XALİSLİK
XAM
OBASTAN VİKİ
Daqo (xalq)
Daqo, dacu, daqu — Sudanda (Kordofan əyalətinin cənub qərbində və Darfur regionunun bir hissəsində) yaşayan xalq. Çadda 140 min nəfərdən, Sudanda 100 min nəfərdən artıq daqolu yaşayır. Onlar Nil-Saxara makro dil ailəsinin şərqi Sudan alt dil ailəsinin dacu kir-abbay dil ailəsinə daxil olan daqo (dacu) dilində danışırlar. Daqolar arasında ərəb dili də geniş yayılmışdır. Dini inamlarına görə onlar sünni müsəlmandırlar. Daqo xalqı XVII-XVIII əsrlərdə təşəkkül tapmışdır, məhz bu dövrdə bu xalq ilk dövlətini yaratmış və Darfur sultanlığının tərkibinə daxil olmuşdur. Daqoların əsas məşğuliyyəti heyvandarlıq (xüsusilə iribuynuzlu mal-qara və dəvəçilik), həmçinin dəmyə və suvarma əkinçilikdir. Onların məişətlərində süddən və tərəvəzdən hazırlanan yeməklər əsas yer tutur. Daqolar yığcam və böyük ailələr formasında icmalar halında təmsil olunurlar. Андрианов Б. В. Даго // Народы и религии мира / Глав.
Han (xalq)
Han və ya xan (çin. ənən. 漢族, sadə. 汉族, pinyin: hànzú, hərfi mənası: "xantzu", eləcə də çin. ənən. 漢人, sadə. 汉人, pinyin: hànrén, hərfi mənası: "xanjen") — çinlilərin özlərini verdikləri ad, Çinin və dünyanın ən böyük xalqı. Çində 50-dən artıq millət yaşayır və onların arasında ən böyüyü xanlar və xueylərdir. Bu iki xalqın ana dili Çin dilidir. 1 milyard 300 milyonun içərisində xanların sayı 200 milyondur.
Xalq
Xalq — müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanlar bir hüquq məkanında yaşayırlar, dövlət qarşısında eyni məsuliyyəti daşıyır. Yer kürəsində yaşayan bütün insanlar mənşəyinə görə eynidir. Lakin bütün insanlar ayrı-ayrı qruplara ayrılır ki, bu qruplar da xalq adlanır. Hər bir xalqın özünəməxsus mədəniyyəti, dili, dini, adət-ənənəsi, yaşayış tərzi, milli paltarları, folkloru, milli mətbəxi olur. Dünya əhalisi dilinə və başqa milli əlamətlərinə görə böyük və kiçik qruplara bölünür. Belə əhali qrupuna xalq deyilir. Xalq sözü bir neçə mənada işlədilir: Adi mənada - dövlətin, ölkənin əhalisi Elmi mənada - insanların tarixən dəyişməkdə olan bilgisi Dünyada sayca ən böyük xalq çinlilərdir. Onların sayı 1 milyarddan çoxdur. Xalq - insanların birliyinin tarixən qəbilə - tayfa birliyinin ardınca gələn və ibtidai icma qurluşunun xüsusi mülkiyyətçilik münasibətləri ilə əvəz edilməsi, siniflərin meydana gəməsi və inkişafı şəraitində müxtəlif tayfaların qovuşması, birləşməsi nəticəsində bərqərar olmuş formalardan biridir.
Kora (xalq)
Kora (isp. Cora) — Nayarit ştatının şərqindəki El-Nayar bələdiyyəsində, eləcə də qonşu Xalisko ştatının bəzi yaşayış məntəqələrində yaşayan qərbi-mərkəzi Meksikanın yerli etnik qrupudur. Koralar özlərini cəm halda náayarite adlandırırlar, náayari isə tək haldadır. Əslində Nayarit ştatının adı da buradan gəlir. 2000-ci il siyahıyaalınması göstərdi ki, bu gün bu xalqın təxminən 24.390 nümayəndəsi var. Valideynlərindən ən azı birinin Kora dilin daşıyıcısı olan bütün ailə üzvləri daxildir. Bu 24.000-dən bir az çox adamın 67%-i (təxminən 16357 nəfər) dilin daşıyıcılarıdır, 17%-i bu dildə danışmır, 16%-i isə ümumiyyətlə dil biliyi ilə bağlı məlumat verməkdən imtina edib. Kora Nayarit ştatının çətinkeçilən dağlıq ərazilərində və dərin yarğanlarında, həmçinin Xalisko, Duranqo və Zakatekas ştatları ilə sərhədboyunca yaşayırlar. 18-ci əsrin əvvəllərində onlar katolik missionerlərə öz ərazilərində yaşamasına icazə verməməklə bir növ məntiqsizlik nümayiş etdirirdilər. Kora onları əhatə edən çoxlu xristian-hinduları və İspan mədəniyyətinin yeganə dinsiz xalqlardan biri idi.
Lamet (xalq)
Lamet - Laos və Tailandda, Nantxa çayının hövzəsinin cənub hissəsində yaşayan mon-kxmer xalqı. Lamet dili Avstoasiya dilləri ailəsinin mon-kxmer qolunun palaunq - va qrupuna mənsubdur. Şərti olaraq dağ kxmerləri qrupuna daxildirlər. Bəzi mənbələrə əsasən lametlərin sayı 20 min nəfərə yaxındır. Lametlər arasında animizm, buddizm və ənənəvi dini inamlar geniş yayılmışdır. lametlərdə musiqi folkloru da inkişaf etmişdir. Lametlər primitiv əkinçilik üsulu olan kəsmə-yandırma əkinçilik, balıqçılıq, ovçuluq, yığıcılıq və sair təsərrüfüt fəaliyyəti ilə məşğuldurlar. * Чеснов Я. В. Ламет // Народы и религии мира / Глав. ред. В. А. Тишков.
