Meqaralı Evklid (yun. Εὐκλείδης ὁ Μεγαρεύς, m. ö. 450 – 360) — qədim yunan filosofu, Sokratın öyrəncisi, Meqara məktəbinin yaradıcısı. Diogenes Laertiusa görə, Aristippus üç hissədən ibarət olan “Liviyanın tarixi” və bir çox dialoqların müəllifi olmuşdur[3]. Evklid zamanımıza çatmayan dialoqların yazarı olmuşdur. Onun çoxlu tələbələri var idi.
Evklid | |
---|---|
yun. Ευκλείδης | |
Doğum tarixi | e. ə. 430-cu illər[1] və ya e. ə. 450-ci illər[2] |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 365 |
Elm sahəsi | fəlsəfə |
Tanınmış yetirmələri | Evbulides[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Euklides hesab edirdi ki, dünyada yalnız Xeyir vardır, ona Həqiqət, Ağıl, Tanrı da deyilir. İnsan həyatının ən yüksək məqsədi onu dərk etməkdir. Dünyadakı bütün başqa şeylər və olaylar əslində yoxdur, onların var olması aldadıcıdır. Bir olan Xeyri deyil, başqa xeyirləri axtaranlar hər zaman ziddiyyətlərlə qarşılaşırlar. Beləliklə, Euklidesə görə varlıq birdir[4].
Euklides həm də analogiyalarla (bənzər hallarla) nəyinsə haqqında qəti qərar verməyə qarşı çıxmışdır. Çünki, analogiya nə qədər hansısa olaya yaxın olsa belə, ondan fərqlənir və onun mahiyyətinə uyğun deyildir. Beləliklə, bir şey haqqında fikir yürütmək üçün bənzərinə deyil, o şeyin özünə müraciət edilməlidir[4].