1. Hökmdar, sultan, başçı.
2. Bax: xonkar. (“Koroğlu” dastanının lüğəti)
Dastanlarda xonkar, xodkar, xudkar şəklində də işlənir. Bax: xonkar.
Koroğlu, məni xotkar sənin yanına göndərib. Bəsdir bu qədər xotkara düşmən oldun. İstəyirəm xotkarla səni barışdıram. Xotkar deyir, o mənim böyük oğlum, Bürcü Sultan kiçik oğlum. (“Hasan paşanın Çənlibelə gəlməyi”)
*
Bu tərəfdən də xotkar bütün paşalara, qoşun böyüklərinə fərman göndərmişdi ki, kim Koroğlunun ya özünü, ya da başını gətirsə, onu dünya malından qəni edəcək. (“Koroğlunun Ərzurum səfəri”)
*
Baş əymərəm xotkar yazan fərmana,
Gələrsən əlimdən axır amana,
Koroğluyam, nərəm çıxar asmana,
Qoşun qaçar dörd bir yana, əfəndim!
(“Hasan paşanın Çənlibelə gəlməyi”)
*
Vuram xotkar, tutam paşa,
Xanlar məndən çəkə haşa.
Bu dövranım vara başa,
Sönməyən çırağım ola!..
(“Qulun qaçmağı”)