Ləklər (xalq)
Ləklər — İran İslam Respublikasında İlam və Luristan ostanlarında kompakt halda yaşayan, dilləri Hind-Avropa dil ailəsinə daxil olan xalq. Kürd əsilli müəlliflər tərəfindən etnik məsubiyyət anlamında kürdlərə aid olunsalar da, dillərinə görə fərqlənirlər. Belə ki, lək dili lur dilinin dialekti hesab olunur. Türkiyədə Şeyxbizinlarca Ankarada danışılır 2000-ci ilə olan təxminə əsasən İran İslam Respublikasında sayları 1,000,000 nəfərdir .
Moğollar (xalq)
Moğollar (monq. могол) — Əfqanıstanda yaşayan monqol mənşəli kiçik xalq. Bir qismi monqol dilinin arxaik dialektində, qalanları isə dari dilində danışır. Dindarları müsəlmandır. Жуковская Н. Л. Моголы // Народы мира: Историко-этнографический справочник / Глав. ред. Ю. В. Бромлей; Институт этнографии АН СССР имени Н. Н. Миклухо-Маклая. — М.: Советская энциклопедия, 1988. — С. 305—306. Кисляков В. Н. Хазарейцы, аймаки, моголы (к вопросу об их происхождении и расселении) // Советская этнография.
Okanaqan (xalq)
Okanaqan və ya Okanoqan — ABŞ və Kanadanın sərhədində yaşayan xalq. Okanaqanlar özlərini syilks də adlandırırlar. Onlar ABŞ-də Vaşinqton ştatında, Britaniya Kolumbiyasında və Kanadada yaşayırlar. Okanaqan vadisi onların əsas yurd yeridir. Onlar Daxili selişlərin etnoloji və linqvistik qruppudurlar. Okanaqan Spokan, Sinkist, Nez-Perse, Pend-d’oreyl (kalispel), Şusvap (sekvepemk) və Nlakapamuk (tompson) xalqlarına yaxındır.
Piqme (xalq)
Piqmeylər — Mərkəzi Afrikanın ilk sakinlərindən biri olaraq qəbul edilən, hal-hazırda Ekvatorial Qvineyada yaşayan və 1,5 metri keçməyən boyları ilə "cırtdanboylu" deyə adlandırılan yerli qəbilə
Piqmey (xalq)
Piqmeylər — Mərkəzi Afrikanın ilk sakinlərindən biri olaraq qəbul edilən, hal-hazırda Ekvatorial Qvineyada yaşayan və 1,5 metri keçməyən boyları ilə "cırtdanboylu" deyə adlandırılan yerli qəbilə
Qacarlar (xalq)
Qacar tayfası (Qacar qəbiləsi; Qacar oymağı; Qacar soyu) — Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi). "An Ethnohistorical dictionary of the Russian and Soviet empires"-ə görə bu gün azərbaycanlıların İranın şimalında yaşayan sub-etnik qrupudur. Kompakt şəkildə Gorgan ostanının Sovar-Şaku şəhristanında və Mazandaran ostanının Xəzər-Cərib vadisində yaşıyırlar. Sayları 35 mindən çoxdur. Qacarların əcdadları XIII-XIV əsrlərdə Orta Asiyadan Ön Asiyaya köç etmişlər. Qacar hərbçiləri Səfəvilər dövlətinin hərbi dayağı olmuşlar. Qacarların əksər hissəsi şiə müsəlmanlar, az bir hissəsi isə sünnilərdir. Vadidə əkinçiliklə, dağlarda isə heyvandarlıqla (keçi və qoyun bəsləmənməsi) məşğul olurlar. Bir çox qacarlar şəhərlərdə yaşayırlar və yüksək sosial statusa malikdirlər. Qacarların əhəmiyyətli bir hissəsi farslar tərəfindən assimilə olunmuşdur.
Qalolar (xalq)
Qalolar - şimal-şərqi Hindistanda, xüsusilə Arunaçal-Pradeş ştatının Çanqlanq dairəsinin bir neçə ştatında, Yuxari Subansiri dairəsinin cənub-şərqində, Şərqi Sianq dairəsinin cənub-qərbində, Qərbi Sianq dairəsində yaşayırlar. 2001-ci il əhalinin siyahıyaalınmasına görə qaloların sayı 80 597 nəfər olmuşdur. Qalo dili Tibet-birma dil ailəsinin tani dil qrupuna aiddir. qaloların əksəriyyəti yerli ənənəvi animistik dini inamlara etiqad edirlər, son zamanlar onların əksəriyyəti xristian dininin davamçılarıdır. Qaloların ənənəvi məşğuliyyəti kəsmə-yandırma əkinçilik və müəyyən dərəcədə ovçuluq və yığıcılıqdır. Kənd təsərrüfatında bir neçə çəltik növü, taxıl (şimal rayonlarında) qarğıdalı, istiot və s. becərilməsi mühüm yer tutur, lakin qaloların yaşadıqları ərazilərin dağlıq relyefə malik olması təsərrüfat işlərinə müəyyən əngəllər törədir. Nyori, Tai (1993). History and Culture of the Adis, Omsons Publications, New Delhi-110 027. Post, Mark W. (2007).
