Avropa Avar İmperiyası

Avar Krallığı (və ya Elmir İmperiyası) — bugünkü Macarıstan, Slovakiya, RumıniyaSerbiya torpaqlarında 565–823-cü illər arasında mövcud olmuş Avar dövləti.

Tarixi dövlət
Avar xaqanlığı
Avar
Bayraq
Bayraq
Avar Krallığının sərhədləri
Avar Krallığının sərhədləri
 
 
562 — 823, 822[1]

Paytaxt Timişoara
Dilləri Bulqar dili
Rəsmi dilləri Avar dili
Dövlət dini Tenqriçilik, xristianlıq
Ərazisi 600-cü ildə 1.000.000 km²
İdarəetmə forması Kingdom
Sülalə Bayanı sülaləsi
Kral
 •  Bayanı Kral (ilk)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dövlət Avar xaqanı olan Bayan tərəfindən qurulmuşdur. 562-ci ildə avarların başına keçən I Bayan olduqca qabiliyyətli bir idarəçi və döyüşçü olmuşdur. Onun rəhbərliyi ilə avarlar, Bizans, Lombardlar, bir çox slavyan və türk qəbilələrlə müttəfiq olmuşdur. Avarlar Bizans, Fransa torpaqlarına hücumlar təşkil etmişlər. Bu dövrdə avarlar qərbdə Türingiyaİtaliya qapılarına qədər irəliləmişdilər. Cənubda isə Pannoniya, Dacis, İliriyaDalmasiyada hakimiyyət quraraq Konstantinopola yaxınlaşmışlar. Karpat Hövzəsinin hamısına hakim olan avarlar, 582-ci ildə Sirmiumu (Sremska Mitrovica), 584-cü ildə Singidunumu (Belqrad) və 586-cı ildə Salonikini fəth etmişlər. Slavyan qəbilələri ardıcıl hücum edən və onları məğlub edən avarlara qarşı birləşərək 623-cü ildə qiyam qaldırmışlar. Avarlarıfrankları hədəf alan Slavyan hücumları müvəffəqiyyətli olmuş və Serbiyadakı torpaqlar geri alınmışdır. Avarlar, 626-cı ildə uzun sürən Sasani-Bizans döyüşlərinə Sasanilər tərəfində müdaxilə etmişlər, slavyan qəbilələri ilə birlikdə Konstantinopola hücum etmiş və şəhərin mühasirəsinə qoşulmuşdular. Sasani Ordusu isə eyni vaxtda şəhərin Asiyada qalan bölgəsinə hücum etmişdir. Avarlar dəniz qüvvələri olmadan hücuma keçmiş və Sasani orduları ila birləşə bilməyərək tək başlarına hücuma başlamışdılar. Bu səbəblə çox yaxşı müdafiə olunan şəhəri ala bilməyərək geri dönmək məcburiyyətində qalmışdılar. Bizanslılar, Slavyan donanmasını Yunan odundan istifadə edərək yandırmış və birliklərin birləşməsinə mane olmuşdur. Slavyan orduları da tək başlarına hücuma keçdikləri üçün müvəffəqiyyətsizliyə uğramışlar. Avar hökmdarı, müvəffəqiyyətsiz muhasirənin səbəbini slavyan qəbilələrində görürdü. Konstantinopolun mühasirəsi Avar xaqanlığının ən böyük müvəffəqiyyətsizliklərindən biri olmuşdur. Avarların Konstantinopolu önlərində müvəffəqiyyətsiz olmasının ardınca Xaqanlığa daxil olan bolqarlar ayrılmışdır. 632-ci ildə Kutrugi, Utigu və Onogur qəbilələrini birləşdirən Kubrat Xaqan, Tapar Xaqanlığını qurmuşdur. Bolqarlar, Şimal Qaradəniz sahilləriylə aşağı Tuna boylarında hakim oldular. 640-cı ildə isə Hırvatlar, avarlardan ayrılmışdır. Bu dövrdə müntəzəm olaraq davam edən qəbilələr arası döyüşlər, bütün tərəflərin güc itirməsinə gətirib çıxarmış həm avarlar həm də slavyan qəbilələri xeyli zəifləmişdir. Avarlar, bolqarlar, franklarslavyanlar ilə olan mübarizələrinin nəticəsi olaraq Macar Düzənliyi və Dalmasiya sahillərini də itirmişdir. 670-ci ildə Bizans ilə döyüşlərin başa çatmasından sonra, iki imperatorluq arasına bolqarlar yerləşmişdir. Kubratanın oğulu Alt İsək, Avar Xaqanlığının taxtını ələ keçərmək üçün döyüşmüş, müvəffəqiyyətsizliyə uğradıqdan sonra bir-neçə bolqar qəbilələri ilə avarlardan ayrılmışdır. Avarların tarixi haqqında VII əsr sonu ilə VIII əsr sonu arasındakı dövrə dair məlumat yoxdur. Bu dövrə aid tək məlumat qaynağı arxeologiya elmidir. Bu dövrdə avarlarda köçəri həyatdan məskun həyata keçiş müşahidə edilməkdədir. Avarlar, artıq əkinçilikheyvandarlıqla maraqlanmağa başlamışlar.

