Alkmeon

Krotonalı Alkmeon (yun. Ἀλκμαίων ο Κροτωνιάτης, təxminən m. ö. V – IV yüzilliklər) ilk yunan filosoflarından biri, pifaqorçular məktəbinin təmsilçisi, təbib, bioloq. Cənubi İtaliyanın Krotona şəhərində yaşamış, Pifaqordan dərs aldığı ehtimal edilir.

Krotonalı Alkmeon
Ἀλκμαίων ο Κροτωνιάτης
Doğum tarixi bilinmir
Doğum yeri
Vəfat tarixi bilinmir
Vəfat yeri
İstiqaməti Pifaqorçular məktəbi[1], Sokrataqədərki fəlsəfə[1]
Əsas maraqları fəlsəfə
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Təbabət və biologiya sahəsində araşdırmaları

[redaktə | mənbəni redaktə et]

Zamanımıza çatmayan “Təbiət haqqında” kitabın müəllifi olmuşdur. Zoologiya, botanika və anatomiya elmləri üzrə araşdırmalar aparmış və özəl fikirlərlə çıxış etmişdir. Zamanının başqa filosoflarından fərqli olaraq Alkmeon dünyanın yaranması və quruluşu haqqında fikirlərə önəm verməmişdir.

Alkmeon beyinə gedən göz sinirlərini araşdırarkən belə nəticəyə gəlmişdir ki, görmək, eşitmək, hiss etmək kimi duyğular göz, qulaq, dəri kimi orqanlardan özəl kanallar vasitəsi ilə beyinə ötürülür. Orada onlar “emal” olunur və düşüncə yaranır. Beləliklə, beyin düşüncənin və idrakın mərkəzidir. Antik botanik Teofrastus “Duyğular haqqında” kitabında yazmışdır ki, bununla Alkmeon düşüncə ilə duyğu anlayışlarını bir-birindən ayırmışdır. Onların hər ikisi insandadır; heyvanlarda isə yalnız duyğusallıq vardır.[2] Burada o duyğusallığa (empirizmə) üstünlük verərək deyirdi ki, hər şeydən öncə duyğu gəlir, onsuz dünya qavranılmaz.

Alkmeon ibtidai embrioloji fikirlərlə də çıxış etmişdir. Onun fikrincə, embrion (döl) kişi və qadın toxumlarının birləşməsindən yaranır. Bu birləşmədə kişi toxumu çoxluqda olanda oğlan, qadın toxumu çoxluqda olanda isə qız doğulur. Ana bətnində ilk olaraq baş yaranır. Qidanı isə embrion hansısa orqanı ilə deyil, bütün cismi ilə anadan alır.

Alkmeon həm də insanın yetkinliyə çatmasını bitkilərdə gedən proseslərlə müqayisə edirdi. Belə ki, toxum atmaqdan öncə bitkilər gül açır. Eləcə də, yetkinlik çağı gəlməmişdən öncə insanın cinsi orqanlarının ətrafında tüklər böyüyür.

Alkmeona görə, insan sağlamlığı onun içində olan isti-soyuq, quru-nəm, şirin-acı kimi bir-birinə qarşı duran qüvvələrin bərabərliyidir. Bunu o “izonomiya” adlandırmışdır. Bu qüvvələrdən hansısa biri başqalarına üstün gəlirsə, onda xəstəlik başlanır. Bunu da Alkmeon dövlət və cəmiyyətin qanunları ilə müqayisədə görürdü. Toplumda da qüvvələr nisbəti bərabər paylaşanda stabillik olur. Bu müvazinət pozulduqda isə qarışıqlıq yaranır. Müvazinətin pozulmasını, eləcə də bir qüvvənin başqalarını üstələməsini Alkmeon dövlət quruluşu ilə müqayisə edərək “monarxiya” (krallıq) adlandırmışdır.[3]

Alkmeon insanı mikrokosm kimi dəyərləndirmiş və onu kosmosun hissələri olan cisimlərlə müqayisə edirdi. Belə ki, ölməz olan insan ruhu kosmosun ölməz hissələri olan günəşə, aya və ulduzlara uyğundur. Onun ruhu kosmik cisimlər kimi dairəvi hərəkətdədir. Bu hərəkət dayanan kimi ölüm baş verir. Ruhun ən yüksək hissəsi insanın beynində yerləşir.

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 50-53. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 50-53. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
  • Foca A. The origin of experimental medicine in the school of Alcmaeon from Kroton and the diffusion of his philosophy within the Mediterranean area. Skepsis, v. 13-14, 2002, p. 242—253.
  • Лебедев А. В. Фрагменты ранних греческих философов. М.: Наука, 1989.
  • Маковельский А. О. Досократики. Минск: Харвест, 1999.
  1. 1 2 Répertoire des sources philosophiques antiques (fr.). CNRS.
  2. Лебедев А. В. Фрагменты ранних греческих философов Arxivləşdirilib 2020-11-02 at the Wayback Machine. М.: Наука, 1989, c. 268.
  3. Маковельский А. О. Досократики Arxivləşdirilib 2013-07-19 at the Wayback Machine. Минск: Харвест, 1999, c. 378.