Rus (xalq)
Qədim ruslar – qədim xalq (və ya sosial qrup). Müasir rusların ilk əcdadları. Onlar skandinav, türk və slavyanların qarışmasından yaranmışlar Şərq slavyanlarının ilk dövləti olan Rus dövlətinın (müasir elmi ədəbiyyatda Kiyev Rus dövləti) adı bu xalq ilə bağlıdır. Qədim Rus dövlətinin qurucuları olmuşlar. Entnik mənsubiyyətləri mübahisəlidir. Tarixçilərin əksəriyyəti onların varyaqlar (vikinqlər) olduğunu düşünür. Bəzi rus tarixçilər isə slavyan xalqlarından biri hesab edirlər. Dəfələrlə peçeneqlər və başqa türk tayfaları ilə vuruşmuş, Bizansa, İdil bulqarlarına, Xəzər xaqanlığına və Qafqaz ərazisinə uzaq səfər yürüşləri etmişlər.
Venda (xalq)
Venda — Cənubi Afrika Respublikasının şimalında Zimbabve ilə sərhəddə yaşayan xalq. Venda xalqının sayı təxminən 600 min nəfərdən 1 milyon nəfərədəkdir . Venda dili Cənubi Afrika Respublikasının rəsmi dillərindən biri olan bantu dilləri ailəsinə aiddir. Venda xalqı bəzi mülahizələrə görə Konqo meşələri adlanan ərazidən, bəzi mülahizələrə görə Böyük Rif vadisində, Limpopo çayı sahillərində məskunlaşan bantuların köçürülməsi zamanı bu əraziyə gəlmişlər. 1973-1994-cü illərdə venda bandustanı mövcud olmuşdur. Əfsanəyə görə venda knyazları öz xalqını Zimbabvedən Şimali Transvaala (idiki Cənubi Afrika Respublikasının Limpopo vilayəti) gətirən əfsanəvi qəhrəman Toxo ya Ndoyun nəslindəndirlər. Paytaxtın əsasını qoyduqdan sonra o, Fundizi gölündə itmişdir, əfsanəyə görə o, bu gün də həmin göldə yaşayır.
Xalq Bank
Xalq Bank (Azərbaycan) — Azərbaycanda fəaliyyət göstərən bank. Xalqbank (Türkiyə) — Türkiyədə fəaliyyət göstərən dövlət bankı.
Xalq Musiqisi
Xalq musiqisi (folk-musiqi) — bir xalqın özünəməxsus musiqisi. Xalq musiqisi uzun illər boyu xalq arasında yaranır, əsasən mahnı və rəqs formasında nəsildən-nəsilə ötürülür.
Xalq artisti
Xalq artisti — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycan Respublikasında mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilən fəxri ad. "Xalq artisti" fəxri adı müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli bədii obrazlar, tamaşalar, kinofilmlər və musiqi əsərləri yaratmağa, incəsənətin inkişafında kadrlar hazırlamaqda və tərbiyə etməkdə böyük xidmətlərinə görə əvvəllər "əməkdar artist" və ya "əməkdar incəsənət xadimi" adına layiq görülmüş teatr, filarmoniya, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına verilir.
Xalq rəssamı
Xalq rəssamı — SSRİ-yə daxil olan bəzi müttəfiq respublikalarda, hal-hazırda isə bəzi keçmiş sovet respublikaları ilə yanaşı, Azərbaycan Respublikasında verilən fəxri ad. "Xalq rəssamı" fəxri adı əvvəllər əməkdar rəssam fəxri adına layiq görülmüş rəngkarlara, heykəltaraşlara, qrafiklərə, dekorativ-tətbiqi sənət rəssamlarına, müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli sənət əsərləri yaratmağa, Azərbaycan təsviri sənətinin inkişafında, kadrların hazırlanmasında və tərbiyə edilməsində böyük xidmətlərinə görə verilir.
Xalq tribunu
Xalq tribunları (plebey tribunları) (lat. tribuni plebis) — Qədim Romada plebeylərdən (e.ə. 494 ildən) seçilən vəzifəli şəxslər. Xalq tribunları plebeylərin hüquqlarını müdafiə edir və onların xeyrinə qanunlar həyata keçirirdilər. Onlar magistrat və senatın qərarlarını ləğv etmək hüququna malik idilər. Tribunların şəxsiyyəti toxunulmaz və müqəddəs hesab edilirdi. İmperiya dövründə xalq tribunları əslində real əhəmiyyətlərini itirdilər.