IX əsrdə avarlar xüsusilə Frank dövləti üçün ən təhlükəli düşmən sayılırdı. Buna görə əvvəlcə avarlarla dostluq əlaqələri qurmağa çalışmışlar. Franklarla avarlar arasında elçilər movcud olmuş, 780-ci ildə avar elçisi frank torpaqlarına getmiş, frank elçisi də Xaqanlığa gəlmişdir. 788-ci ildən franklar ilə avarlar arasındakı uzun sürəcək bir döyüş başlamışdır. Bavariyanı Frank ölkəsinin bir parçası sayan Frank kralı Şarlman, avarlara qarşı səfərə çıxmağıplanlaşdırmışdı.

791-ci ildə sloveniyalıların, xorvatların da daxil olduğu frank ordusu, avarlara qarşı böyük bir hücum təşkil etmişdir. Şahzadə Pipin, İtaliyadakı ordusuyla hücuma keçmiş və avarlara aid qalaları ələ keçirmişdir. Şarlman tabeliyində olan əsl frank ordusu isə Tuna boyunca irəliləyir. Regensburgda reallaşan döyüşdə franklar qalib gəlmişdir, ancaq, Frank ordusundakı saksonlar avarlara dəstək olduğu üçün vəziyyət dəyişmişdir. Avarlar artıq dağılmağa başlayan dövlətlərini bərpa etməyə cəh etdilər. Avarların daxilində baş verən vətəndaş müharibəsi nəticəsində Yugur özünü Xaqan elan etdi. 795-ci ildə isə xristianlığı qəbul edərək himayələrinə girmək üçün franklara elçilər göndərmişdir. 796-cı ildə isə şəxsən özü Şarlmanın hüzuruna gedərək bağlılığını bildirmişdir. Şahzadə Pipin əmrindəki Frank ordusu həmin il avar torpaqlarına hücum etmişdir. Avarların Transilvaniyadakı mərkəzi ələ keçirilmişdir. Artıq avarların siyasi müstəqilliyindən söhbət edilə bilməyəcək dövrlər başlamışdır. Avarların əsrlər boyunca yığdığı böyük zənginliklər talanmağa başlanmışdır. Düşmənləri olan avarları pis vəziyyətdə olmasından istifadə edən bolqarlar da bu vəziyyətdən faydalanmaq istəmişdilər. Bütün çətinliklərə baxmayaraq avarlar məğrubiyyəti qəbul etmədilər. Bu zaman, hətta avar soy başçılarının böyük bir qisimi öldürülmüşdür. 797-ci ildə avarlar müvəffəqiyyətli şəkildə qiyam qaldırmışlar, ancaq böyük bir səfər nəticəsində franklar üsyanı yatırmışlar. 797-ci ildə avar soy başçıları Frank kralı Şarlmana bağlılıq andı içmək məcburiyyətində qalsa da, 799-cu və 802-ci illərdə avarlar yenidən qiyam qaldırmışdır. Bu vaxtlar avar torpaqlarında xristianlıq yayılmağa başlamışdır. 803–804-cü illərdə bolqarların Xaqanı Krım, Tuna bölgəsindəki bütün avar torpaqlarını ələ keçirmişdir. Bolqar suverenliyindəki avarlar isə sürətlə assimilyasiya edilmişdir. Avarlara aid son məlumat 823-cü ildə Frank sarayında franklara bağlılığını bildirən avar elçilərinə aiddir. Buna baxmayaraq, tapıntılara görə avarlar X əsrə qədər varlıqlarını davam etdirə bilmişlər. Mərkəzi Avropada, Frank dövləti ilə Bizans imperatorluğu arasında köhnə Hun, Sabar və Ogur(Buqar)lar kimi Türk kütlələrinn dəstəyi ilə qüdrətli bir dövlət quraraq, fərqli Alman və xüsusilə qarışıq slav qəbilələrini öz hakimiyyəti altına almaqla 250 ilə qədər (5 Save 58–805) Avropa siyasətinə yön verən Avarların kimliyi məsələsi tarixçiləri və dilçiləri xeyli düçündürən başlıca mövzulardan biri olmuşdur.

