Bakı memarlığı

Bakı memarlığından bir örnək

Bakı memarlığıBakı təkcə Qafqazda deyil, eləcə də Yаxın Şərqdə öz tarixinə görə qədim şəhərlərdən olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi-memarlıq abidələri vardır. Bu abidələr şərqqərb memarlığının üslublarını özündə yüksək səviyyədə qovuşdurduğundan həmişə cazibədar olmuş, Bakını dünya memarlığının mərkəzlərindən birinə çevirmişdir.[1]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]
"Bayıl daşlar"nın bir hissəsi. Memar ustad Zayın-ad-din. 1235-ci il.

Bakı Azərbaycanın qədim şəhərlərindəndir. Abşeronda aparılan arxeoloji qazıntılar nəticəsində Mərdəkan, Şüvəlan, Türkan, Bilgəh, Nardaran, Şağan, Binəqədi və s. yerlərdə e. ə. 3–1-ci minilliklərə aid maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Bakıda, İçərişəhərdə mədəni təbəqənin qalınlığı 5–6 m-ə çatır. Burada xeyli istehsalat ocaqları, anbar, ictimai-dini və yaşayış tikililəri qalıqları, şəhəri su ilə təchiz edən mürəkkəb mühəndis qurğusu (XII–XVI əsrlər), şaxəli kanalizasiya, su kəməri, ovdan və s. tapılmışdır. Aşkara çıxarılmış tikili lər içərisin də IX əsrə aid türbə də var. Arxeoloji materiallar şəhərin xüsusi planla inşa edildiyini göstərir.

Bakının iqtisadi həyatında sənətkarlıq (dulusçuluq, metal işləmə, zərgərlik və s.) mühüm rol oynamışdır. Qazıntılar zamanı əldə edilən üzəri həndəsi, heyvani və nəbati rəsmlərlə bəzədilmiş müxtəlif formalı və çeşidli saxsı qablar yüksək sənətkarlıq nümunələridir. Yaşayış binalarının qalıqları, təndir, ocaq, quyu və s. obyektlər şəhər əhalisinin məişətini öyrənməyə imkan verir.

Arxeoloji qazıntılar zamanı tapılan çini qablar (XII–XVI əsrlər), Bakıda kı tarixi-memarlıq abidələrindən Qız qalası yaxınlığında kı Buxara (XIV əsr) və Multani (XV–XVI əsrlər) karvansaraları və s. vaxt ilə Şərq ölkələri ilə ticarət əlaqələrinin saxlandığını sübut edir.[2] XVI–XVII əsrlərdə Bakıda mis pul kəsilirdi, xalçaçılıqtoxuculuq inkişaf etmişdi. XVII–XVIII əsrlərə aid tarixi abidələr memarlıq, həkkaklıq və s.-nin də inkişaf etdiyini göstərir.

Qədim dövrlərdən XVIII əsrlərə qədər

[redaktə | mənbəni redaktə et]
Engelbert Kempfer — Bakı, qravür, İohann Baptist Homannın atlası, 1630-cu il

Bakıda ilk memarlıq abidələri məbədlər və atəşgədələr olmuşdur. VI əsrdə Bakıda Qız qalası inşa edilmiş (üzərində "Məsud Davud oğlunun qalası" yazılmış kitabə indiki yerinə bərpa zamanı qoyulmuşdur), şəhər qala divarları ilə əhatə olunmuşdu.[3] Ərəb istilası zamanı atəşgədələr dağıdılmışdır. Bakı "İçərişəhər" adlanan sahədə inkişaf etməyə başlamış, dəniz sahilində, təxminən indiki Qız qalasının yaxınlığında ilk binalar tikilmişdir. X–XI əsrlərdən tikinti işləri dəniz yanı sahədə aparılırdı. Bu dövrün məlum memarlıq nümunəsi Sınıq qala minarəsidir (1078, memar Məhəmməd Əbubəkr oğlu). Beləliklə, Qız qalası və onun ətrafında kı sahə iç qala kimi formalaşdı.

XIII əsrdə Bakı limanın da Şirvanşahların "Bayıl qəsri" iqamətgahının tikilməsi şəhərin inkişafında ən əhəmiyyətli hadisə oldu. Bürclü divarlarla əhatə olunmuş binalar kompleksi (1235, ustad Zeynəddin Əburəşid oğlu Şirvani və ehtimal ki, memar Əbdülməcid Məsud oğlu) daş üzərində ki oyma yazı və təsvirlər qurşağı ilə birlikdə nadir memarlıq ansamblıdır. XIV əsrdə Bakıda bir sıra yeni tikililər inşa edildi. Bunların ən əhəmiyyətlisi yalnız minarəsi qalmış Cümə məscidi və indiki Milli Elmlər Akademiyası Rəyasət Heyəti binasının qala divarları ilə birləşdiyi yerdə dördbucaqlı bürcdür. XVI əsrdə İçərişəhərdə Azərbaycan memarlığının ən gözəl abidələrindən olan Şirvanşahlar sarayı kompleksi yaradıldı. Şəhərin sahəsi genişləndirildi, karvansara, məscid, yeni qala divarları tikildi və İçərişəhər indiki sərhədləri daxilində formalaşdı. XVI əsrdə Şirvanşahlar sarayının Şərq darvazasının baş tağı (1584, memar Əmir şah Vəlyənkuhi) və Bakı hakimlərinin İçərişəhərdən kənarda divarla əhatə olunmuş iqamətgahı (indiki akad. Ə. Əlizadə küçəsi ilə "Araz" kinoteatrı arasında) tikildi.

XVII əsrdə indi ki A. Zeynallı küçəsi ərazisinin ticarət mərkəzinə çevrilməsi ilə əlaqədar burada bir sıra bina – 5 karvansaradan ibarət ticarət kompleksi, bazar meydanının tağlı eyvanı, məscid, zorxana və s. inşa edildi. Şəhərin ətrafına ikinci qala divarları çəkildi. Şamaxı darvazası, qala divarlarından xaricdə isə "Xəlfədam" adlı yaşayış məntəqəsi salındı.

XVIII–XIX əsrlər

[redaktə | mənbəni redaktə et]

XVIII əsrdə Bakının xanlıq mərkəzinə çevrilməsi ilə əlaqədar Şamaxı darvazasından İçərişəhərə daxil olan yerdə Xan sarayı tikildi. 1810-cu ildən etibarən İçərişəhərdən xaricdə tikinti işləri aparıldı, indiki İ. Səfərli küçəsi, hazırkı Azərbaycan prospekti, 1860-cı il dən sonra isə indiki İstiqlaliyyət küçəsi salındı. Kapitalizmin inkişafı ilə əla qədar XIX əsrin axırlarında Bakının mərkəzi rayonlarında əsaslı binalar tikildi. Şəhərin ərazisi Bakı buxtası boyunca, dəniz ətrafındakı dağlıq sahəyədək amfiteatr şəklində genişləndi.

  1. "Arxivlənmiş surət". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-12.
  2. "BUХАRА KАRVАNSARАYI" (az.)). icherisheher.gov.az. 2016-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  3. "Arxivlənmiş surət". 2018-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-22.