Xalq təbabəti
Xalq təbabəti (lat. medicina gentilitia) — xalq arasında xəstəliklərin müalicəsi üsulları və vasitələri haqqında bilikləri nəsildən-nəslə keçirilərək yaşadan qeyri-ənənəvi təbabət forması. Elmi təbabətdən fərqli olaraq xalq təbabətinin müalicə vasitələri nəzəri şərtlərə əsaslanmır. Həmin məlumatlat nəsildən-nəsilə şifahi yolla keçərək xalqın adət-ənənələrində, zərb məsəllərində, rəvayətlərdə öz əksini tapmış, bir sıra yazılı mənbələrdə toplanmışdır. İbtidai insan lar sınıqları müalicə etməyi, çıxmış oynağı yerinə salmağı, sarğı qoymağı bacarırdılar; ağrıkəsici bitkilərin (məs: xaşxaş) xüsusiyyətlərini bilirdilər, günəş şüalarının, suyun şəfaverici əhəmiyyətini başa düşürdülər. Xəstələnmənin qarşısını almaq üçün ildə bir dəfə qan alardılar, nəfəs yolları xəstəliklərində, mədə-bağırsaq spazmasında və meteorizm də razyana çayı, öskürəkdə heyva toxumu dəmləyib içərdilər. Soyuqdəymədə moruqdan, qanazlığında çiyələkdən, mədə-bağırsaq xəstəliklərində baldan və s.-dən istifadə edərdilər. Azərbaycan Sovet Ensiklopediyası (1987) 10.
Xalq təqvimi
Xalq təqvimi - rəsmiyyəti olmayan və müəyyən bir bölgəyə xas olan ya da ümumi qəbul edilməyən təqvim. Bir bölgədə yaşayan birliklərin ənənəvi mədəni irs olaraq nəsildən nəslə köçürdüyü təbiət hadisələrinə söykənən təcrübələri və uzun davamlı təcrübələrə söykənən tarixi, etik, dini, mifoloji, əkinçilik işarələrin zamanın keçişini və müəyyən dövrlərini xatırlatma vəzifəsini həyata keçirdiyi rəsmi olmayan, şifahi ənənəyə əsaslanan zaman hissələmə vasitəsidir. Xalq təqvimi (yerli təqvim) istifadə edildiyi bölgədə ümumi bir qəbul görər; hətta bəzən rəsmi təqvimdən daha məşhurdur. Ancaq, günümüzdəki şəhərləşmə və artan texnologiya xalq təqvimlərini ikinci plana atmışdır və ictimai mənada istifadə nisbətləri get-gedə düşür. Xalq təqvimi rəsmi təqvimlərdən daha fərqli olaraq ili, ayları və günləri başqa bir şəkildə hissələrə ayırar və fərqli anlayışlarla adlandırır. Bəzən, kimi təbii hadisələr, əkinçilik anlayışlar bunda təyin edici olar. Bəzən bu təqvimləri bir qisimi və ya bütünü rəsmi təqvim statusuna çata bilər. Məsələn günümüzdəki Türkiyə təqvimində iştirak edən bəzi ay adları xalq təqvimlərində alınmışdır; Ocaq (yanvar), Əkim (oktyabr)... Türk xalq təqvimi, hamısında ortaq bir anlayış olaraq gün dönümü əsasına görə yaradılır. Bugünki təqvim anlayışının əksinə ortalama doqquz gün geridən gələn ay başlanğıcları var.
Xalq yazıçısı
Xalq yazıçısı — SSRİ-yə daxil olan əksər müttəfiq respublikalarda, hal-hazırda isə bəzi keçmiş sovet respublikaları ilə yanaşı, Azərbaycan Respublikasında verilən fəxri ad.
Xalq şairi
Azərbaycan Respublikasının xalq şairi — Azərbaycan poeziyasının inkişafında böyük xidmətlərinə, xalqın böyük rəğbətini qazanmış yüksək ideyalı və bədii cəhətdən dəyərli ədəbi əsərlər yaratmağa görə şairlərə verilən fəxri ad.
Xan (xalq)
Han və ya xan (çin. ənən. 漢族, sadə. 汉族, pinyin: hànzú, hərfi mənası: "xantzu", eləcə də çin. ənən. 漢人, sadə. 汉人, pinyin: hànrén, hərfi mənası: "xanjen") — çinlilərin özlərini verdikləri ad, Çinin və dünyanın ən böyük xalqı. Çində 50-dən artıq millət yaşayır və onların arasında ən böyüyü xanlar və xueylərdir. Bu iki xalqın ana dili Çin dilidir. 1 milyard 300 milyonun içərisində xanların sayı 200 milyondur.
Xarari (xalq)
Harari - Efiopiya ərazisində yaşayan iri xalqlardan biri. Hararilərin sayı təxminən 40 min nəfərə yaxındır. Onların əksəriyyəti dini baxışlarına görə sünni müsəlmandırlar. Etnik cəhətdən Arqobba xalqına yaxındırlar. Hararilər arasında harari, ərəb və amhar dilləri geniş yayılmışdır. Hararilər əsas etibarı ilə Afraziya dil ailəsinin sami qrupuna aiddirlər. Hararilərin əksəriyyəti, demək olar ki, şəhərlərdə yaşayırlar. Onların məskunlaşdıqları əsas yaşayış məntəqələri aşağıdakılardır. Harar, Əddis-Əbəbə, Dıre-Daua və sair. Əhalinin əksəriyyətinin əsas məşğuliyyəti sənətkarlıq və ticarətdir.
Cumhuriyyət Xalq Partiyası
Cümhuriyyət Xalq Partiyası (türk. Cumhuriyet Halk Partisi) — 9 sentyabr 1923-cü ildə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiyadır. Partiyanın nizamnaməsinə görə, onun rəsmi abreviaturası “CHP”dir. Onun simvolu Altı Oxdur. Türkiyə Böyük Millət Məclisində 133 deputatla ana müxalifəti təmsil edən partiyadır. Onun sədri Özgür Özəl. 22 may 2010-cu il tarixində CXP-nin XXXIII qurultayında CXP sədri Kamal Kılıçdaroğlu seçilmişdir. Onun namizədliyini 1200 qurultay nümayəndəsi dəstəkləmişdir ki, bu da CXP üçün rekord rəqəmdir. Qurultaydan əvvəl mətbuatın dili ilə ona "Qandi Kamal" (türk. Gandi Kemal) ləqəbi verilmişdir.