Avropa Avar xaqanlıgına Bizans qaynaqlarında: Abares, Abaroi, Latincada: Awares, Awari, Slav dill'rind' isə Abari, Obri kimi göstərilmişdir. Vaxtilə Monaolstandakı Ju-an-Juan dövlətinin(4-cü yüzilliyin başlanğıcı 552–555) Göy-Türklər tərəfindən dağıdıldıqdan sonra, təxminən 20 min adamlıq bir kütlə qərbə doğru köçmüşlər. Bizans tarixçisi Th. Simokattesin[7-ci yüzilliyin 2-ci yarısı] araşdırmalarından 558-ci ildə Orta Asiyadan qərbə və sonradan Avropanin içərilərinə doğru irəliləyən Bizansın şərq sərhədlərindən elçi göndərərək, yardım və yerləşmək üçün ərazi verilməsini rica edən kütlə olduğunu və başqa bir qrup araşdırmaların isə Avarların həmən tarixdə hərəkət istiqamətini təyin edən sənədlərə istinadən bu kütlənin Avarlar olduğu qəti fikir kimi qəbul edilir. Bir çox sənədlərdə Juan-Juan xalqının Avar və ya Asiya Avarları adı ilə qeyd edilməsi (J. Marquart, 1914, Gy. Nemeth, 1930, 0. Franke, 1936, W. Eberhard, 1947) və digər tərəfdən Juan-Juanrin Monqol kimi göstərilməsi Avropa Avarlarının da bu qəbildən olmasıni təsdiq edir. Monqolstanda Avropa Avarlarını xatirladan Var-Guni(Bar-Guni) adli bir qəbilənin açıqlanması, Macarstanda Avar çağına aid qəbirlərdən tapilan insan sümüklərinin monqoloid olduğu və Avar xaqanının adı olan "Bayan"ın Monqol sözü olduğu iddiası da yuxarıda qeyd etdiyimiz fikrin tam subutu olaraq qalır. Bu fikrə aydınlıq gətirmək üçün aşağıdakı qaynaqlara müraciət edək:

1)Bizans tarixçisi Priskos(5-ci yüzilliyin ortaları) hələ Orta Asiyada Juan-Juan hakimiyyətinin dağılmasından 100 il əvvəl , (461–465 hadisələri, bax. Sabarlar, Ogurlar) qərbi Sibir bölgəsində "Avar" qömündən söhbət açır. Digər bir qaynaq (Zakhaias Rhetor, 550-ci illər) da Monqolstan hadisələrindən öncə qərbdə bir Abar toplumu haqqında fikir yürütmüşdür. Bundan əlavə Yunan coğrafiyaçısı Strabonun əsərində də Abarnoilər də bəhs edilmişdir. 2)Ən önəmli məlumat isə Th. Smokattesin Avarlar haqqinda "Həqiqi Avar" və "Saxta Avar" mövzusudur. Bu qeydlərin araşdırılmasından alınan nəticəyə görə Saxta Avar deyilən kütlə Qərbi Türküstan-Quzey Qafqaz arası və Don İtil(Volqa) çaylarınin dolaylarında Oğur boyları ilə qonçuluqda yaşayan və Bizans qaynaqlarında Avar adı ilə tanınan(Menandros, 6-cı yüzilliyin sonları) Warkonlardir ki, (yəni Var və Hun) onlar da tabeliyində olduqları Juan-Juan dövlətindən ayrılıb Türküstan-Əfqanstan-Quzey Hindistanda Ağ Hun(Eftalit) dövlətinin yaranmasına təkan vermişlər. 458–459-cu illərdə Tapqaç orduları qarşısında məğlubiyyətə uğrayan Var və Hun tayfa ittifaqi Xəzər-Aral şimalındakı ərazilərdə məskunlaşmışlar və sonralar bu tayfaları da qərbdə Avarlar kimi anılmışır. Th. Smokattesin "Həqiqi Avar" adlandırdığı tayfa isə 552-ci ildə Sabar hakimiyyətini yıxıb, Qafqaza doru irəlilədilər və İran Alanlarını, Ogur boylarını özlərinə tabe etdikdən sonra Bizansdan yerləşmək üçün ərazi və illik vergi istədilər. Bu zaman Balkanlarda, Trakyada istila planlarını yeridən Ogurlara qarşı mübarizəyə başı qarışan imperator Justinianos vergini rədd etməklə bərabər, imperiyaya olan Avar axınının qarşısını almaq məqsədilə aşağı Tuna hövzəsində, başda Antlar və çoxluq təşkil edən Slav tayfalarından istifadə edərək bir maneə yaratmağa çalışdı. Lakin 562-ci ildə bu maneəni asanlıqla aşan Avarlar aşağı Tunanı işğal edərək Bizansla həmsərhəd oldular. İmperator Yustinianın (565–578) vergini ödəməkdə tərəddüd etməsi Bizansı təhlükə altına saldı və Avarlar Xaqan Bayanın başçılığı ilə orta Kalpata girdilər. Onlar Tunanın qərbindəki German qəbilələrindən olan Longobardlarla birləşərək şərqi Macarıstandakı Gepidləri özlərinə tabe etdilər və 568-ci ildə Lonqobardların cənubi İtaliyaya köçməsi ilə bərabər müasir Macarstanı tamamən işğal etdilər. Beləliklə Avarlar Avropada öz dövlətlərinin əsasını qoydular və 200 il Avar Xaqanlığı adı ilə hakimiyyətdə oldular.

