdi.

Məcəllənin tələblərinə cavab vermədiyindən 6 dairə seçki komissiyasının protokolları təsdiq edilmədi. 115 seçki dairəsi üzrə deputatlar seçilmişdi. 2005-ci il noyabrın 6-da keçirilmiş seçkilərdə 17 saylı Yasamal üçüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş Lalə Şövkət Hacıyeva Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 19 yanvar 2006-cı il tarixli 2/3 saylı Qərarı ilə deputat mandatından məhrum edildi.

14 iyun 2006 tarixində təəkrar seçkilərdə seçki dairələri üzrə səsvermənin nəticələri haqqında dairə seçki komissiyaları protokollarının məlumatlarına əsasən Milli Məclisə 10 yeni deputat seçildi.

Azərbaycan Respublikasının Milli Məclisinin tərkibinə seçilmiş 124 nəfərin 9-u seçicilərin təşəbbüs qrupları, 50 — si ölkədə fəaliyyət göstərən siyasi partiyalar, 6-sı siyasi partiyaların blokları və 59-u özləri tərəfindən deputatlığa namizəd irəli sürülmüşdü.

Partiyalar üzrə

[redaktə | mənbəni redaktə et]
Siyasi partiya
Sədr
Səs
Mandat
#
%
+\-
Sayı
+\-
Mandat qazanan
Yeni Azərbaycan Partiyası İlham Əliyev
58 / 125
14
Bitərəf -
40 / 125
18
Müsavat Partiyası İsa Qəmbər
5 / 125
3
Vətəndaş Həmrəyliyi Partiyası Sabir Rüstəmxanlı
2 / 125
1
Ana Vətən Partiyası Fəzail Ağamalı
2 / 125
Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası Asim Mollazadə Yeni
1 / 125
Yeni
Azərbaycan Xalq Cəbhəsi Partiyası Əli Kərimli
1 / 125
4
Azərbaycan Liberal Partiyası Əvəz Temirxan
1 / 125
1
Azərbaycan Sosial Rifah Partiyası Xanhüseyn Kazımlı
1 / 125
Azərbaycan Ümid Partiyası İqbal Ağazadə
1 / 125
1
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Qüdrət Həsənquliyev Yeni
1 / 125
Yeni
Böyük Quruluş Partiyası Fazil Mustafa Yeni
1 / 125
1
Vətəndaş Birliyi Partiyası Sabir Hacıyev Yeni
1 / 125
1
Mandat qazanmayan
Azərbaycan Azad Respublikaçılar Partiyası Kamil Seyidov Yeni
0 / 125
Yeni
Azərbaycan Demokrat Partiyası Sərdar Cəlaloğlu
0 / 125
Azərbaycan Demokratik Maarifçilik Partiyası Elşən Musayev
0 / 125
Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası Azad Nəbiyev
0 / 125
Azərbaycan Xalq Partiyası Pənah Hüseyn
0 / 125
Azərbaycan Xalq Demokratik Partiyası Rafiq Turabxanoğlu
0 / 125
Azərbaycan Kommunist Partiyası Ələsgər Xəlilov
0 / 125
Rauf Qurbanov
Azərbaycan Milli Dövlətçilik Partiyası Nemət Pənahlı
0 / 125
Azərbaycan Milli Hərəkat Partiyası Samir Cəfərov
0 / 125
Azərbaycan Milli İstiqlal Partiyası Əli Əliyev
0 / 125
1
Azərbaycan Mübarizlər Partiyası Ağadur Müslümov
0 / 125
Azərbaycan Respublikaçılar Partiyası Sübut Əsədov
0 / 125
Azərbaycan Sosial Demokrat Partiyası Araz Əlizadə
0 / 125
Ayaz Mütəllibov
Azərbaycan Tərəqqi Partiyası Çingiz Dəmiroğlu Yeni
0 / 125
Yeni
Birlik Partiyası Xudadat Xuduyev
0 / 125
Böyük Azərbaycan Partiyası Elşad Musayev
0 / 125
Demokratik Azərbaycan Dünyası Partiyası Məmməd Əlizadə
0 / 125
Ədalət Partiyası İlyas İsmayılov
0 / 125
Milli Qurtuluş Partiyası Vüqar Bəyturan
0 / 125
Müasir Müsavat Partiyası Hafiz Hacıyev Yeni
0 / 125
Yeni
Qorqud Partiyası Firudin Kərimov
0 / 125
Vahid Azərbaycan Partiyası Kərrar Əbilov
0 / 125
Vahid Azərbaycan Milli Birlik Partiyası Hacıbaba Əzimov
0 / 125
Vəhdət Partiyası Tahir Kərimli
0 / 125