Cümhruriyyət xalq partiyası

Cümhuriyyət Xalq Firqəsi

Cümhuriyyət Xalq Partiyası (Türkiyə)

Cənubi Qafqaz xalqları
Cənubi Qafqaz xalqları Cənubi Qafqaz dillərində danışan xalqlardır. Gürcülər, minqrellər, lazlar və svanlar bu qrupun indiki nümayəndələridir.
D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu

Dağıstan Respublikası Xalq Məclisi
Dağıstan Respublikası Xalq Məclisi— Dağıstan Xalq Məclisi, Dağıstan Respublikasının qanunverici orqanıdır. 1995-ci ildə Ali Şuranın rəhbəri oldu. Milli Məclis 90 deputatdan ibarətdir. Gizli səsvermə və ümumi səsvermə yolu ilə beş il müddətinə seçilirlər. Nazirlər Şurasının sədri, Milli Məclisin razılığı ilə Dövlət Şurası tərəfindən təyin edilir. Bu səbəbdən, Dağıstan hökuməti həm Dövlət Şurası, həm də Xalq Məclisi qarşısında məsuldur və hesabat verir. Hazırkı sədr, Dağıstan Dövlət Şurasının keçmiş sədri Maqomedali Maqomedovun oğlu Maqomedsalam Maqomedovu əvəz edən Xizri Şıxsaydovdur.
Dağıstan xalqları
Dağıstan xalqları Ağullar Axaxlar Andilər Arçinlər Avarlar Baqullar Bejtilər Botlixlər Çamalalılar Çeçenlər — kompakt şəkildə Xasavyurt və Novolak rayonlarında yaşayırlar. Dargilər Ginuxlar Hunzeblər Xvarşinlər Karatinlər Qodoberilər Laklar Ləzgilər Rutullar Saxurlar Sezlər Tabasaranlılar Tindallar Azərbaycanlılar — kompakt şəkildə Dərbənd (58,1%), Tabasaran (19%), Rutul (4%) və Qızılyar (3 %) rayonlarında yaşayırlar.
Dağıstanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi
Dağıstanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi — Dağıstanın Azərbaycanla birləşmək uğrunda mübarizəsi. 1919-cu il aprelin əvvəlində Denikinin Könüllü ordusu Terek vilayətinin işğalını əsasən başa çatdırdı. Bundan sonra Dağıstanda Dağlılar Respublikasından ayrılıb Azərbaycana birləşmək ideyası sürətlə yayılmağa başladı. Dağıstanın ictimai xadimləri Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasındakı diplomatik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevə müraciətlər edərək, bu haqda Azərbaycan hökumətinin prinsipial razılıq verməsini xahiş etdilər. Haqverdiyevin aprelin 15-də xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi məlumatda bildirilirdi ki, Dağıstanın 10 dairəsindən 4-ü açıq şəkildə Azərbaycana birləşmək tərəfdarıdır, qalanları isə gizlicə bunu arzu edirlər. Dağıstanlı zabitlər, o cümlədən Dağlı Respublikasında hərbi nazirin müavini olmuş general H.M.Xəlilov da bu mövqedən çıxış edirdilər. Könüllü ordunun cənuba doğru irəliləməsi ilə əlaqədar Dağıstanda Azərbaycanla birləşmək tərəfdarları sürətlə artırdı. Kürə, Qaytaq, Tabasaran, Avar və Dərbənd bölgələrini təmsil edən nümayəndələr tarixən, həm də iqtisadi cəhətdən Azərbaycanla sıx bağlı olduqlarını bildirir və siyasi ittifaq yaradılmasını zəruri sayırdılar. Aprelin 29-da Dağıstanın Azərbaycana birləşdirilməsi məsələsi Dağlılar Respublikası parlamenti üzvlərinin, zabitlərinin, ruhanilərinin və ziyalılarının birgə iclasında müzakirə edildi. Zabitlər Könüllü orduya qarşı mübarizənin davam etdirilməsini və hərbi əməliyyatlar başa çatdıqdan sonra Dağıstanla Azərbaycanın federasiya və ya konfederasiya formasında birləşməsini təklif etdilər.
Donetsk Xalq Respublikası
Donetsk Xalq Respublikası (rus. Донецкая народная республика, ukr. Донецька народна республіка, qısaca DXR) — 2014-cü ilin aprelində Donetsk vilayətinin daxilində, Ukraynada "Avromeydan" nəticəsində hökm sürən hakimiyyət əleyhdarlarıyla elan edilmiş separatist, tanınmayan dövlət. Bu addımın səbəbləri: [neytrallıq?] Regionun əhalisi ilə konstruktiv dialoq aparmağa Kiyev rəhbərliyinin rədd cavabı; Əhalinin maraqları və tələbatları nəzərə alınmaması; Yerli əhalinin Kiyev hökumətinin legitimliyini tanımaması. Rusiyanın böyük ölçülü təsiri. Bir sıra mənbələrin fikrincə, 2014-cü ilin iyun ayının əvvəlinə Donetsk vilayətinin ərazisinin üçdə biri Donetsk Xalq Respublikası nəzarəti altındadır.
