XƏBƏRDAR

sif. [ ər. xəbər və fars. …dar]
1. Bir işdən xəbəri, məlumatı olan, agah olan, məlumatlı.
Ol zalimi-bədxu, şuxisitəmkar; Zakirin halından deyil xəbərdar. Q.Zakir.
…Oturanların hamısı Məhəmməd Həsən əminin ziyarət qəsdindən xəbərdardılar. C.Məmmədquluzadə.

□ Xəbərdar etmək (eləmək) – məlumat vermək, əhvalatı bildirmək, çatdırmaq, agah etmək. Məni işdən xəbərdar et.
[Rəşid:] Əzizim, əhvalından məni tez-tez xəbərdar et ki, bəlkə mən də səbr edə biləm. İ.Musabəyov.
Nurəddin evlərinə qayıtdıqda Bahar onu əhvalatdan xəbərdar etdi. S.S.Axundov.

Xəbərdar olmaq – bir şey, hadisə haqqında məlumatı olmaq, agah olmaq, bilmək.
Yoxdur əhvalıma bir kəs ki xəbərdar olsun. S.Ə.Şirvani.
Bir-birinin əhvalından xəbərdar olandan sonra Bahadır çay tədarükü etdi. N.Nərimanov.
Şaqqulu işdən xəbərdar olub, həyətə girdi. Çəmənzəminli.

2. Əmr şəklində: xəbərdar! – ehtiyatlı olmağa çağırış.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XƏBƏRDAR XƏBƏRDAR (hər şeydən xəbəri olan) [Dovşan:] Dura bilmərəm, dadaş; Yanında var alabaş; Xəbərdaram işindən; Qurtarmaram dişindən (A
  • XƏBƏRDAR bələd — məlumatlı — bilikli — təcrübəli — səriştəli

Etimologiya

  • XƏBƏRDAR Xəbər ərəbcədir, dar isə farsca, hərfi mənası “xəbəri olmaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
XƏBƏRÇİLİK
XƏBƏRDAREDİCİ

Digər lüğətlərdə