XƏRƏK

is. [ fars. ]
1. Daş, qum və s. şeylər daşımaq üçün taxtadan və s.-dən düzəldilmiş alət. Xərəklə qum daşımaq.
– Dəmirov daş daşımaq üçün düzələn xərəyin bir başından, Qocaoğlu isə o biri başından yapışdı. S.Rəhimov.

// Xəstə, yaralı daşımaq üçün iki uzun dəstəyə bənd edilmiş parçadan ibarət alət.
Arazı doktorun müşayiətilə xərək üstündə ikinci palataya gətirib boş bir çarpayı üzərinə uzatdılar. A.Şaiq.
Beş dəqiqə çəkmədi ki, yaralını xərəyin üstündə gətirdilər. P.Makulu.

2. Yayla çalınan musiqi alətlərində simlərin altına qoyulan altlıq (taxta və s. parçası).

Omonimlər

  • XƏRƏK XƏRƏK I is. Əşyaları bir yerdən başqa yerə daşımaq üçün istifadə olunan alət. Həkim, cərrah kürsüsü, Maştağa, Hövsan yolu; Sanitar maşınları, bir xərə

Etimologiya

  • XƏRƏK Yeri şumlayanda, şumu suvaranda arada çiy qalmış yerə el arasında xərək deyirlər. Fin dilində xor sözü var və “adacıq” mənasında işlədilir
XƏRÇƏNGKİMİLƏR
XƏRƏNGƏ
OBASTAN VİKİ
Xərək
Xərək (nəqliyyat) — ən qədim yükdaşıma qaydalarından biri. Xərək (çörək bişirmə) – çörək bişirmə vasitələrindən biri.
Xərək (dəqiqləşdirmə)
Xərək (nəqliyyat) — ən qədim yükdaşıma qaydalarından biri. Xərək (çörək bişirmə) – çörək bişirmə vasitələrindən biri.
Xərək (nəqliyyat)
Xərək — ən qədim yükdaşıma qaydalarından biri. == Ümumi məlumat == Sadə yük nəqliyyatının ən bəsit forması iki nəfərin qüvvəsi ilə hərəkətə gətirilən xərək olmuşdur. Xərəyi düzəltmək ucun 1,8-2 m. Uzunluğunda paralel qoyulmuş ağacın arasına "törpü" adlanan xırda ağacları 30-40 sm. aralı ip və ya sıyrıq vasitəsi ilə bərkidir üzərinə yük yığaraq daşıyırlar. Belə xərəklərin xeyli təkmiləşdirilmiş formasından Azərbaycanda indi də istifadə edilir.

Digər lüğətlərdə

архаизи́рование астра́льный неврастени́чка необтёсанность обанкро́тить предопределя́ть стесни́ть утопле́ние фуля́р диабе́т застолби́ть затеня́ться прикрова́тный шхе́ры экзистенциали́ст defoaming extra-scientific kindling pipeline mode projectivity spear carrier studio light заблеять зарычать противостояние