Doğma Xalqıma (1954)
Doğma xalqıma (rus. Родному народу) — "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş bədii-sənədli film. Film-konsert janrında çəkilmiş film incəsənət ustalarının Azərbaycan Respublikası zəhmətkşlərinə yaradıcılıq hesabatıdır. Bəstəkarlardan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov və Əfrasiyab Bədəlbəylinin əsərləri, "Koroğlu" və "Nərgiz" operalarından, "Yeddi gözəl", "Qız qalası", "Gülşən" baletlərindən fraqmentlər, xalq yaradıcılığı nümunələri filmə daxil edilmişdir. "Doğma xalqıma" ilk rəngli Azərbaycan bədii-sənədli filmidir. Filmin bəzi səhnələri tamamilə ağ-qara çəkilmişdir. Ssenari müəllifi: Həsən Seyidbəyli Quruluşçu rejissor: Yan Frid, Hüseyn Seyidzadə Baş operator: Əlisəttar Atakişiyev Operator: Xan Babayev, Teyyub Axundov Rəssam: Cəbrayıl Əzimov, Elbəy Rzaquliyev, A. Freyd Səs operatoru: Ağahüseyn Kərimov Bəstəkar: Niyazi Dirijor: Niyazi Musiqi redaktoru: Niyazi Baletmeyster: Qəmər Almaszadə Rejissor: Şua Şeyxov Rejissor assistenti: Məmməd Əlili, Əlisəttar Məlikov Filmin direktoru: Bəşir Quliyev Əsərlərindən istifadə edilən bəstəkar: Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov, Əfrasiyab Bədəlbəyli Bülbül — özü; Koroğlu Rəşid Behbudov — özü Qəmər Almaszadə Ağababa Bünyadzadə — Həsən xan Leyla Vəkilova Rəfiqə Axundova — gözəl Maqsud Məmmədov — özü Sona Aslanova — Nigar Azad Əliyev Nəcibə Məlikova — gəlin Əfrasiyab Məmmədov — təzəbəy Həsənağa Salayev — Koroğlunun dəlisi Əli Qurbanov — dənizçi Kazım Həsənov — vəzir Şövkət Ələkbərova — özü Məmmədsadıq Nuriyev — vəzir Kamil Qubuşov — ccəllad Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Doğma xalqıma (film, 1954)

Durnam (xalq mahnısı)
Xalq mahnısı daha çox Azərbaycan SSR xalq artisti Hacıbaba Hüseynovun özünəməxsus tərzdə ifasıyla məşhurlaşmışdır. Sonralar mahnını Alim Qasımov, Səxavət Məmmədov, Təyyar Bayramov kimi məşhur xanəndələr ifa etmişdir. Dilbər telin daramı, (bəzən: Qara telin daramı) Yoxdur könlüm aramı! (bəzən: Yoxdur könül aramı!) Sən ki, təbib deyildin, Neyçün açdın yaramı? Durnam! Sən haralısan sormam, (bəzən: sorma!) Mən buralarda durmam! Gedəlisən aslan yarım, (bəzən: əsmər yarım) Gəl sinəm üstə, Durnam! Yaralı Durnam! Qarpız kəsdim yeyən yox, Vallah dərdim bilən yox! (bəzən: dərdimi) Yarım mənlə barışıb, (bəzən: Mən yarımla barışdım) Gözün aydın deyən yox!
Dünya xalqları ədalətliləri
"Dünya xalqları ədalətliləri" və ya "Beynəlxalq ədalətlilər" (ivr. ‏חסידי אומות העולם‏‎) — 1951-ci il "Holokost xatirəsi haqqında İsrail qanunu”na əsasən, Avropanın nasistlər tərəfindən işğalı zamanı və "Holokost” illərində öz həyatlarını təhlükəyə ataraq minlərlə yəhudini xilas etmiş qeyri-yəhudilərə verilən fəxri addır. 1963-cü ildən etibarən İsrail Ali Məhkəməsi hakiminin rəhbərlik etdiyi komissiya "Beynəlxalq ədalətlilər"in mükafatlandırılması vəzifəsini həyata keçirir. Bu ada layiq görülən şəxs, üzərində adının qeyd olunduğu medalla mükafatlandırılır, həmçinin, adı Qüdsdə yerləşən "Yad va-Şem" muzeyinin ərazisində yerləşən "Ədalətlilər bağçası”nın Şərəf Lövhəsində həkk olunur. Əgər həmin şəxs vəfat edibsə, onun yaxın qohumu bu adı ölən insanın xatirəsinə əldə etmək üçün dövlətə müraciət etməlidir. Bu ada layiq görülən şəxslərin sırasında İsrail dövlətində yaşamağı seçənlərə orta əmək haqqı miqdarında təqaüd və sağlamlıq sığortası, həmçinin, ev və ehtiyac olan zaman tibbi dəstəklə də təmin olunur. Faciə və qəhrəmanlıq İnstitutu "Yad va-Şem" 1 yanvar 2016-cı il tarixində 51 ölkədən 26.119 nəfər insanı "Dünya xalqlarının mömini" kimi təsdiq edib. Yəhudilərə yardım böyük cəsarət və fədakarlıq tələb edirdi. Nasistlər yəhudiləri qoruyan və onları gizlədən bütün şəxsləri ölümlə təhdid edirdilər. Yəhudilərə kömək edənlərə verilən cəzalar ölkələr üzrə bir-birindən fərqlənirdi.