Avar xaqanları

[redaktə | mənbəni redaktə et]
  1. Bayan Xaqan (562–602)
  2. II Bayan Xaqan (602–617)
  3. Onogunduri Xaqan (617–630)
  4. Surakat Xaqan (729/730)
  5. Yugurus Xaqan (791–795)
  6. I Tudun Xaqan (795–803)
  7. Zodan Xaqan (803–805)
  8. Thedorus Xaqan (805–1057)
  9. Abraham Xaqan (1057–1122)
  10. II Tudun Xaqan (755–835)

Avarların köç etməsi

[redaktə | mənbəni redaktə et]

Avar xaqanlığı Jujanlar Göytürklərə məğlub olduqdan sonra onların bir qismi qərbə çəkildi və Qafqazda məskən saldılar. Onlara avar deyirdilər. Türkcə bu söz "dirənən, duruş gətirən, qarşı gələn" mənasını verirdi.

Avarlar 558-ci ildə Qafqazdan köçərək Şərqi Avropaya getdilər və Şərqi Avropanın digər türk tayfaları ilə birlikdə Avar dövlətini yaratdılar. Bu dövlətin əsasını 565-ci ildə Bayan xaqan qoydu. Qısa bir vaxtda Avar dövləti güclü xaqanlığa çevrildi. Bizansdan xərac tələb etməyə başladı. Bizans vergi verməyə razı oldu.

6-cı əsrin sonlarında artıq imperatorluğa çevrilmiş Avar xaqanlığının ərazisinə Şərqi və Qərbi Avropanın böyük bir hissəsi — indiki Macarıstanın, Çexiyanın, Slovakiyanın, Avstriyanın və Almaniyanın cənub bölgələrinin bir hissəsi daxil idi. Alman və slavyan tayfalarının bir hissəsi də avarlardan asılı hala düşdü. Avar dövlətinin yaranmasında və möhkəmlənməsində hunlar, sabirlər, oğuzlar və digər türk tayfaları yaxından iştirak etmişdilər.

Avar xaqanlığı Bizansla qonşu olduqdan sonra onun Bizans üzərinə hücumları artdı. Avarlar Sasanilərlə birlikdə iki dəfə Konstantinopolu mühasirəyə aldılar. Lakin hərbi dəniz donanması olmadığına görə qələbə çala bilmədilər.

626-cı ildə Konstantinopola növbəti hücumdan sonra Avar dövlətinin qüdrəti sarsıldı. Xaqanlığa tabe olan xalqların üsyanı və hakimiyyət uğrunda mübarizə onun zəifləməsinə səbəb oldu. Bəzi türk tayfaları avarlardan ayrıldılar. Bu tayfaları Bulqar dövlətinin başçısı Kubrat xan öz elinə birləşdirdi. O, avarları Qara dənizin şimal sahillərindəki ərazilərdən və Dnepr çayının aşağı axarlarından sıxışdırıb çıxardı.

8-ci əsrin sonlarında Avar xaqanlığı ilə Frank dövləti arasında uzunsürən müharibə başlandı. 823-cü ildə franklar avarların Pannoniya ərazisini tutdular. Avar dövləti süqut etdi.

  1. Waldman C. Encyclopedia of European Peoples.