[6]

Seçki bloku
Səs
Mandat
#
%
+\-
Sayı
+\-
Rəsmi bloklar
Azadlıq [a] Yeni
5 / 125
Yeni
Yeni Siyasət (YeS)[b] Yeni
2 / 125
Yeni
Birlik[c] Yeni
1 / 125
Yeni
Demokratik Azərbaycan[d] Yeni
1 / 125
Yeni
Azərbaycançı Qüvvələr Yeni
0 / 125
Yeni
Azərbaycan Naminə Yeni
0 / 125
Yeni
Azərbaycan Tərəqqi Alyansı Yeni
0 / 125
Yeni
İslahat Yeni
0 / 125
Yeni
Rəsmi olmayan
İctimai Liderlər Birliyi[e] Yeni
2 / 125
Yeni
Qadınların Seçki Bloku Yeni
0 / 125
Yeni
Yeni parlament Yeni
0 / 125
Yeni

Seçki sonrası Azadlıq Bloku mətbuat konfransı keçirmişdir.

17 saylı Yasamal üçüncü seçki dairəsindən deputat seçilmiş Lalə Şövkət total saxtakarlıq səbəbiylə seçki nəticələrini tanımadığını, mandatından imtina etdiyini elan etmiş və 17 yanvar 2006-cı ildə mətbuat konfransı keçirmişdir.

Azadlıq Blokuna üzv olan siyasi partiyalar mitinq keçirdi, partiyaların sədrləri Əli Kərimli (AXCP), İsa Qəmbər (Müsavat), Lalə Şövkət (ALP) və Sərdar Cəlaloğlunun (ADP) çıxış etdiyi mitinq başa çatandan sonra, seçkilərin nəticələrinə etiraz edən 2 000 yaxın etirazçı oturaq seçkilərin nəticələrinə etirazlarını bildirdi. Etirazlar axşam saatlarına yaxın Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən dağıdıldı, nəticədə 500 yaxın etirazçı yaralandı.[mənbə göstərin]

Daha sonra 9 noyabr, 13 noyabr və 23 noyabr tarixində mitinqlər keçirildi.

  1. Blokun namizədləri İkram İsrafil, Nəsib Nəsibli, Arzu Səmədbəyli, Cəmil HəsənliPənah Hüseyn deputat seçilmişdir. Blokun dəstəklədiyi, Azərbaycan Liberal Partiyası namizədi Lalə Şövkət də deputat seçilmişdir.
  2. Blokun namizədləri Əli MəsimliVahid Əhmədov deputat seçilmişdir.
  3. Blokun namizədi Havva Məmmədova deputat seçilmişdir.
  4. Blokun namizədi Sabir Rüstəmxanlı deputat seçilmişdir.
  5. "Müstəqil media - 2005" Seçki Blokundan Aqil Abbas, "İctimai Liderlər Birliyi" Seçki Blokundan isə Azay Quliyev deputat seçilmişdir.
  • Tahirə Allahyarova, Fərhad Məmmədov. Azərbaycanda siyasi partiyalar: Seçkidən seçkiyə (PDF). Bakı. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi. 2010. Arxivləşdirilib 2022-07-06 at the Wayback Machine
  1. 1 2 elli. "2005-ci il seçkiləri: "Narıncı müxalifət", həbslər, Bakıya enə bilməyən təyyarə…". MEYDAN.TV (az.). 2024-08-17. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-19.
  2. Seçkidən seçkiyə, 2010. səh. 35-37
  3. ""İCTİMAİ LİDERLƏR BİRLİYİ" SEÇKİDƏ 64 NAMİZƏDLƏ İŞTİRAK EDİR". Trend.Az (az.). 2005-08-04. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-20.
  4. Seçkidən seçkiyə, 2010. səh. 36
  5. modern.az. "Əvvəlki parlament seçkilərində neçə namizəd iştirak edib?". modern.az (az.). 2024-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-23.
  6. web.archive.org. 2007-03-19 https://web.archive.org/web/20070319054528/http://www.infocenter.gov.az/v2/deputat_info.php (#bare_url_missing_title). Archived from the original on 2007-03-19. İstifadə tarixi: 2024-08-20.