Erməni xalq hərəkatı
Erməni xalq hərəkatı (erm. Հայոց Համազգային Շարժում (ՀՀՇ), ing. Pan-Armenian National Movement) – erməni radikal millətçi təşkilatı. 15 iyun 1980-ci ildə Afinada (Yunanıstan) təsis olunub. Dünyanın bir neçə ölkəsində nümayəndəlikləri var. Erməni terror təşkilatlarını və ASALA-nı dəstəkləyir. Təşkilat bir çox ölkələrdə sərgilər, elmi konfranslar, miting yürüş və piketlər təşkil etmişdir. Təşkilatın bir sıra aksiyaları həbsdə olan erməni terrorçularını dəstəkləməyə və onları "siyasi məhbus" kimi təqdim edib azadlıqa buraxılmasına nail olmağa hesablanmışdı. 1985-ci ildə Afinada təşkilat uydurma erməni soyqırımının 70-ci ildönümünə həsr olunmuş konfrans təşkil edir. Erməni xalq hərəkatı Qarabağdakı separatçılara maliyyə yardımının göstərilməsində, onları dünyaya tanıtmaqda aktiv iştrak edir.
Han xalqı
Han və ya xan (çin. ənən. 漢族, sadə. 汉族, pinyin: hànzú, hərfi mənası: "xantzu", eləcə də çin. ənən. 漢人, sadə. 汉人, pinyin: hànrén, hərfi mənası: "xanjen") — çinlilərin özlərini verdikləri ad, Çinin və dünyanın ən böyük xalqı. Çində 50-dən artıq millət yaşayır və onların arasında ən böyüyü xanlar və xueylərdir. Bu iki xalqın ana dili Çin dilidir. 1 milyard 300 milyonun içərisində xanların sayı 200 milyondur.
Harari xalqı
Harari - Efiopiya ərazisində yaşayan iri xalqlardan biri. Hararilərin sayı təxminən 40 min nəfərə yaxındır. Onların əksəriyyəti dini baxışlarına görə sünni müsəlmandırlar. Etnik cəhətdən Arqobba xalqına yaxındırlar. Hararilər arasında harari, ərəb və amhar dilləri geniş yayılmışdır. Hararilər əsas etibarı ilə Afraziya dil ailəsinin sami qrupuna aiddirlər. Hararilərin əksəriyyəti, demək olar ki, şəhərlərdə yaşayırlar. Onların məskunlaşdıqları əsas yaşayış məntəqələri aşağıdakılardır. Harar, Əddis-Əbəbə, Dıre-Daua və sair. Əhalinin əksəriyyətinin əsas məşğuliyyəti sənətkarlıq və ticarətdir.
Hind-Avropa xalqları
Hind-Avropa xalqları Avrasiyanın bütün ərazilərində yaşamış və müxtəlif dövrlərdə sivil dünyada məskunlaşmış köçəri xalqlardırlar. Aralarında eyni dilin differensiasiyalaşması yolu ilə əmələ gəldiyi düşünülən (beləliklə, bu dillərin strukturları eynidir, lakin bir-birlərinin nitqini başa düşə bilmirlər) linqvistik qohumluğun mövcudluğundan və eyni həyat tərzini yaşamalarından başqa bu xalqların arasında heç bir vəhdət yoxdur. Bu xalqlar basqınları zamanı fəth etdikləri cəmiyyətlər üstündə, əgər onlar sivilizasiyalı cəmiyyətlər olmuşdularsa, onların sivilizasiyalarını və mədəniyyətlərini mənimsəyərək, ibtidai icma səviyyəsindəki cəmiyyətlər isə sivilizasiyalı cəmiyyətə çatacaq sinfi cəmiyyəti yaradaraq hakim sinfi formalaşdırdıqları üçün cəmiyyətlərə və kütlələrə öz dillərini tətbiq etdirmişdirlər. Fin, Eston, Macar və Bask dillərindən başqa bütün Avropa dillərinin onlara Avropaya gətirdikləri dillər olduğu və İran ilə Hind dillərinində eyni struktura malik olan dillər olduğu nəzərə alındığından, bu dillər ailəsinə Hind-Avropa dilləri və tarixdə bu dillərdə danışan xalqlara isə Hind-Avropa xalqları deyilir. Bununla belə, bəzi tədqiqatçılar Hind-Avropa dilləri və tayfaları nəzəriyyəsinin qeyri-kafi və qeyri-müəyyən olduğunu iddia edir və bu birləşmənin digər etnik dil ailələrindən müstəqil olmadığını, əksinə, həmin ailələrdən ayrılaraq inkişaf etdiyini iddia edirlər və beləliklə, onlar hesab edirlər ki, Hind-Avropa nəzəriyyəsi yenidən nəzərdən keçirilməlidir.
