XIRILDAMAQ

f.
1. Aydın olmayan, boğuq, tutqun səs çıxarmaq; xırıltı səsi çıxarmaq.
Ölmək ölməkdir, xırıldamaq nə deməkdir. (Məsəl).
[Dəli:] “uşaqları gözləyin, uşaqları gözləyin” deyə-deyə epileptik adamlar kimi yerə dəydi, xırıldayaraq yuxuya getdi. M.İbrahimov.
Əlyarovun üzgözü əyildi.
– Nəyi soruşum, nəyi öyrənim? – deyə xırıldadı. M.Hüseyn.
Zakir udqundu, özünə yad gələn boğuq, titrək bir səslə xırıldadı. H.Seyidbəyli.

2. bax xışıldamaq.
Qar xoş bir səda ilə xırıldayır. B.Bayramov.

XIRILDAMA
XIRILTI

Digər lüğətlərdə