XƏRAC

ə. vergi // keçmişdə: islam dövlətlərində müsəlman olmayan əhalidən alınan vergi; bac.

XƏRABİYYƏT
XƏRAXİR
OBASTAN VİKİ
Xərac
Xərac — orta əsrlərdə islam ölkələrində müsəlman əhalidən alınan əsas torpaq vergisi. "Mal", "mal-cəhət", "bəhrə" terminlərinin sinonimi olan xərac pul və ya natura formasında toplanırdı. Xəracın əsasən 2 forması olmuşdur: 1) müqasəma; 2) misah. Müqasəma istehsal olunan məhsulun müəyyən hissəsinin natura şəklində alınması idi. Misah isə ölçülmüş və xüsusi dəftərdə qeyd edilmiş əkin sahələrindən alınan vergiyə deyilirdi. XV yüzillikdən başlayaraq "xərac" termini aradan çıxmış və getdikcə malcəhət adlanmağa başlamışdır. Xərac bəzən bütün torpaq vergilərinin məcmusundan ibarət olmuşdur, O, Azərbaycanda orta əsrlərdə müsəlman əhalidən toplanan vergilərin təqribən 25 faizini təşkil etmişdir.
Xəracu
Xodacu və ya Xaracu — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanının Səracu / Saracu bəxşində yerləşən şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,458 nəfər və 361 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.

Digər lüğətlərdə