Hindistan Xalq Partiyası
Hindistan xalqları
Müasir dövrdə Hindistanın еtnik tərkibi bir nеçə yüz xalqdаn ibarətdir. Bu ölkədə аdivаsi, аkhа, аnqаm, аdаmаn, аpаtаni, аssаm, bаdаqа, bаyqа, bаlti, bеnqаl, bihаri, bоndо, burişi, bhili, bhоtiyа, bhutiyа, qоnd, qucаrаti, qucаri, dаrdı, cаrаvаrа, cаt, cuаnq, dоqrа, kаnnаrа, kristаnqi, khаsi, khаsı, khоndi, lаdаkhi, lеpçа, lisu, lоbа, mаqаri, mаlаyаli, mаlеr, mаnipuri, mаrаthi, minаrо, mоnpа, nаqа, оnqе, оrаоn, оriyа, pəncаbi, pаrs, pаhаri, rаcаstаni, rаcputi, rаi, sаvаrа, sаntаli, sеntinеli, sеrаiki, siddi, siqhi, sindhi, tаmаnqi, tаmil, tеluqu, tоdа, tripurа, hindustаni, hо, çаkmа, şеrp və s. хаlqlаr yаşаyır. Hindistan xalqları arasında sаycа ən çохu hindi, tеluqi, mаrаthа, bеnqаl, qucаrаt, kаnnаrа, pəncаblаr və bаşqа xalqlardır. Hindlilərin bir еtnоs kimi fоrmаlаşmаsındа farslar, ərəblər, türklər, əfqanlar, ingilislər iştirak etmişlər. Hindistan xalqlarının və irqi elementlərinin təsviri kifayət qədər mürəkkəb məsələdir. Bura daim dünyanın müxtəlif yerlərindən gələn fərqli etnosların qovuşduğu, qarşılaşdığı ərazi olmuş, bu prosesdə müharibələr, təqib, iqtisadi faktorlar mühüm rol oynamışdır. Fərqli irqi xüsusiyyətlərə malik etnoslar burada məskunlaşmış, qaynayıb-qarışmış, bu qarışıqlardan lokal xüsusiyyətlərə malik xalqlar yaranmış, Hindistanda rəngarəng insan cəmiyyətinin formalaşmasına gətirib çıxarmışdır. İngilis alimi Risley 1890-cı ildə elmi əsasda, yəni antropolometrik texnika ilə Hindistan xalqlarının irqi təsnifatını aparmışdır. O, 1901-ci ildə ingilis müstəmləkə hökuməti tərəfindən əhalinin siyahıya alınması komissiyasına rəhbər təyin olunmuşdur.
Huey xalqı
Hueylər, Huey xalqı (çin. sadə. 回族, pinyin: Huízú) — Çin Xalq Respublikasında rəsmi olaraq tanınan 55 etnik azlıqdan biri. Onlar çinlilərlə eyni milləti təşkil edir, bir dildə danışır, eyni tip yazıdan istifadə edirlər. Onların başqa bir xüsusiyyəti də müsəlman olsalar belə, ərəb adları deyil, Çin adlarından istifadə etmələridir. Tək fərq onların İslam dininə sitayiş etmələri, nəticədə də məişət və gündəlik həyatda buna uyğun dəyişikliklərdir. Onlar Çin deyil, İslam mədəniyyətinin daşıyıcıları hesab olunurlar. Huey-szılar Çinin tarixində də fəal şəkildə iştirak etmiş, Tszin sülaləsi zamanı baş vermiş dunqan-uyğur (1862-1877) üsyanında hakimiyyətlə mübarizədə aktiv surətdə döyüşmüşlər. XX əsrdə Çində baş vermiş hadisələrdə də iştirak edərək, kommunistlərə qoşulmuşdurlar. Xuey-tszular Çinin şimalındakı Ninsya-Xuey muxtar rayonunu əhalisinin böyük əksəriyyətini təşkil edirlər.
Hərbi məhkəmə (Azərbaycan Xalq Cümhuriyyəti)
Hərbi məhkəmə — Azərbaycan Xalq Cümhuriyyəti ordusu tərkibində məhkəmə işlərinə baxan ədliyyə orqanı. İlk dəfə Nazirlər Şurasının 1918-ci il 5 dekabr tarixli qərarı ilə Gəncə (Yelizavetpol) dairə məhkəməsinin nəzdində yaradılmışdı; tərkibinə sədr, iki üzv, prokuror, prokuror müavini və başqa şəxslər daxil idilər. Sonradan hərbi məhkəmə strukturu və səlahiyyətləri daha da genişləndirilməklə müstəqil quruma çevrildi. 1919-cu il yanvarın 12-də general-mayor Dubrovski hərbi məhkəmənin sədri təsdiq edildi. Hərbi məhkəmənin sədri hərbi nazirin təqdimatı əsasında Nazirlər Şurası tərəfindən təsdiq edilir və nazirin əmri ilə bütün orduya elan olunurdu. 1919-cu il iyulun 14-də general-mayor Dubrovski hərbi nazirliyin hərbi ədliyyə hissəsinin rəisi təyin edildiyindən, hərbi məhkəmənin rəisi vəzifəsinə Teymur bəy Makinski təyin olundu. Azərbaycanda baş hərbi məhkəmə təsis edildikdən sonra hərbi dairə məhkəmələrinin qərarlarına kassasiya qaydasında şikayət verilməsi ləğv olundu. Hərbi məhkəmə haqqında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 14 aprel tarixli qanununa əsasən, belə şikayətlər birbaşa hərbi nazirin özünə verilə bilərdi. Hərbi məhkəmlərin qərarlarının icrası ilə bağlı hərbi nazirin geniş səlahiyyətləri var idi. O, məhkəmə işinin yenidən və yeni heyət tərəfindən aparılmasına qərar verə bilər, təyin edilmiş cəzaları dəyişdirə və yügülləşdirə bilərdi.

Digər lüğətlərdə