XIRILTI

is. Boğulan, yaxud çətin nəfəs alan adamın boğazından çıxan spesifik səs; xır-xır səsi.
[Dərviş:] Qulağımıza xırıltı gəldi. A.Divanbəyoğlu.
[Məstan bəy] boğazındakı xırıltını rəf etmək üçün iki-üç dəfə öskürdü. B.Talıblı.
Onun sinəsindən qalxan odlu bağırtılar indi xırıltılara çevrilmişdi. H.Nəzərli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XIRILTI tutqunluq — boğuqluq — batıqlıq
XIRILDAMAQ
XIRILTILI

Digər lüğətlərdə