XƏSİS

sif. Simic, ifrat dərəcədə qənaətcil, pul xərcləməkdən hər vasitə ilə çəkinən.
[Qulu:] Allah pulu götürüb belə xəsisə verir ki, sandığa qoyub gecə-gündüz keşiyini çəkir. S.S.Axundov.
Olursunuz, duman olun, sis olmayın; Nədə xəsis olsanız da; Sevgidə xəsis olmayın! B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XƏSİS XƏSİS, SİMİC O yaxşı bilirdi ki, Feliçe xəsis deyil, onun simic adamlardan zəhləsi gedir (H.Abbaszadə); BƏXİL (kl
  • XƏSİS simic — dargöz — acgöz — tamahkar

Antonimlər (əks mənalı sözlər)

  • XƏSİS XƏSİS – BƏDXƏRC Xəsisdən alınan yumurtanın sarısı olmaz (Ata. sözü); Bədxərcdir, ona pul vermək olmaz
XƏSİLLİK
XƏSİSCƏSİNƏ
OBASTAN VİKİ
Xəsis (komediya)
Xəsis (fr. L'Avare) — məşhur fransız dramaturqu Molyerin komediya janrında yazdığı beş pərdəli əsəridir. İlk dəfə 1668-ci ildə Pale-Royal teatrında səhnələndirilmişdir. Əsərin məzmunu Plavtın "Aulularia" pyesindən ilhamlanaraq alınmışdır. == Personajlar == Harpaqon (fr. Harpagon) — Kleant və Elisin atası, Mariana aşiq Kleant (fr. Cléante) — Harpaqonun oğlu və Marianın sevgilisi Elis (fr. Élise) — Harpaqonun qızı və Valerin sevgilisi Valer (fr. Valère) — Anselmin oğlu və Elisin sevgilisi Marian (fr. Mariane) — Kleantın sevgilisi və Harpaqonun sevdiyi Anselm (fr.
Xəsis (pyes)

Sərgüzəşti Mərdi-Xəsis
Sərgüzəşti mərdi-xəsis və ya Hacı Qara — 1850-ci ildə, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun qələmə aldığı komediyadır. == Təsviri == Azərbaycan realist dramaturgiyasının və nəsrinin inkişafında Mirzə Fətəli Axundov əhəmiyyətli rol oynamışdır. Onun qələmindən çıxmış "Hekayəti-molla Ibrahim Xəlil kimyagər" (1850), "Hekayəti-müsyö Jordan" (1850), "Sərgüzəşti- vəziri xani-Lənkəran" (1850), "Hekayəti xırsi-quldurbasan" (1851) və digər komediyaları özündən sonrakı ədəbi nəslə böyük təsir göstərmiş, ədəbiyyat xəzinəmizin qızıl fonduna daxil olunmuşdur. M. F. Axundovun geniş şöhrət qazanan əsərlərindən biri də "Sərgüzəşti mərdi-xəsis" və ya "Hacı Qara" (1855) komediyasıdır. Bu komediyanın əsas mövzusu xəsislik və onun törətdiyi bəlalardır. Komediyada Hacı Qaradan sonra ikinci əsas surət Heydər bəydir. İflasa uğramış Heydər bəyin toy xərci əldə etmək üçün Hacı Qara ilə birlikdə Təbrizə qaçaq mal alverinə getməsi və bu səfər zamanı baş vermiş əhvalatlar komediyanın süjet xəttini təşkil edir. Əsər Heydər bəyin monoloqu ilə başlayır. Onun sözlərindən məlum olur ki, Heydər bəy Qarabağın məşhur bəylərindəndir. Onun ata-babaları qaçaqçılıqla məşğul olmuş, "tamam Qarabağı qızıl-gümüşlə doldurmuşlar".
Xəsislik
Xəsislik - insanın öz malına, mülkünə hərisliyindən və kasıblıqdan qorxaraq əmanətindən bərk yapışmasından irəli gəlir. Xəsislər bütün nemətləri mənimsəyərək hamsını zəbt etmək və bunları heç kəslə bölüşməmək istəyi ilə yaşayırlar.

Digər lüğətlərdə

заяви́тель кро́сно обрезо́нить по-шко́льному пому́читься сексуа́льность выскреба́ние вью́чное животное кто-л грамматологи́ческий идёт как коро́ве седло ко́пия краси́льный нервотрёпка отрепа́ть по-сва́дебному самообличе́ние чади́ть алар fool-born hired King James Bible titleless vociferant гневить прострел